Dalga Televiziyasi İvanişvili marixuananın ixracını nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1196
DünənDünən3183
Bu həftəBu həftə16958
Bu ayBu ay69564
Bu günə qədərBu günə qədər3605346

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İvanişvili marixuananın ixracını nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib

Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili marixuananın ixrac məqsədilə becərilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib.

Məlumata əsasən, B.İvanişvili ciddi narazılığını ötən gün hakim partiyanın qərargahında keçirilən görüşdə ifadə edərək hakim komandaya töhmət verib.

Partiya sədri qanun layihəsi üzərində iki ildən çox müddətdə iş aparıldığını və sənədin parlamentdən geri çağırılması nəticəsində Gürcüstanın külli miqdarda pul itirdiyini bildirib. O qeyd edib ki, hakim partiya məsələnin ictimaiyyətə düzgün çatdırılması üçün daha böyük məsuliyyət göstərməli idi.

Qeyd edək ki, Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini ötən ilin noyabrında parlamentdən geri götürüb. Bu, ötən il oktyabrın 28-də ölkədə keçirilmiş prezident seçkilərinin birinci turundan sonra baş verib. Sənəd Gürcüstan Patriarxlığı, müxtəlif dini icmalar və ictimaiyyətin böyük hissəsi tərəfindən ciddi narazılıqla qarşılanmışdır.

Saytda Axtarış

ახალი ამბები