Dalga Televiziyasi ADY: İslamiada ilə əlaqədar Bakı-Tbilisi-Bakı sürət qatarından istifadə edən sərnişinlərin sayı 15% artıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün923
DünənDünən2699
Bu həftəBu həftə6082
Bu ayBu ay37625
Bu günə qədərBu günə qədər7525842

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ADY: İslamiada ilə əlaqədar Bakı-Tbilisi-Bakı sürət qatarından istifadə edən sərnişinlərin sayı 15% artıb

“IV İslam Həmrəyliyi Oyunları”nın Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.

“Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı adi günlərə nisbətən 10-15% təşkil edir. 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir”, - deyə məlumatda vurğulanıb.

Saytda Axtarış

ახალი ამბები