Dalga Televiziyasi İdman
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3312
DünənDünən3495
Bu həftəBu həftə3312
Bu ayBu ay30002
Bu günə qədərBu günə qədər2878443

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İdman

Gürcüstanın federasiya prezidenti: “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”

“Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında Gürcüstan hər zaman Azərbaycan, Azərbaycan isə Gürcüstan idmançılarına azarkeşlik edib: “Gürcüstan və Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq”.

Q.Cavaxia qeyd edib ki, Gürcüstan və Azərbaycan artıq dünya səviyyəsində kikboksinq idman növünün inkişaf etdiyi ölkələr kimi tanınır: “İki ölkə arasında kikboksinq idmanı sahəsində sıx əməkdaşlıq var. Bir-birimizə dəstək veririk və idmançılarımızın peşəkarlıq səviyyəsini artırırıq”.

"Arsenal"ın zədəli futbolçusu "Qarabağ"la matçda iştirak edəcək

İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 

Bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib. 

48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. 

Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 

İdmançımız erməniyə qalib gəlib qızıl medal qazandı

Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir ki, karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək I yerə layiq görülüb.

Tbilisi Avropa Liqasının final matçına ev sahibliyi edə bilər

alt

Tbilisi Avropa Liqasının turnirinin final matçına ev sahibliyi edə bilər.

24News.ge xəbər verir ki, bu barədə UEFA’nın rəsmi internet səhifəsində yayınlanıb.

UEFA 2021-ci ildə Avropa Kuboku turnirinin finallarına namizədlərin siyahısını açiqlayıb: UEFAnın final matçının ölkəsində keçirilməsi üçün 11 ölkə mürəciət edib: Yəkun təqdimatlar 15 fevral 2019-cu ilədək təqdim edilməlidir. Avropa kubokunun finallarını keçirmək qərarı 2019-cu ilin may-iyun aylarında veriləcək.

UEAFA dörd turnir matçının final mərhələsinə ölkə namizədləri siyahısı:
Çempionlar Liqasında Finalda - 2021
Almaniya, Münhen Arena
Rusiya, stadion Sankt-Peterburq
Avstriya (Avstriyanın Ernst Happel Stadionu, Vyana), Gürcüstan (Boris Paichadze Stadionu, Tiflis) və İspaniya (tam açiqlanmayıb, Sevilya) Avropa Liqası-2021 finalının finalına müraciət etdi.

Avropa Super Kuboku finalına isə, Belarus (Dinamo Stadionu, Minsk), Finlandiya (Olimpiya, Helsinki), Şimali İrlandiya (Windsor Park, Belfast), Ukrayna (Metalist, Xarkov).

Çempionlar Liqası 2021 qadınlar ligasına mürəciət edənlər isə, Çexiya (Eden, Praqa) və İsveç (Gamla Ullevi, Göteborq)

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1.

“Qarabağ”ın futbolçuları bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib beşinci raundunda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

 

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorarı 2 milyon dollar təşkil edib.

Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.

Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.

“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək.

"Qarabağ"ın İngiltərənin "Arsenal" komandası ilə oyununa maraq həddindən artıq böyükdür.

Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun saatınadək bütün biletlər satılacaq.

 

Artıq ən ucuz – 2, 5 və 10 manatlıq biletlər çoxdan satılıb. Bu gün isə 15 və 20 manatlıq biletlər də tükənib. Hazırkı məlumata görə, yalnız 50 manatlıq biletlər qalıb. Onların sayı 51-ə bərabərdir. "Arsenal" azarkeşləri üçün ayrılmış sektor və digər yerlərə isə təhlükəsizlik səbəbindən bilet satışı həyata keçirilmir.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şahmatçılarımız Ermənistanı məğlub etdilər

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 

Yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. 

 

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. 

Ermənistan - Azərbaycan - 1,5:2,5 

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb. 

Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turunda qələbə qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında II turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qadınların yarışında isə rəqib Belçika kollektivi olub. Hər iki milli komanda rəqiblərini məğlub edib.  

Kişilər

İtaliya - Azərbaycan - 1:3 

Daniele Vokatura - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Mikele Qodena - Teymur Rəcəbov - 0,5:0,5 

Luka Moroni - Arkadi Naydiç - 0:1

Sabino Brunello - Rauf Məmmədov - 0:1

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla mübarizə aparıb. 

Qadınlar

Azərbaycan - Belçika - 3.5:0.5 

Günay Məmmədzadə - An Qussen - 1:0

Zeynəb Məmmədyarova - Daria Vanduyfeys 0,5:0,5

Gülnar Məmmədova - Vibke Barbye - 1:0

Ülviyyə Fətəliyeva - Anneli Kuvelye - 1:0

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayıb.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub – 4:0.

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir ilk gerçəkləşib.

İkinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Maraqlıdır ki, hər iki çəkinin qalibi yaponiyalı Abe ailəsinin nümayəndələri olub. Belə ki, kişilərin mübarizəsində Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu olub. 

 

Qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib. 

Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.

Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili olimpiadaya hazırlıq işləri ilə tanış olublar.

Olimpiadanın keçirilməsi üçün Batumidə yeni çoxfunksiyalı idman kompleksi inşa olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsoru olduğu olimpiadada 180 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycanı yarışda Qədir Hüseynovun kapitanı olduğu 5 qrossmeysterdən ibarət komanda təmsil edəcək.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək. 

Futbolçunu oyun zamanı ildırım vurdu

Almaniyanın Nider-Vizen şəhərinin futbol komandasının qolkiperini matç zamanı ildırım vurub.

Hadisə oyunun bitməsinə 10 dəqiqə qalmış baş verib.

 

Futbolçu xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən, qapıçının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Saytda Axtarış

Son xəbərlər