Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə qrip virusunun yayılma ehtimalı çox azdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1410
DünənDünən2380
Bu həftəBu həftə3790
Bu ayBu ay39093
Bu günə qədərBu günə qədər7409567

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə qrip virusunun yayılma ehtimalı çox azdır

alt

Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsində qrip virusundan ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, bu bölgədə qrip virusundan kəskin xəstələnmə və ya digər ağır hallara rast gəlinməyib.

Bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

O deyib ki, qrip virusu ən çox paytaxt Tbilisidə və Acarıstan Muxtar Respublikasında yayılıb. Tbilisi və Batumi əsas mərkəz hesab olunur. Gürcüstanın Kvemo Kartli bölgəsində və digər regionlarında da qrip virusunun yayılma ehtimalı çox azdır. Səhiyyə Nazirliyinin tapşırığına əsasən regionlarda da məcburi peyvəndləmə həyata keçirilir. Əgər hər hansı çağırış olarsa, hökumət həmin bölgələrə də təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir. Ölkədə indiyədək 15 nəfər qripdən ölüb. Onlardan beşi Acarıstan Muxtar Respublikasının sakinidir.

Saytda Axtarış

ახალი ამბები