Batuminin giriş-çıxışı nəzarətə alındı

Ötən gecədən etibarən Batuminin giriş-çıxışı nəzarətə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Hökumətin İdarələrarası Koordinasiya Şurasının qərarına uyğun olaraq, COVID-19-un yayılmasının qarşısını almaq və vətəndaşlara fəal şəkildə nəzarət etmək üçün Batuminin giriş və çıxışlarında xüsusi polis çadırları və nəzarət-buraxılış məntəqələri qurulub.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Batumiyə daxil olan və çıxan bütün vətəndaşlar yerində termoskrinq aparatı ilə yoxlanılır, vətəndaşda temperatur aşkarlandığı təqdirdə test götürülür.

Xatırladaq ki, Batumi ilə Acarıstan Muxtar Respublikasının digər bələdiyyələri arasında vətəndaşların girişi və çıxışı məhdudlaşdırılmır və başqa ciddi karantin məhdudiyyətləri tətbiq olunmur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey