Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün133
DünənDünən2847
Bu həftəBu həftə133
Bu ayBu ay58294
Bu günə qədərBu günə qədər7485628

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Aİ-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

Yaxın günlərdə xaricdən idxal edilən “Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-dən bildirilib:

“Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən “Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub.

Belarusdan “Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”.

SOCAR-AQŞ Amerika Neft İnstitutunun “API Spec Q2” sertifikatına layiq görülüb

 SOCAR-AQŞ Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq Amerika Neft İnstitutu (API) komitəsi tərəfindən API “Spec Q2” sertifikatına layiq görülüb.

"Dalga tv " AzərTAC-a istinadən xəbər verir ki, SOCAR-AQŞ 2015-ci ilin aprel ayından etibarən “API Spec Q2” standartının tətbiqi və sertifikatlaşdırılması layihəsinə start verib. Keyfiyyət İdarəetmə Sistemi üzrə tətbiq edilən bu standart neft və qaz sənayesində xidmət göstərən müəssisələr üçün tələbləri müəyyənləşdirir.

Müəssisənin idarəetmə sistemləri şöbəsinin müdiri Zaur Fərzəliyev bildirib ki, SOCAR-AQŞ “API Spec Q2” sertifikatına layiq görülməklə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Standartın tətbiqi ilə bağlı işçi heyətimiz əzmlə çalışıb. Müəssisədə həyata keçirilən bütün prosesləri standartın tələblərinə uyğun hazırlamağa müvəffəq olduq və API auditorlarının həyata keçirdiyi ikimərhələli yoxlamalardan uğurla keçdik”.

“Sevindirici haldır ki, milli qazma müəssisələri arasında ilkə imza ataraq müvafiq sertifikata layiq görüldük. SOCAR-AQŞ-nin bu uğuru beynəlxalq bazarlara çıxış imkanımızı artırmaqla bərabər rəqabətədavamlılıq göstəricimizi daha da yüksəldir. Əsas işimiz standartın tətbiqi ilə yanaşı, onu işlək vəziyyətdə saxlamaq və davamlı təkmilləşdirmək olacaq”, - deyə o bildirib.

Amerika Neft İnstitutu 1924-cü ildən etibarən dünya miqyasında neft və qaz sənayesinə aid olan standartların yaradılması və tətbiqi sahəsində aparıcı rol oynayır. İnstitutun neft-qaz sənayesinin bütün seqmentlərində fəaliyyət göstərən 600-dən çox korporativ üzvü var.

Gürcüstan 'Şahdəniz 2'ni seçir

Azərbaycanda 24-cü Beynəlxalq Neft və Qaz sərgisi keçirilir.

Gürcüstanın baş nazirinin müşaviri Giorgi Vaşkamadze də sərgiyə qatılmaq üçün Bakıya yollanıb

O, Azərbaycan və Gürcüstan arasında tarixi əməkdaşlığın olduğunu, və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb:

“Biz öz mövqeyimizi körpü kimi istifadə etməliyik. Hamı Avropaya qaz satmaq istəyir. "Şahdəniz 2" nəhəng layihədir və başa çatmağına az qalıb. İndi "Şahdəniz 3" və digərləri haqda fikirləşmək, Türkmən qazını cəlb eləmək, arteriyanı gücləndirmək lazımdır. Amerika öz qazını Avropaya satırsa, bu bizim ölkələrə yaxşı nəsə vəd eləmir. Amma Azərbaycan və Gürcüstandan Türkmən qazı keçsə bu bizlər üçün çox vacib və faydalı olar”.

Gürcüstana qaz nəql edəcək “Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformadan birinin üst tikililəri dənizə yola salınıb. İyunun 1-də keçirilən mərasimə prezident İlham Əliyev də qatılıb.

Prezident.az saytı yazır ki, “Şahdəniz Mərhələ 2” layihəsi üzrə Gürcüstan da daxil, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyaya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlham Əliyev deyib ki, bu gün tarixdə qalacaq:

“Çünki bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi şəkildə açıq elan edirik. Bir neçə gündən sonra bu qurğular dənizə göndərilib, Şahdəniz yatağında quraşdırılacaq. Bu böyük tarixi hadisədir”.

"Şahdəniz Mərhələ 2" üzrə ilk qaz 2018-ci ildə Gürcüstan və Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəqli gözlənilir.

Neft-qaz məsələləri üzrə ekspert Kəmalə Mustafayeva düşünür ki, Gürcüstan Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edə bildi. Amma bu o demək deyil ki, bu əməkdaşlıqdan təkcə Gürcüstan udur:

“Azərbaycan nə etsə də Gürcüstanla enerji əlaqələrini saxlamağa məcburdur. Çünki bu iki ölkə bir-birinə bağlıdır. Azərbaycanın mühüm beynəlxalq qaz-neft kəmərləri Gürcüstanın ərazisindən keçir. Yəni, Gürcüstan Azərbaycan qazının dünya bazarına çıxmasına şərait yaradır”.

SOCAR Novorossiyskdən neft ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 631 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 260 380 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 322 980 ton xam neft ixrac edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Novorossiyskdən ixrac ötən ilin eyni ayı ilə müqayisədə 5,84% artıb.

Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 573 838 ton, Supsa limanından 1 139 045 ton, Ceyhan limanından 6 697 067 ton xam neft ixrac edilib.

Novorossiyskdən ixrac illik müqayisədə 79,61%, Supsadan 9,42% artıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

SOCAR Novorossiyskdən neft ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 631 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 260 380 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 322 980 ton xam neft ixrac edib.

"Dalga tv " SOCAR-a istinadən verdiyi xəbərə görə, Novorossiyskdən ixrac ötən ilin eyni ayı ilə müqayisədə 5,84% artıb.

Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 573 838 ton, Supsa limanından 1 139 045 ton, Ceyhan limanından 6 697 067 ton xam neft ixrac edilib. Novorossiyskdən ixrac illik müqayisədə 79,61%, Supsadan 9,42% artıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan, Türkiyə və Gürcüstan kiçik və orta sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına çıxır

Türkiyədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ümumdünya Kiçik və Orta Sahibkarlıq Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Konfederasiyadan "Report"a daxil olan məlumata görə, bundan sonra Azərbaycanın da kiçik və orta sahibkarları öz məhsullarını SME.market” platforması vasitəsilə elektron ticarətlə vasitəsilə satacaqlar.

Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar (KOS) Forumunun təqdim etdiyi "SME.market" e-ticarət platforması hələlik pilot layihə formatında həyata keçiriləcək. Layihə vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstanınkiçik və orta sahibkarlarının xarici bazarlara çıxış imkanları sadələşəcək.

Bununla əlaqədar Türkiyədə Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Gürcüstan Ticarət və Sənaye Palatasının rəhbəri Kaha Bainduraşvilinin iştirakı ilə tədbir keçirilib. Qarşılıqlı müzakirə zamanı isə tərəflərin birgə fəaliyyəti, yeni əməkdaşlıq imkanları, hədəflərə toxunulub.

Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu bildirib ki, artıq ənənəvi ticarətin qaydaları dəyişir. Dünya Kiçik və Orta Sahibkarlar Forumunun beynəlxalq onlayn platforması olan “SME.market” vasitəsilə internet resursların bütün imkanları kiçik və orta sahibkarlar üçün əlçatan olacaq. Pilot layihə ilk olaraq Azərbaycan, Türkiyə və Gürcüstan KOS-larını əhatə edəcək.

M.Musayev bildirib ki, birgə əməkdaşlığın daha səmərəli təşkili istiqamətində KOS-ların elektron ticarətə qoşulması zamanı əldə edilmiş təcrübənin, bilik və bacarıqların qarşılıqlı olaraq biri-birinə ötürülməsini, KOS-ların elektron ticarət barədə məlumatlılığının artırılması istiqəmətində təlimlərin, konfransların, seminarların keçirilməsinə ehtiyac var. Azərbaycan Sahibkarlar Konfederasiyası görülən işlərdən toplanan təcrübənin digər tərəfdaşlarla paylaşılması, birgə KOS-ların elektron ticarətə qoşulmasını təşviq edən, bunu sürətləndirən proqramların, mexanizmlərin hazırlanması məqsədilə tədbirlər görəcəyini açıqlayıb.

Tədbirdə qərara alınıb ki, "SME.market" ilə Azərbaycanda fəaliyyət göstərən e-ticarət platforması “Azexport” arasında əlaqə yaradılsın. Bununla da, yerli məhsullarımızın xarici bazara çıxış imkanları bir qədər də genişlənəcək. Nəticədə sahibkarlar daha böyük həcmdə sifarişlər alavə vaxt itirmədən satışı həyata keçirə biləcəklər. Kiçik və orta sahibkarların bu proqramdan rahatlıqla istifadə edilməsi üçün tezliklə e-ticarətdən istifadə qaydalarına dair hər üç ölkədə təlimlərə start veriləcək.

Qeyd edək ki, bu platforma inkişaf etməkdə olan ölkələrdəki KOS-ların çox asanlıqla elekton ticarətə qoşulmasını təmin edir. Platformada qeydiyyat çox sadədir, heç bir xüsusi İKT bilikləri tələb etmir. Bununla yanaşı, platforma bütün əsas elektron ticarət platformaları ilə əlaqəlidir. Bu isə SME.market platformasına qoşulmuş KOS-ların rahatlıqla dünya elektron ticarət bazarına daxil olmasını təmin edir.

Gürcüstan iqtisadiyyatının artımı sürətləndi

Gürcüstanın Ümumi Daxili Məhsulunun artımı bu ilin yanvar-fevral aylarında ötən ildəki 2.8%-dan 4.2%-dək sürətlənib.

Dalga tv Xəbər.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycandan Avropaya nəql olunan Xəzər neft və qaz boruları Gürcüstan ərazisindən keçir. Bu ölkə ticarət partnyoru olan dövləltərdə iqtiasadi vəziyyətin pisləşməsindən sonra ölkəyə gələn ixracın həcmi və pul köçürmələri azalmışdı. Buna görə də Gürcüstan ciddi çətinliklərlə üzləşdi.

2016-ci ilin aprel ayında ÜDM-in artımı 2015-ci ilin 4.3%-dən fərqli olaraq 2.1%-ə düşmüşdü. Müqayisə üçün cari ildə bu göstərici 5.3% təşkil edir.
İqtisadi artım 2015-ci ildəki 2.9%-dən 2.2%-dək yavaşladı və hökümətin ötən ilin 3%-lik proqnozundan daha aşağı oldu.

Vəziyyət bu ilin yanvarından dəyişməyə başladı. Yanvar-aprel aylarında Gürcüstana ixrac edilən məhsulların həcmi 30% artaraq 788 mln. dollara çatıb. Ticarət kəsiri 26.9%-dək azalıb, köçürmələr 19% artaraq 396 mln. dollara çatıb.

Bu il lari də ABŞ dollarına qarşı güclənməyə başladı.

"SOCAR Turkey"in TANAP-da pay alması bu il yekunlaşacaq

Bu ilin sonuna "SOCAR Turkey Enerji A.Ş."-nin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində səhmdar olması məsələsi yekunlaşacaq.

Dalgatv "Report"a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Zaur Qəhrəmanov Bakıda jurnalistlərə bildirib.

"Bu ilin sonuna kimi "SOCAR Turkey"in TANAP-da pay alması məsələsi yekunlaşmalıdır", - deyə Z.Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, söhbət "SOCAR Turkey Enerji"nin SOCAR-ın TANAP-dakı 58%-lik payından 7%-in almasından gedir.

“SOCAR Petroleum”:“Yanacaq növlərinin keyfiyyətinə səlahiyyətli dövlət qurumlarının laboratoriya sınaqları vasitəsilə nəzarət olunur”

SOCAR Petroleum” QSC-dən ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın kəmiyyəti və keyfiyyəti ilə bağlı bəzi KİV-lərdə yer alan iddialara aydınlıq gətirilib.

Dalga tv “Report” a istinadən xəbər verir ki, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcminin monitorda göstərildiyindən 1-2 litr az olması ilə bağlı iddiaya “SOCAR Petroleum”dan bildirilib ki, göstərilən fərq YDM-lərdə istismar olunan texniki qurğuların göstəricisi və aparılan dövri yoxlamalar zamanı öz əksini tapmır: “Yanacaqdoldurma məntəqələrində istismar olunan sayğacların dəqiqliyi +-0,25% təşkil edir. Hər bir müştəri bunu SOCAR yanacaqdoldurma məntəqələrində olan Nümunəvi Ölçü Qabında test aparmaqla yoxlaya bilər”.

Yanacaqdoldurma məntəqəsində vurulan yanacağın həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermədiyi ilə bağlı iddiaya isə qurumdan bildirilib ki, “SOCAR Petroleum” QSC-nin balansında olan mexaniki və həndəsi ölçmə vasitələrinin (yanacaqpaylayıcı kalonkaların tapançaları, nümunəvi ölçü qabları, manometrlər, metroştoklar, ruletka, lotlu ruletka, areometrlər və s.) kalibrlənməsi işləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzinin (AzTEST) mütəxəssisləri tərəfindən yüksək dəqiqliklə həyata keçirilir: “Bununla da yanacaqdoldurma məntəqələrimizdə yanacağın kəsilməsindən söhbət gedə bilməz. Bir daha bildiririk ki, yanacaqpaylayıcı kalonkaların tapançaları hər üç aydan bir dövrü yoxlamalardan keçir. Hər zaman qeyd emişik, indi də qeyd edirik ki, bununla bağlı narazılığı olan şəxslər məntəqəmizə yaxınlaşa bilərlər. Şikayətçinin iştirakı ilə istənilən tapançanı yoxlamağa hazırıq. Amma təəssüflər olsun ki, bu məsələni dəfələrlə elan etməyimizə baxmayaraq heç kim bizə müraciət etməyib”,-QSC-dən qeyd olunub.

Avtomobillərin "forsunka"sının tez sıradan çıxmasının benzinlə əlaqədar olması ilə bağlı qeyd olunanlara "SOCAR Petroleum"dan bildirilib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir: “Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmayıb. İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir. Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcək”.

Ölkədə fəaliyyət göstərən heç bir yanacaqdoldurma məntəqəsində “menzurka” (nümunəvi ölçü qabları) olmadığı ilə bağlı iddialara gəlincə isə qeyd olunub ki, “SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları mövcuddur: “Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. Menzurkalar hər sifarişə uyğun deyil, 10 litr və 20 litr həcmə malik olur”.

Uzun şlanqların içərisində qalan benzinin avtomobilin çəninə deyil, geri qayıtması iddiasına isə qurumdan bildirilib ki, “SOCAR Petroleum” QSC-ə məxsus yanacaqdoldurma məntəqələri Yaponiya istehsalı olan “Tatsuno” yanacaqpaylayıcı kalonkalar ilə təchiz edilib: “Şlanqların uzunluğu istehsalçı tərəfindən beynəlxalq norma və standartlara uyğun tənzimlənir. Bütün yanacaqpaylama kolonkalarımızda yanacaq şlanqının uzunluğu 5,4 metrdir. Yanacaq xətti üzərində 4 müxtəlif yerdə əks klapanlar var. Onlardan ikisi şlanqın iki müxtəlif əks tərəflərində yerləşir. Satış üçün operator avtorizasiya olunmayıbsa klapanın açılması mümkün deyil. Satış olmadıqda isə yanacağın əksinə axması əks klapanlar hesabına mümkün olmayacaq. Ümumiyyətlə, YDM-dəki yanacaq xəttində hava olması mümkün deyil. Bu halda sızıntı detektorları işə düşər və yanacağın verilməsi, sayğacların işləməsi bloklanar”,-QSC-dən bildirilib.

“SOCAR Petroleum”dan bildirilib ki, hazırda “Super” və “Premium” markalı yanacaqlar xaricdən idxal olunur və tələbat fasiləsiz olaraq təmin olunur. SOCAR brendli yanacaqdoldurma məntəqələrində xaricidən idxal olunan “Super”, “Premium” və yerli istehsal olunan “A-92”, “Dizel” və LPG neft məhsullarının satışı həyata keçirilir.

Hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması, benzinin nəzərdə tutulan təzyiqdən çox vurulanda havanın da daxil olması ilə bağlı iddiaya isə “SOCAR Petroleum”dan bildirilib ki, yüksək sürətlə yanacağın vurulması zamanı ölçmə dəqiqliyi qətiyyən dəyişmir. Yüksək sürətə görə havanın benzinə qarışması isə ümumiyyətlə mümkün deyil”.

Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb

Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. “APA-Economics” “Georgia Inform” portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, həftə ərzində “Kavkasioni” elektrik enerjisi xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac olunub.


Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt, Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.


Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.

Kaxa Kaladze: "Gürcüstan Azərbaycan qazından asılıdır"

"Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib.


Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.

"Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycanda təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq", - energetika naziri qeyd edib.

SOCAR İran bazarına daxil olur

“SOCAR İranın “E&P Companies” şirkətinin tərəfdaşları siyahısına əlavə olunub” . 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya deyib.

Nazir müavini bildirib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub: “SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və müsbət cavab verilib. 

Beləliklə, SOCAR “Shell”, “Total” kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. 

SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib”.

Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. “SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır”.

Saytda Axtarış

ახალი ამბები