Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün790
DünənDünən3491
Bu həftəBu həftə4281
Bu ayBu ay26103
Bu günə qədərBu günə qədər2954508

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Digər

Gürcüstanda üç dövlət məmuruna hücum edilib

alt

Gürcüstanın Ədliyyə Nazirliyinin probasiya xidmətinin yüksək vəzifəli şəxsləri və sabiq nazir müavininə silahlı hücum olub.

Tsxneti bölgəsindəki “Tsikvili” restoranında naməlum şəxs ədliyyə nazirinin sabiq müavini Zviad Mixanaşviliyə soyuq silahla bir neçə zərbə vurub.

Münaqişə zamanı Ədliyyə Nazirliyinin probasiya xidməti rəisinin müavini İrakli Çitanava və daha bir yüksək vəzifəli şəxs xəsarət alıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Sabiq nazir müavininin vəziyyəti orta ağırdır.

İlkin ehtimallara görə, cinayəti keçmiş məhbuslar törədiblər.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Fransa Tbilisiyə silah satacaq

alt

Gürcüstan Müdafiə naziri Levon İzoriya Parisdə Fransanın hava hücumundan müdafiə sistemlərinin alınmasıyla bağlı müqaviləyə imza atıb.

Bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlik imzalanan müqavilənin vacibliyini və bu hava hücumundan müdafiə sisteminin Gürcüstan hava məkanının təhlükəsizliyinin qarantı olduğunu bəyan edib.

Qeyd edək ki, bundan öncə Fransa Gürcüstana VL Mika sistemlərini təklif edib. Təklifi Fransa Xarici İşlər naziri Jav İv Lö Drian irəli sürüb.

Xatırladaq ki, bir müddət öncə Fransanın eyni sistemləri Azərbaycana da satacağı barədə məlumat yayılıb.

Anadangəlmə D vitamini çatışmazlığı psixikanı pozurmu?

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini çatışmazlığı ilə yetkin yaşda şizofreniyanın inkişafı arasında əlaqə var. Ehtimal ki, bu, qismən genlərlə bağlıdır. 

Kvinslend Universitetinin Beyin İnstitutu Orxus Universiteti birgə tədqiqat apararaq 2602 pasiyentin tibbi məlumatını təhlil edib. Həmin adamlara “şizofreniya” diaqnozu qoyulub. Körpə yaşlarında onların qanında D vitamininin səviyyəsi müxtəlif olub. Məlum olub ki, pasiyentlərin 44 faizində uşaq yaşlarında D vitamini çatışmazlığı müşahidə edilib. Bu da yaşa dolduqca onlarda şizofreniya riskini birmənalı şəkildə artırıb. 

Ümumi təhlil göstərib ki, D vitamininin konsentrasiyasında dəyişmələr olduğuna görə şizofreniya halları 8 faizə qədər arta bilər. Həkimlər düşünürlər ki, görəsən, hamilə qadınlara D vitamini yeritməklə gələcəkdə şizofreniyanın inkişafının qarşısını almaq olarmı? 

Yeri gəlmişkən, daha əvvəl şizofreniya və autizm, habelə autizm və perinatal D vitamini çatışmazlığı arasında da genetik əlaqə aşkar edilib.

2021-ci ildə Bakıdan Gürcüstan sərhədinədək avtomagistral xətt istifadəyə veriləcək

alt

2021-ci ildə Bakıdan Gürcüstan sərhədinə qədər avtomagistral xətt istifadəyə veriləcək. 

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Azərbaycanda avtomobil yollarının tikintisi ilə bağlı işlər görülür, tranzit əhəmiyyətli yolların yenidən qurulmasına başlanılıb. Artıq 2021-ci ildə Bakıdan Gürcüstan sərhədinədək avtomagistral xətt fəaliyyətə başlayacaq. 

Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır

alt

Gürcüstanı Rusiyaya birləşdirən yeganə avtomagistral olan Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır. 

Dalga Tv Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadla xəbər verir ki, yolun Qudauri-Kobi hissəsində dağlıq ərazilərdə qar uçqunu ciddi problemlər yaradıb. Uçqun səbəbindən yolda təmizlik işlərinin aparılması mümkün olmayıb. Ona görə də yolda bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Onu xoşbəxt edəni milyonlar gözləyir! - Zəngin qadın ər axtarır

alt

İngiltərənin ən gənc milyoneri ər axtarır.

İngiltərənin ən gənc milyoneri olan 23 yaşlı Ceyn Park milyoner olduqdan sonra yaşadığı münasibətlərdən xoşbəxt olmadığını, buna görə də onu həqiqi sevən insana illik 60 min funt ödəyəcəyini bildirib.

Gənc qız loto milyoneri olduqdan sonra yaşadığı bütün münasibətləri uğursuz şəkildə bitib. Qızın dediynə görə, onunla münasibət yaradanların doğurdan da onu, yoxsa pulunu sevdiyini bilmir. Sonuncu dəfə o, televiziya ulduzu Sam Callahan ilə münasibət yaşamışdı. Lakin Sam qızı aldatmışdı. Buna görə də gənc milyoner internetlə tanış olacaq kişilərlə görüşüb onlardan birini seçəcək.

Qeyd edək ki, Ceyn Park 17 yaşında lotoreyadan 1 milyon funt qazanmışdı.

Qəzadan sağ çıxan sürücünün əsəbindən ürəyi partladı - Gəncədə

“VAZ” markalı avtomobillər toqquşub

DİN-dən verilən məlumata görə, noyabrın 9-da saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

43 yaşında 21-ci uşağı oldu

alt

İngiltərədə yaşayan Redfordlar ailəsinin 21-ci uşağı dünyaya gəlib.

Sue və Noel cütlüyü İngiltərənin ən böyük ailəsi hesab olunur.

Onların sonuncu övladı bir neçə gün öncə dünyaya gəlib. Bonni adı verilən qızın çəkisi 3,74 kq olub.

43 yaşlı Sue ilk uşağını 14 yaşında dünyaya gətirib. Cütlüyün övladlarından biri isə 2014-cü ildə dünyasını dəyişib. Hazırda ailənin 12 oğlan, 8 qız övladı var.

Məlumata görə, Sue həyatının 800 həftəsini (5600 gün) hamilə olaraq keçirib.

Qeyd edək ki, Redfordlar ailəsi 10 otaqlı böyük bir evdə yaşayır. Onlar xərclərini qarşılamaq üçün dövlətdən yardım almırlar.

AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytarıb

altÖlkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.

Agentlikdən "Report"a verilən məlumata görə, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

Azərbaycan Tbilisidə keçirilən Vəkillərin Beynəlxalq Konfransında təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Vəkillərin Beynəlxalq Konfransı keçirilir.

Tədbir Avropa Şurası, Avropa Vəkilləri Assosiasiyası, və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən təşkil olunub.

Beynəlxalq konfransda Gürcüstanla yanaşı, Azərbaycan, Polşa, Belarus, Ermənistan, Rusiya və Ukraynanın vəkillər kollegiyalarının üzvləri iştirak edirlər.

Azərbaycanı toplantıda Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Fariz Məmmədov təmsil edirlər.

İkigünlük tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrin vəkillər assosiasiyaları arasında əlaqələrin inkişaf etdirilməsi və vəkillik sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Konfransda çıxış edən Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani tədbir iştirakçılarını ölkədə qeyd olunan Vəkillər günü münasibətilə təbrik edib. O deyib ki, son illər Gürcüstanda vəkillərin peşəkarlıq səviyyəsi artır: “Gürcüstanda vəkillərin yalnız 2 faizi hakim ola bilir. Bu, çox kiçik göstəricidir. Kollegiya tərəfindən vəkillərin peşəkarlığının daha da artırılması istiqamətində işlər aparılır”.

Daha sonra çıxış edən Avropa Vəkilləri Assosiasiyasının sədri Mariya Slazak konfransda iştirak edən və müxtəlif ölkələri təmsil edən vəkilləri təşkilatla sıx əməkdaşlıq etməyə çağırıb. O qeyd edib ki, Assosiasiyaya Avropa Şurasına üzv olan bütün ölkələrin vəkilləri təmsil oluna bilərlər.

Konfrans müxtəlif mövzulara həsr olunmuş panellərlə davam etdirilir. 

Gürcüstanda şaxtaçılar etiraz edir

alt

Gürcüstanın Tkibuli şəhərində kömür mədənlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı şaxtaçılar etiraz aksiyası keçirir.

Dünən axşam saatlarında Dzidziquri adına mədənə enən şaxtaçılar oradan çıxmayıblar.

25 nəfərə yaxın şaxtaçı 300 metr dərinlikdə qalmaqda davam edir. Şaxtaçılar hökumətdən mədənlərdə istehsal prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilməyənədək mədəndə qalacaqlarını bildiriblər.

Digər şaxtaçılar isə bu gün saat 12:00-da Tkibuli meriyası qarşısında etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, bu ilin iyulun 16-da Tkibulidəki Mindeli mədənində baş vermiş qəza nəticəsində 4 şaxtaçı ölüb. Hadisədən sonra hökumətin qərarı ilə Tkibulidə yerləşən bütün mədənlərin fəaliyyəti dayandırılıb. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia mədənlərdə istehsal prosesinin dekabr ayının ortalarında bərpa olunacağını bildirib.

Tbilisidə iqtisadi inkişaf üçün peşə təhsili təşəbbüsləri mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 5-də Tbilisidə “Minilliyin çağırışları: iqtisadi inkişaf üçün peşə təhsili təşəbbüsləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan gəlirlərin bəşəriyyətin gələcəyi naminə insan kapitalına yönəldilməsi, peşə təhsilinin inkişafı, gənclərin işlə təmini, bəzi ölkələrdə dövlət və hökumət strukturlarında işlə təmin olunmaqda milli ayrı-seçkilik və digər məsələlər barədə müzakirələr aparılıb.

Çıxışlarda bildirilib ki, insan kapitalının artırılmasına yönəlmiş islahatlar hər bir ölkənin inkişafına xidmət edir. Təhsilin inkişafı, tələbə və gənclərə yeni ixtisasların öyrədilməsi, təhsil sahəsində islahatlar iqtisadiyyatın şaxələndirilməsində insan kapitalının vacibliyini bir daha ortaya qoyur. Çıxış edənlər Cənubi Qafqaz ölkələrində dövlətin peşə təhsilinin inkişafına, gənclərin işlə təmin olunmasına diqqət yetirməsinin vacibliyini xüsusi qeyd ediblər.

Gürcüstan parlamentinin təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi Cənubi Qafqazda, xüsusən də öz ölkəsində peşə təhsilinin inkişafına yönəldilmiş islahatlar və bu sahədə beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Bildirib ki, Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin hazırladığı yeni təhsil qanunu ölkədə milli mənsubiyyətindən asılı olmayaraq bütün gənclərin ilkin peşə təhsili almalarına və öyrəndikləri ixtisas üzrə işlə təmin olunmalarına imkan yaradacaq. Hazırda qanunvericilikdə bir sıra boşluqlar var və gənclər ixtisas üzrə iş tapmaqda çətinlik çəkirlər.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsi yaxın vaxtlarda parlamentdə qəbul ediləcək.

Saytda Axtarış

Son xəbərlər