Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün406
DünənDünən2847
Bu həftəBu həftə406
Bu ayBu ay58567
Bu günə qədərBu günə qədər7485901

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan və Ukrayna Baltik dənizi-Qara dəniz-Xəzər dənizi dəhlizi üzrə işləri sürətləndirəcək

Gürcüstan və Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlığı çərçivəsində, xüsusilə də Baltik dənizi-Qara dəniz- Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı üzrə işlərin intensivləşdirilməsinə dair razılıq əldə edilib.

 Dalga tv "Report"-a  istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini İvanna Klimpuş-Tsintsadze bildirib.
"Əməkdaşlığımızın ticari-iqtisadi səviyyədə xeyli intensivləşdirilməsinə dair razılıq əldə etmişik.

Burada Ukrayna ilə Gürcüstan arasında təkcə azad ticarət zonasının inkişaf imkanları nəzərdə tutulmur, eləcə də aqrar sektor və balıqçılıq da var.

Həmçinin, Baltik dənizi-Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafına dair əməkdaşlığı davam etdirmək qərarına gəlmişik. Mütəxəssislərimiz Odessada nəqliyyat həftəsi çərçivəsində iyunun əvvəlində bu müzakirəni davam etdirəcəklər", - deyə Ukraynanın hökumət rəsmisi birlikdə keçirilən mətbuat konfrasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib

Kiyev-Batumi-Kiyev mütəmadi reysləri açılır

Ukraynanın “Bravo Airways” aviaşirkəti iyunun 17-dən etibarən Gürcüstana mütəmadi reyslər həyata keçirməyə başlayacaq.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, Kiyev-Batumi-Kiyev mütəmadi reyslərini “Bravo Airways” aviaşirkəti sentyabrın 2-nə qədər həftədə iki dəfə çərşənbə və şənbə günləri yerinə yetirəcək. Reyslər Boeing B737 və MD83 təyyarələri ilə həyata keçiriləcək.

Ötən il aviaşirkət yalnız Kiyev-Batumi çarter reysləri həyata keçirib. Aprelin 12-də Gürcüstanın İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi Ukrayna aviaşirkətinə mütəmadi uçuşları həyata keçirməyə icazə verib.  

SOCAR və “Total” “Abşeron” yatağındakı kondensant və qazın nəqlini müzakirə edib

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, Fransanın “Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri Neft Daşlarına işgüzar səfər ediblər.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 mln. kubmetr qazın Neft Daşlarına, oradan da “28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər.

“Neft Daşları” NQÇİ-nin konfrans zalında “Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, “Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb.

Qarşılıqlı müzakirələrdən sonra belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 609,1 min dollar pul köçürülüb.

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 268,9 min dollar və ya 63,84% çoxdur. 2017-ci ilin fevral ayı ilə müqayisədə cari ilin martında Gürcüstandan ölkəmizə pul axını 70,4 min dollar və ya 13,07% artıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 232,2 min dollar pul göndərilib ki, bu da 2016-cı ilin mart ayına nisbətən 366,9 min dollar və ya 42,40% çoxdur. Bu ilin mart ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 11,6 min dollar və ya 0,95% artıb.

Kaxa Kaladze: - SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir

Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın "SOCAR" dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.

Bunu özəl olaraq Trend-ə müsahibəsində Gürscüstanın energetika naziri Qaxa Kaladze deyib.

Gürcüstanlı nazir bildirib: "Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. "Şah Dəniz-2" layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir".

BVF Gürcüstana çoxmilyonlu kredit ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) direktorlar şurası Gürcüstana üç illik müddətə təxminən 285,3 milyon dollar məbləğində kreditin ayrılması barədə qərar qəbul edib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, kredit hökumətin iqtisadi islahatlar proqramlarının dəstəklənməsinə yönəldiləcək.

BVF-nin məlumatında deyilir ki, proqram Gürcüstana iqtisadi həssaslığın azaldılmasına, yaxşı koordinasiya edilmiş siyasət həyata keçirməyə və iqtisadi artıma kömək edəcək.

Kredit məbləği bir neçə tranşla ayrılacaq. Onlardan biri 40,7 milyon dollar təşkil edəcək, yerdə qalan məbləğ isə proqramın qüvvədə olduğu müddət ərzində altı yarımillik nəticələrə əsasən mərhələli şəkildə təqdim olunacaq.  

Gürcüstan və Hindistan birbaşa hava əlaqəsi qurur

Gürcüstan və Hindistan arasında birbaşa hava əlaqəsi qurulacaq.

 Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, müvafiq sazişi dünən Hindistanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya və Hindistanın mülki aviasiya naziri Aşok Qacapati imzalayıblar.

Sənəd ölkələr arasında müxtəlif marşrutlar üzrə avia əlaqənin həyata keçirilməsinə imkan verəcək.  

Gürcüstan tərəfindən aviadaşıyıcılar üçün təyinat məntəqələri kimi Dehli, Mumbay, Haydarabad, Benqaluru, Çennay və Qoa müəyyən olunub.

Gürcüstan və Hindistan arasında hava əlaqəsi haqqında saziş olmaylb. Tərəflər bu məsələ üzərində 2016-cı ildə işləməyə başlayıblar.

“SOCAR-Türkiyə”nin Bakı Ali Neft Məktəbində təqdimatı

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

Dalga tv-nin  AZƏRTAC-a istinadən xəbərinə görə,görüşdə bu ali təhsil ocağının rektoru Elmar Qasımov, “SOCAR-Türkiyə”nin insan resursları üzrə departamentinin rəhbəri Dinar Məmmədova, insan resursları üzrə şöbəsinin əlaqələndiricisi Sibel Uğur, əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş, təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, “Petkim” şirkətinin insan resursları üzrə şöbəsinin müdiri Bəhruz Babayev, ali məktəbin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə BANM-in 30 məzununun “SOCAR-Türkiyə” şirkətlərində mütəxəssis vəzifələrində çalışması, bir qrup tələbənin isə istehsalat təcrübəsi keçməsi məsələləri müzakirə olunub.

E.Qasımov rəhbərlik etdiyi ali məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr quran BANM bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BANM-in “SOCAR-Türkiyə” və “Petkim” şirkətləri ilə əməkdaşlığından söz açan rektor qeyd edib ki, bu ali təhsil ocağının tələbələri və məzunları SOCAR-ın müəssisələrində də təcrübəyə cəlb olunurlar. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə minnətdarlığını bildirib, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

E.Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirtdiyi beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərindən danışıb.

“Star” neft emalı zavodunun fəaliyyətindən bəhs edən E.Sarıbaş vurğulayıb ki, bu müəssisənin inşası dünyanın ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrdən biridir.

D.Məmmədova proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Bildirilib ki, seçim imtahan və müsahibə əsasında aprelin sonunda keçiriləcək.

Sonda tələbələrin sualları cavablandırılıb.

"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb

Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer" layihəsinin icrası uğurla davam etdirilir. Dalga tv "Report"-a istinadən xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017" konfransında çıxışında "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib. 

O qeyd edib ki, Polipropilen Zavodu üzrə işlərin 71%-i, Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin 27%-i icra olunub. Onun sözlərinə görə, bu ilin sonuna mexaniki işlər tamamlanacaq. 

Şirkət nümayəndəsi 2018-ci ildə istehsala başlanacağını bildirib: "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. "SOCAR-GPC" layihəsinin işə düşməsindən sonra polipropilen istehsalının ildə 300 min tona çatdırılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların 30-40%-i yerli bazara, 60-70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq".

"SOCAR GPC" layihəsinin istismara veriləcəyi tarix açıqlanıb

"SOCAR GPC" layihəsinin (qaz emalı və qaz-kimya zavodları kompleksi) 2022-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulub. "APA-Economics" xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı müxtəlif maliyyə institutları ilə danışıqlar aparılır: "Müxtəlif variantlar nəzərdən keçirilib. Böyük ehtimalla, layihə çərçivəsində maliyyə sazişi 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəli imzalanacaq. Layihə isə 2022-ci ilin I rübündə istismara veriləcək".

Analitik xatırladıb ki, layihənin ümumi dəyəri 4 mlrd. dollar təşkil edir.

"Kompleksdə istehsal olunan məhsulların 50%-i Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, buz yaxın Şərq, Çin və bəzi Avropa ölkələrini də potensial bazar kimi qiymətləndiririk", - deyə B. Beydullayev qeyd edib.

Qeyd edək ki, ötən ilin dekabrın 20-də layihə çərçivəsində lisenziya müqavilələri "Technip", "Univation", "Axens" və "SinopecTech" şirkətləri ilə imzalanıb. Müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Bakının 15 kilometrliyində, Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər.

Bildirilmişdir ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırılır. SOCAR GPC Layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır.

Yeni layihə çərçivəsində illik istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılıb. "SOCAR GPC" layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

SOCAR-da "İslam Həmrəyliyi İli" ilə əlaqədar görüş keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı SOCAR-da olub, şirkətin rəhbər heyəti və əməkdaşları ilə görüşüb.

 Dalga tv "Report"-a istinadən xəbər verir ki, tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan xalqının qədim zamanlardan dini tolerantlıq ənənələrinə malik olduğunu bildirib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən dövlətçilik siyasətinin nəticəsi olaraq ölkəmiz dünya miqyasında millətlərarası və dinlərarası dözümlülük, tolerantlıq nümunəsinə çevrilib. 

Bu gün Azərbaycanda bütün etnokonfessional birliklərin fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan R.Abdullayev dövlət başçısının rəhbərliyi altında ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, dini tolerantlığın müasir Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını, mühüm dəyərlərdən olduğunu söyləyib. Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-ın dini tolerantlığın qorunmasına verdiyi töhfələrdən bəhs edən R.Abdulllayev şirkətin fəaliyyət göstərdiyi xarici ölkələrdə də bu konsepsiyanın təbliğ olunması üçün həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin dünya üçün nümunəvi xarakter daşıdığını bildirib. M.Qurbanlı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməklə bu addımın milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda olan tolerant və multikultural mühitdən bəhs edərkən bunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə dini tolerantlığın qorunmasının zəruriliyini vurğulayaraq xaricdən təsir göstərən radikal təriqətlərin bəzən din qiyafəsində çıxış etdiyini, belə qüvvələrlə mübarizədə İslam həmrəyliyinin böyük rol oynadığını söyləyib. Azərbaycanın bir İslam ölkəsi kimi tolerantlıq prinsipinə daim sadiq qaldığını diqqətə çatdıran S.Heydərov gənclər arasında milli-mənəvi dəyərlərin, o cümlədən dini tolerantlığın təbliği üçün Komitə tərəfindən görülən işlərdən ətraflı bəhs edib.

"Petkim" və STAR-ın işçiləri etiraz aksiyası keçirir

SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Energy A.Ş."-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və "Petkim Petrokimya Holding A.Ş."-nin işçiləri etiraz aksiyası keçirir.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyaya səbəb STAR-ın işçilərinin "Petkim"ə transfer olunması ilə bağlı rəhbərliyin verdiyi qərardır. Ötən günün ikinci yarısında tətil elan edən işçilər, bu gün səhər saatlarından etibarən şirkətlərinin önündə aksiya keçirir. Aksiyadan öncə rəhbərliyə ciddi xəbərdarlıq ünvanlayaraq verilən qərarın ləğv olunması tələb olunub.

KİV yazır ki, etiraz aksiyası dinc şəraitdə keçir.

Etiraz aksiyasının iştirakçıları bildirir ki, "SOCAR Turkey Energy" bu qərarla həmkarlar ittifaqının fəaliyyətinin dayandırılmasına səbəb olmaq niyyətindədir.


Aksiya iştirakçılarının yerli mətbuata verdiyi məlumata əsasən, "SOCAR Turkey Energy" 132 işçini STAR-dan "Petkim"ə transfer etmək niyyətindədir.

Mətbuat həmçinin yazır ki, etiraz aksiyasından sonra yerli aidiyyəti qurumlar şirkət rəhbərliyi ilə danışıqlara başlayıb. Hələlik qurum rəsmiləri danışıqların nəticələrini açıqlamayıb, lakin yaxın vaxtda aksiya iştirakçılarına bu barədə məlumat veriləcək.

Saytda Axtarış

ახალი ამბები