Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün488
DünənDünən2847
Bu həftəBu həftə488
Bu ayBu ay58649
Bu günə qədərBu günə qədər7485983

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

Qeyri-adi memarlığına görə dünyanın ən yaxşı 10 yanacaqdoldurma stansiyasının siyahısı tərtib edilib.

“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, SOCAR-ın Batumidəki (Gürcüstan) “McDonalds” restoranının filialı yanında yerləşən yanacaqdoldurma məntəqəsi bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Bu bina 2013-cü ildə inşa olunub. Binanın memarı gürcü memar Georgi Xmaladzedir. Bu bina memarlığına görə bir neçə dəfə mükafat alıb.

Siyahıda Gürcüstanın Qori şəhəri yaxınlığında, magistral yolda yerləşən yanacaqdoldurma stansiyası də yer alıb. “Wissol” şirkətinə məxsus bu stansiya siyahıda 9-cu yerdədir. Bu bina qeyri-adi memarlığı ilə məşhurdur. Layihənin müəllifi alman memar Yurgen Mayerdir.

Dizaynına görə ən yaxşı yanacaqdoldurma stansiyaları siyahısında birinci yerdə Finlandiyadakı “Rest Area Niemenharju”, ikincidə isə ABŞ-dakı “POPS Arcadia Route” stansiyaları qərarlaşıb.

Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars layihəsi bölgənin taleyini dəyişəcək"

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası sona yaxınlaşır”.

APA-nın  məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım həmkarı Georgi Kvirikaşvili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, layihənin nəticələnməsini görməkdən çox məmnun olduğunu bildirib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ay ərzində açılışı birlikdə həyata keçirəcəyik. Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı Türkmənistan, Qazaxıstan, Çin  və digər tərəfdən Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.


G. Kvirikaşvili qeyd edib ki, BTQ son dərəcə vacib və strateji əhəmiyyətə malik bir layihədir: “Bu layihənin əhəmiyyəti regional çərçivədən kənara çıxır. Bir neçə gün əvvəl Pekində bu mövzuda tədbir keçirildi. Türkiyə prezidenti bu layihənin İpək Yolunun vacib bir elementi olduğunu dedi. Dəmir yolunun həyata keçirilməsi istiqamətində Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı davam etdiririk. Öz tərəfimizdən bu layihənin reallaşması üçün əlimizdən gələni edirik. Test səfərləri yay aylarında olacaq. Payızda dəmir yolu işə düşəcək”. 

SOCAR apreldə 613,1 min ton neft hasil edib

Bu ilin aprelində SOCAR üzrə xam neft hasilatı 613,1 min ton olub. Ötən ay Azərbaycanda ümumilikdə isə 3 milyon 186,1 min ton neft hasil edilib.

Dalga tv  AZƏRTAC-a istinadən bildirir ki,cari ilin yanvar-aprel aylarında SOCAR üzrə xam neft hasilatı 2 milyon 459,2 min ton, Azərbaycanda isə ümumilikdə 12 milyon 642,3 min ton təşkil edib.

Çin Gürcüstanda 1 milyard dollar kapitallı bank açır

Pekində Gürcüstanın inkişafı üçün bankın yaradılmasını nəzərdə tutan bəyannamənin rəsmi imzalanma mərasimi keçirilib.

 "Apsny.ge" saytı xəbər verir ki, sənədin imzalanması dünən başlayan "Bir kəmər - bir yol" forumu çərçivəsində baş tutub.
 
Bankın əsas sərmayəsi 1 mlrd. ABŞ dolları, yığım kapitalı isə 300 mln. dollar təşkil edəcək. Bankın səhmdarları Çinin ən böyük şirkəti "China Energy Company Ltd." (CEFC) və "Eurasian Invest LLC." olacaq.
 
 Gürcüstan tərəfindən sənədi baş nazirin müavini, maliyyə naziri Dimitri Kumsişvili imzalayıb. Nazirin sözlərinə görə, Çin şirkətləri artıq Gürcüstan Mərkəzi Bankına müraciət edib: "Bizim bank sistemi və iqtisadiyyatımız üçün bank sektorunda rəqabətin yaranmasına ehtiyac var. Yeni bankın yaranması özəl sektora dəstək verəcək".
 
Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin tərəfindən 2013-cü ildə irəli sürülən "Bir kəmər - bir yol" layihəsinə artıq 50 mlrd. dollar vəsait yatırılıb. Bu layihə "İpək yolu iqtisadi kəməri" və "Dəniz İpək yolu" istiqamətində təşəbbüslərin inkişafını nəzərdə tutur. Çinin yaxın illərdə bu layihəyə daha 124 mlrd. dollar yatıracağı bildirilir.
 
Qeyd edək ki, 2 günlük forumda 29 ölkənin prezident və baş nazirləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, BMT, IMF, Dünya Bankı və ÜTT rəsmiləri iştirak edirlər. 

Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı

Bakı-Tbilisi-Qars dəmir yolu yaxın bir neçə ayda istifadəyə veriləcək.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində “Bir kəmər- bir yol” forumun açılışında deyib.

Onun sözlərinə görə, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə edir.

Yeni İpək yolu dünyada 60-dan çox ölkənin ərazisindən keçir və 4,5 milyard insanı əhatə edir, deyə Türkiyə prezidenti qeyd edib.

Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.

Dalga tv "Report"a istinadən xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

SOCAR-AQŞ 32 nömrəli quyunun tikintisi işlərinə start verib

SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 740 metr olan 32 nömrəli quyuda qazma işlərinə başlayıb.

SOCAR-AQŞ-dən AZƏRTAC-a bildiriblər ki, 32 nömrəli quyunun Qırmaki Dəsti-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR-AQŞ dayaz sulu ''Günəşli ''yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı, ''Ümid'' yatağının 1 saylı və ''Bulla'' yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

SOCAR-AQŞ, API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.

SOCAR dövlət büdcəsinə ödənişlərini 11%-dən çox artırıb

 

Bu ilin aprel ayında SOCAR tərəfindən dövlət büdcəsinə 133 mln. 659 min manat vəsait ödənilib.

SOCAR-dan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 mln. 814 min manat və ya 11,5% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 mln. 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 mln. 327 min manat və ya 19,2% çoxdur.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur.

Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 49 mln. 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 mln. 407 min manat və ya 9,8% çoxdur.

Sentyabrdan Gürcüstanda “Caspian Energy Georgia” şirkəti fəaliyyətə başlayacaq

entyabrdan Gürcüstanda “Caspian Energy Georgia” şirkəti fəaliyyətə başlayacaq.

Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O bildirib ki, “Caspian Energy Georgia” Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un mənafeyini təmsil edəcək.

Onun sözlərinə görə, bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.

T.Əliyev qeyd edib ki, “Caspian Energy Georgia” Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və dəyirmi masaların, illik “Caspian Energy Forum”un təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq “Caspian Energy Award”, “Caspian Business Award”, “Caspian CEO Award” və “Brand Award” mükafatlarının təqdimetmə mərasimi təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cazibədarlığına həsr olunacaq ayrıca rüblük “Caspian Energy” jurnalının çapı planlaşdırılır.

“Caspian European Club Georgia” və “Caspian American Club Georgia”ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy İnternational Media Group”un himayəsi altında keçirilən bütün tədbirlərdə ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə T.Əliyev bildirib.

 

SOCAR-ın idarə və müəssisələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ölkəmizin hər yerində olduğu kimi, SOCAR-ın idarə və müəssisələrində də geniş qeyd olunub, bu münasibətlə silsilə tədbirlər keçirilib.

Dalga tv AZƏRTAC-a istinadən bildirilib ki, “Azneft” İstehsalat Birliyində, Hеydər Əliyеv аdınа Nеft Emаlı Zаvоdunda, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Qaz emalı zavodunda və SOCAR-ın digər struktur bölmələrində müəssisə rəhbərləri və əmək kollektivinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə zavodun direktoru Roman Nağıyev və “BOS-Şelf” MMC-nin baş direktorunun müavini Nazim Hüseynov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıb, onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanın inkişafına verdiyi töhfələrdən, Ulu öndərin adını daşıyan zavodda icra olunmuş uğurlu layihələrdən söz açıblar. Çıxışlarda qeyd olunub ki, bu nəhəng istehsal müəssisəsi 13 ildir ki, Ulu Öndərin adını daşıyır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan zavod dahi liderin müəyyənləşdirdiyi uğurlu neft-qaz siyasətinin həyata keçirilməsində öz töhfəsini verməkdədir.

Bildirilib ki, Heydər Əliyev zavodun tikintisi zamanı bütün mərhələlərdə görülən işlərlə yaxından maraqlanıb, istehsalat müşavirələri keçirib. Müstəqillik dövründə isə zavod öz potensialı ilə bir sıra layihələrin, xüsusilə də “Əsrin müqaviləsi”nin icrasında mühüm rol oynayıb.

Qaz emalı zavodunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə zavodun direktoru Aqşin Paşayev, Həmkarlar İttifaqı komitəsinin sədri Əli Mahmudov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, enerji strategiyasının uğurla həyata keçirilməsindən danışıb, dahi rəhbərin parlaq xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıblar.

ADY: İslamiada ilə əlaqədar Bakı-Tbilisi-Bakı sürət qatarından istifadə edən sərnişinlərin sayı 15% artıb

“IV İslam Həmrəyliyi Oyunları”nın Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.

“Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı adi günlərə nisbətən 10-15% təşkil edir. 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir”, - deyə məlumatda vurğulanıb.

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Dalga tv Xeber.ge  saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, nəqliyyat, tranzit, sənaye, turizm, İKT və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Saytda Axtarış

ახალი ამბები