Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün305
DünənDünən2847
Bu həftəBu həftə305
Bu ayBu ay58466
Bu günə qədərBu günə qədər7485800

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

Rəsmi Tbilisi "Qazprom"dan qaz alışını dayandırır

Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.


Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.


Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcək.

Nazirliyin proqnozuna əsasən, bu il Gürcüstan ümumilikdə 2,457 mlrd. kubmetr həcmində təbii qaz idxal etmək niyyətindədir ki, bunun da 2,347 mlrd. və ya 95,5%-i Azərbaycanın payına düşəcək.

 

Təyyarə biletini Gürcüstandan almaq niyə sərfəlidir? - VARİANTLAR

Axır vaxtlar Azərbaycandan xaricə Gürcüstan vasitəsilə gedənlərin sayı çoxalıb. 

Xüsusi ilə də az büdcəylə səyahət edənlər bileti Gürcüstandan alıb ya Tbilisi, ya da Kutaisi aeroportundan uçurlar. Səbəbini bilənlər bilir, bu yazıda bilməyənlər üçün izah etməyə çalışacam ki, bileti Gürcüstandan almaq niyə sərfəlidir?

Dünyada bahalı bilet satan və nisbətən yaxşı xidməti olan avia şirkətlərlə  yanaşı çox ucuz, hətta bəzən su qiymətinə bilet satan şirkətlər də var. Bircə fərq odur ki, bu şirkətlər təyyarədə yemək vermir və müştəriyə yalnız 9 kiloluq bel çantası götürməyə icazə verir. Yəni ondan artıq olarsa müştəri buna görə əlavə pul ödəməlidir.

Təəssüf ki, belə şirkətlər Azərbaycandan heç bir uçuş həyata keçirmirlər. Amma Azərbaycandan fərqli olaraq bu şirkətlərdən ikisi qonşu Gürcüstandan Avropaya və dünyanın digər ölkələrinə uçuşlar edirlər. Bunlar Türkiyənin “Pegasus Hava Yolları” və Macarıstanın “Wizz Air” şirkətləridir.

Pegasus Hava YollarıTbilisi Aeroportundan həftənin müxtəlif günlərində Türkiyənin və dünyanın müxtəlif şəhərlərinə uçur, qiymətləri də digər avia şirkətlərdən daha ucuzdur. Digər ucuz bilet satan  şirkətlərdən fərqli olaraq “Pegasus”da yük daşıma ilə bağlı limit daha böyükdür, yəni baqaj götürə bilərsiniz.

Tbilisi Aeroportuna necə getmək olar?

Birinci variant taksidir. Şəhərdən aeroporta taksilərin qiyməti 20 laridir, bundan çox ola bilməz. Hətta aerportun çıxış qapısı tərəfdə taksi qiymətlərinin 30 lari olduğu yazılıb, amma siz bunu turist qiyməti kimi qəbul edin. Nəinki 20 lariyə, hətta şəhərin mərkəzindən taksilər 15 lariyə da gedir.

İkinci variant isə avtobusdur. 37 nömərli avtobus aeroporta gedir və 24 saat işləyir. Bu avtobus şəhərin mərkəzindəki Rustaveli prospektindən və Station Square adlı vağzaldan keçir. Bu vağzala isə Rustaveli metrosundan iki stansiyalıq yoldur.

Tbilisi aeroportu

Wizz Air isə əsl cənnətdir. 23-25 euro-ya Avropanın müxtəlif şəhərlərinə uçmaq mümkündür. Özü də aeroportlarda vaxt itirmədən – birbaşa. “Pegasus” dan fərqli olaraq “Wizz Air” Gürcüstandan daha az ölkəyə uçuşlar edir. Bu ölkələr – Almaniya, Macarıstan, Polşa, Yunanıstan, İtaliya, Litva və Kiprdir. Bu məsələni isə  həll etmək elə də çətin deyil. Məqsəd səyahət etməkdirsə, bu ölkələrdən birinə gedib daha sonra yaxın şəhər və ölkələrə də avtobusla getmək olar, Avropada ölkələr arası avtobus qiymətləri elə də baha deyil. Qeyd edim ki, “Wizz Air”-in yük götürməklə bağlı qaydaları çox ciddidir, ancaq bel çantası götürə bilərsiniz, yükünüz isə nəzərdə tutulandan bir az artıq olsa ya onu azaltmalı  ya da buna görə pul ödəməli olacaqsınız.

Bəs Kutaisi Aeroportuna necə getmək olar?

Kutaisi aeroportuna hər gün axşam saat 10-da Tiflisdən avtobuslar yola düşür. “Georgian Bus” şirkətinə məxsus bu avtobuslar şəhərin mərkəzindəki “Puşkin Parkı”ndan gedir. “Puşkin Parkı”Liberty Square metrosuna yaxındır, “Azadlıq Meydanı” ilə üzbəüz yerləşir. Avtobusun qiyməti isə 20 laridir. Avtobus bütün sərnişinləri birbaşa Kutaisi aeroportuna aparır. Bu avtobuslarda mütləq “Georgian Bus” şirkətinin ingilis və rus dilini bilən bir əməkdaşı da olur.

Tiflisdə Azadlıq Meydanı. Yerli sakinlər arxada gördüyünüz binaya “köhnə meriya binası” deyirlər. Sağdakı bina  isə məşhur “Marriott” oteldir.

Tiflisə ucuz və asan yolla necə getmək olar? 

Bakıdan Tiflisə avtobus qiymətləri 12 manatdır. Axşam saat 9 yaxud 11 avtobusu ilə çıxanda səhər artıq Tiflisdə olursan. Tiflisdə axşama qədər şəhəri gəzib, dadlı gürcü yeməklərindən yeyib axşam da yolunuza davam edə bilərsiniz.

Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək

Aprelin 20-21-də Tbilisidə (Gürcüstan) kommunikasiya üzrə "Baltic Weekend" beynəlxalq forumu keçiriləcək. "Report"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi xəbərə görə, tədbirdə

Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya, Niderland, Xorvatiyadan 100-ə yaxın iştirakçı toplaşacaq.

"Tbilisi kommunikasiya bazarının nümayəndələrini, PR, GR, "digital", reklam və marketinq sahəsinin mütəxəsisslərini bir araya toplayacaq", - deyə məlumatda qeyd edilib.

Forumda dünya PR-sənayesinin aktual məsələləri müzakirə ediləcək, iştirakçılar yeni texnologiyalar sahəsində əldə etdikləri bilik və təcrübə ilə bölüşəcəklər, lokal və qlobal səviyyələrdə ictimaiyyətlə əlaqələrin inkişaf perspektivlərini qiymətləndirəcəklər.

"Baltic Weekend" - Mərkəzi və Şərqi Avropada kommunikasiya sahəsində ən iri tədbirlərdən biridir. 

Kutaisidən Avropaya aviabiletlərın – QİYMƏTLƏRİ

Xəbər verdiyimiz ki, Gürcüstanın Kutaisi şəhərində yerləşən hava limanında bir neçə loukosterlər fəaliyyət göstərir.

Bu, Avropa ölkələrinə və digər istiqamətlərə ucuz aviabilet əldə etməyə imkan verir.  Həmin hava limanında fəaliyyət göstərən  aviaşirkətlər bunlardır:

Ukraine İnternational Airlines, Wizz Air və Belavia.

Turizm fins.az Kutaisi hava limanından Avropaya aviareyslərin bilet qiymətlərini təqdim edir. Məlumat üçün bildrirək ki, aşağıdakı qiymətlər gediş-gəliş biletlərinin cəmi qiymətidir

Kutaisi-Berlin-Kutaisi – 161 dollar
Kutaisi-Budapeşt-Kutaisi – 192 dollar
Kutaisi-Praqa-Kutaisi – 236 dollar
Kutaisi-Buxarest-Kutaisi –142-287 dollar
Kutaisi-Paris-Kutaisi – 130-259 dollar
Kutaisi-London-Kutaisi –168-310 dollar

Qeyd edək ki,  biletləri bu  qiymətləri 2–30 iyun tarixlərində  qüvvədə olacaq.

Bakı-Tbilisi-Qars dəmiryolu iyunda açılacaq

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmiryolunun iyunda açılacağını xəbər verib. Dalga tv

Xəbər.ge-ə istinadən xəbər verir ki, Arslan Qarsdan qərbə doğru gedən qatar yükünün Qaradənizə də getməsinin önəmli olduğuna işarə edərək deyib:

“Qarsdan qərbə gedən qatar yükünün Qaradənizə də getməsi lazımdır. Bu səbəbdən Kırıkkale, Çorum, Samsun, Ərzincandan Trabzona əlaqə qurulacaq.

Ərzincandan cənuba, Sivasdan cənuba, yəni Elazığ, Malatya, Diyarbakır, Mardinə də enən dəmiryolu şəbəkələri inşa ediləcək. Bunlar bir-birini tamamlayacaq. Bunlar bizim üçün də, ölkəmiz üçün də çox əhəmiyyətlidir.

Bu layihələrin ən əhəmiyyətli halqalarından biri də Londondan qalxan bir qatarın Pekinə gedə bilməsi üçün Bakı-Tbilisi-Qars (BTK) dəmiryolu layihəsi. Bu layihə bölgəmiz və Qars üçün çox önəmlidir. İnşallah, iyunda istifadəyə veriləcək”

Bu gündən Azərbaycanda Ticarət Festivalı başlayır

Bu gündən Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalının (Şopinq Festivalı) keçirilməsinə başlanacaq.

Dalga tv  Trend-ə istinadən xəbər verir ki, mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.

Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.

Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “tax free” sistemi tətbiq ediləcək.

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

ƏDV-ni 5 bankın - Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq.

SOCAR İranda reallaşdırılan neft-qaz layihələrində iştirak edə bilər

SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın neft naziri Bijan Namdar Zənganə ilə görüşüb.

Dalga tv-nin SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, İranda keçirilən görüşdə iki ölkə arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.

Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü ilə bağlı məsələləri nəzərdən keçiriblər, ətraflı fikri mübadiləsi aparıblar. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.

"Azərikimya"nın məhsulu Sankt-Peterburq birjasında satışa çıxarılıb

Cari ilin aprel ayından etibarən "Azərikimya" İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen "Sankt-Peterburq" SC birjasında satışa çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, satış məhsulun "Noginsk anbar kompleksi" QSC anbarından alıcının avtonəqliyyat vasitəsi ilə çıxarılması şərti ilə həyata keçirilir.

15803-020 markalı yüksək təzyiqli polietilen texniki təyinatlı məmulatların, ərzaq məhsulları ilə təmasda olan məmulatların, oyuncaqların, örtük materiallarının istehsalında, tibb sahəsində, o cümlədən dərman preparatlarının qablaşdırılmasında, habelə kənd təsərrüfatında tətbiq olunur.

SOCAR I rübdə büdcəyə 134 mln. manat, DSMF-yə 4,3 mln. manat ödəyib

SOCAR tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 mln. 985 min manat vəsait ödənilib. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 mln. 737 min manat və ya 22,6% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 mln. 643 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 mln. 513 min manat və ya 22% çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 105 min manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 1,7% çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Fonda ödəniş 36 mln. 268 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 298 min manat və ya 13,4% çoxdur.

Gürcüstanın daha 4 kanalının “Azerspace-1” üzərindən yayımına başlanılıb

Gürcüstanın dörd kanalı (“İmedi” TV, “GDS” TV, “Pirveli” TV və “Marneuli” TV) “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azərkosmos” ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000  tezliyi ilə yayımlanır.

Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

SOCAR Xəzərin Rusiyaya aid olan hissəsində geoloji kəşfiyyat aparmaqda maraqlıdır

SOCAR Xəzər dənizinin Rusiyaya aid olan hissəsində geoloji kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaqda maraqlıdır.

"APA-Economics" RNS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri, "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.


"Xəzər dənizinin Rusiya akvatoriyasında, ola bilər ki, mümkündür", - deyə o jurnalistlərin müvafiq sualına cavab verib.

Azərbaycanın kommersiya qaz hasilatı bu ilin birinci rübündə 4,8 milyard kubmetr olub

Azərbaycanın kommersiya qaz hasilatı bu ilin birinci rübündə 4,8 milyard kubmetr təşkil edib.

Dalga tv “naturalgasworld.com”a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından bu il 2,5 milyard kubmetr qaz hasil olunub. Cari ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a verilən səmt qazının həcmi 0,4 milyard kubmetrədək artıb.

Saytda Axtarış

ახალი ამბები