Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün66
DünənDünən2847
Bu həftəBu həftə66
Bu ayBu ay58227
Bu günə qədərBu günə qədər7485561

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR daha bir yataqda seysmik işlər aparır

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İdarəsi "Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə" yatağında 2D seysmik işləri aparır.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işlərə mart ayında start verilib.

Ümumilikdə 380 xətti kilometr həcmində işlərin 300 xətti kilometrlik hissəsi artıq görülüb. Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar "Kəşfiyyatgeofizika" İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.

SOCAR Gürcüstanda qazın qiymətinin artırılması üçün hökumətə müraciət edib

alt

Gürcüstanda təbii qazın qiyməti 5 tetri arta bilər.

"APA-Economics" "Rezonansi" qəzetinə istinadən xəbər verir ki, dörd şirkət tarif artımı ilə bağlı hökumətə müraciət edib. Hökumətə müraciət "Qaz nəqli şirkəti", "SOCAR Georgia Gas", "Qruzqorqaz" və "Kaztransqaz" şirkətlərindən daxil olub.

Şirkətlər larinin məzənnəsindəki volatilliyi və yatırdığı investisiyaları gözlənilən artıma səbəb kimi göstərir.

Hökumətdən məsələyə münasibət bildirilməyib. Gürcüstanın Tarif Komissiyasının rəsmiləri isə bildirib ki, hazırda şirkətlər tərəfindən daxil olan sənədlərin əksəriyyəti öyrənilib.

Aidiyyəti qurumlar artımın baş verəcəyi ilə bağlı danışmağa tələsmir. İqtisadçılar isə hesab edir ki, böyük ehtimalla, artım 5 tetri səviyyəsində olacaq. Ekspertlər deyir ki, artım o qədər də böyük olmasa da, aztəminatlı təbəqənin büdcəsinə ciddi ziyan vuracaq. "Onlar üçün hətta indiki tarif də yüksəkdir. Xüsusilə də qış mövsümündə... Lakin artım qaçılmazdır və yeni tarif daha real olacaq. Belə ki, bu tarifdə nəinki larinin yeni məzənnəsi, eyni zamanda şirkətlərin investisiyaları da əksini tapacaq. Larinin devalvasiyasından xeyli vaxt keçib, lakin uzun müddətdir qaz tarifləri dəyişməz qalıb", - deyə ekspert Emzar Cqerenaya bildirib.

Ekspert əlavə edib ki, sosial qaz mövzusunu qapatmaq lazımdır: "Varlıları subsidiyalaşdırmaq lazım deyil. Bu məsələdə hər kəs mənimlə razılaşar. Subsidiya kasıb təbəqəyə lazımdır".

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli 6% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 778,5 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5% artım müşahidə olunub. Qazın nəqlinin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 3 197,1 mln. kubmetr qaz ötürülüb. Bu ilin 5 ayında bu kəmərlə nəql olunmuş qazın həcmi illik müqayisədə 5,7% çoxdur.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib.

Dalga tv  apa-yaistinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur.

2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.

Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

Nazir: Azərbaycan Gürcüstana 3,4 mlrd. dollar investisiya yatırıb

İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxını iqtisadi sahədə olmaqla 100-dən çox sənəd imzalanıb: “Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir”.

Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar, qeyri-neft sektorunun diversifikasiyası, xüsusilə investisiyaların və ixracın təşviqi sahəsində son illərdə görülən işlər barədə gürcüstanlı qonaqlara məlumat verib.

G. Qaxaria ölkəsinin iqtisadiyyatı, biznes və investisiya mühiti barədə danışıb, Azərbaycanın Gürcüstana investisiya qoyuluşunu yüksək qiymətləndirib və ölkəsində Azərbaycan sərmayələrinin dəstəkləndiyini vurğulayıb. Gürcüstanlı nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı, ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.  

Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib

 Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçirilib.

"Report"un Gurcüstan bürosu xəbər verir ki, iclasda əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol üzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasının həmsədri Qeorqi Çerkezişvili tədbiri açaraq ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadığını bildirib.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2017-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yol üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. İclasda, həmçinin koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan Gürcüstanın ən iri investoru ünvanını qoruyur

2017-ci ilin yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan investisiya həcminə görə Azərbaycan liderdir.


"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.


Hesabat dövründə Azərbaycan Gürcüstana 97 mln. dollar yatırıb. Maraqlıdır ki, Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 30% azalıb.

Azərbaycanın ardınca Türkiyə və Böyük Britaniya qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 82 və 80 mln. dollardır.

Qeyd edək ki, yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 403 mln. dollardır.

SOCAR büdcəyə ödənişlərini artırıb

SOCAR tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 mln. 586 min manat vəsait ödənilib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 mln. 780 min manat və ya 118,5% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 mln. 888 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 mln. 107 min manat və ya 119% çoxdur.

Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 mln. 945 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 105,7% çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 mln. 460 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 mln. 101 min manat və ya 108,9% çoxdur.

DGK: Gürcüstanla sərhəddə yeni mərkəz yaradılmalıdır

"Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir". 

Dalga tv  APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxış edən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, DGK ilə Avropa İttifaqı arasında dərin əməkdaşlıq əlaqələri mövcuddur: "Avropa İttifaqı Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması üçün maliyyə dəstəyinə yenidən baxmalıdır. Bu mərkəzin yaradılması olduqca mühüm məsələdir".

Qurum rəsmisi qeyd edib ki, bu mərkəz qonşu ölkələrdən tranzit axınının yaradılmasına böyük xidmət göstərəcək.

Azərbaycan, Gürcüstan və İran “Cənub-Qərb” layihəsinin perspektivlərini müzakirə ediblər

Azərbaycan, Gürcüstan  və İran dəmir yol idarələrinin rəhbərləri "Cənub-Qərb” nəqliyyat dəhlizinin  perspektivlərini müzakirə ediblər.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, layihə çərçivəsində Fars körfəzindən və İrandan keçməklə Avropaya yüklər daşınacaq. Hazırda yüklərin dənizlə daşınması dövriyyəsi Fars körfəzi və Hindistandan keçməklə 30-40 gün davam edir. Gürcüstan, Azərbaycan və İran dəmir yolu xətti mövcud olandan sonra yükdaşımanın müddəti əhəmiyyətli dərəcədə qısalacaq.

Müzakirələrdə iştirak edən "Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov deyib: " Avropa, Pakistan, Hindistan və İran arasında yük dövriyyəsinin həcmi "Cənub-Qərb” dəhlizinin perspektivlərindən xəbər verir. Biz daşınan yüklərə nəzarət məqsədilə  vahid tarif sistemi yaratmaq niyyətindəyik. Təqdirəlayiq haldır ki, Gürcüstan hökuməti tərəfindən bir neçə azad ticarət zonası yaradılıb. Bu, görülən işlərin keyfiyyətinə, yük dövriyyəsinə və yüklərin rahat şəkildə daşınmasına müsbət təkan verir”.

Tədbir çərçivəsində Gürcüstan Dəmir Yolunun baş direktoru Mamuka Baxtadze, "Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolu prezidenti Səid Məhəmmədzadə arasında görüşün nəticələrinə dair sənəd imzalayıblar.

SOCAR yeni şirkət təsis edib

SOCAR yeni şirkət təsis edib. "APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, "SOCAR IT" MMC dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Əhmədov Vüsal Mehman oğludur.

MMC-nin nizamnamə kapitalı 50 min manat təşkil edir.

Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 113.

SOCAR bu il 30 yeni quyunu mədənçilərə təhvil verib

Bu ilin may ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13743 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 12277 metri istismara, 1466 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 63339 metr qazma işi görülüb ki, bunun da 57896 metri istismara, 5443 metri isə kəşfiyyata aid olub.

May ayında qazmadan alınmış 7, il ərzində isə 30 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Saytda Axtarış

ახალი ამბები