Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün267
DünənDünən2847
Bu həftəBu həftə267
Bu ayBu ay58428
Bu günə qədərBu günə qədər7485762

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ADB “Cənub Qaz Dəhlizi”nə 500 mln. dollar ayırıb

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) 50 illik yubileyinə təsadüf edən və "Asiyanın rifah və tərəqqisini birlikdə quraq" devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurub.
 
 
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlunata görə, toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
 
 
Rəhbərlər Şurasının mayın 6-da keçirilən iclasında çıxış edən S.Şərifov prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verib, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulayıb. Nazir qeyd edib ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsinin gücləndirilməsi ilə yanaşı iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.
 
 
İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilib.
 
 
ADB-nin prezidenti Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
 
İllik Toplantı çərçivəsində, mayın 7-də “Cənub Qaz Dəhlizi” QSC və ADB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.
 
 
İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanmış, ADB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı vurğulanıb,  bu layihənin uğurla başa çatdırılmasında ADB-nin dəstəyinin vacibliyi qeyd edilib.

Gürcü ekspert: Cənub Qaz Dəhlizinin tezliklə işə düşməsi Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir

Gürcüstanda qış mövsümündə enerji çatışmazlığı olur. Bu çatışmazlığı biz Azərbaycan qazı hesabına ödəyirik.

Bu sözləri mətbuata açıqlamasında Gürcüstan Neft-Qaz Korporasiyasının analitiki, energetika sahəsində tanınmış ekspert Liana Çervalidze söyləyib.

Ekspert ölkəsinin Cənub Qaz Dəhlizindən gözləntilərini də dilə gətirib. O deyib ki, Cənub Qaz Dəhlizinin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Bu, bizim təbii qaza olan tələbatımızın ödənilməsində mühüm rol oynayacaq. Ekspert bildirib ki, “Şahdəniz” konsorsiumu və Azərbaycan hökuməti tərəfindən imzalanmış sazişə əsasən Gürcüstan Azərbaycandan Cənub Qaz Dəhlizinə görə 5 faiz təbii qaz alacaq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya ildə 16 milyard kubmetr qaz nəql olunanda Gürcüstan bu daşınmalardan 800 milyon kubmetr qaz alacaq. Bu da Gürcüstanın daxili qaz bazarının əsaslı surətdə balanslaşdırılmasında mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizi genişləndikdən sonra isə bu kəmərlə ildə 30 milyard kubmetr qaz ötürüləcək. Biz isə tranzit haqqı olaraq bundan 1,5 milyon kubmetr “mavi yanacaq” alacağıq. Gürcüstan gözləyir və maraqlıdır ki, Azərbaycanda qaz hasilatı artsın. Habelə Türkmənistan və digər qaz hasilatçısı olan ölkələr bu layihəyə qoşulsun. Türkmənistanın da bu layihəyə qoşulması Gürcüstanın Avropa bazarından öz layiqli payını almasına imkan yaradacaq.

“SOCAR Georgia QAS” Gürcüstanın daha bir yaşayış məntəqəsinə qaz verib

 

“SOCAR Georgia QAS” şirkəti Gürcüstanın qərbindəki Zestafoni bələdiyyəsinin Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb.

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, “SOCAR Georgia QAS” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmi şəxslər mayın 3-də məntəqədə olublar.

Onlar yeni qazpaylayıcı şəbəkənin fəaliyyəti ilə tanış olub, Kveda Sazano kəndinin mərkəzindəki rəmzi məşəli yandırıblar.

Bildirilib ki, Kveda Sazano kəndində 1728 ailə evlərini isitmək üçün təbii qazdan istifadə edə biləcək.

Qaydalara əsasən şəbəkəyə qoşulmaq üçün hər bir abonent 400 lari ödəməlidir. İmkansız ailələr bu məbləği 16 aya, ayda 25 lari olmaqla da ödəyə bilərlər.

Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsi Gürcüstanın avtomobil bazarını çökdürüb

Üçüncü ölkələrdən gətirilən avtomobillərin Gürcüstan üzərindən ixracı minimum həddə enib. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bir vaxtlar olduqca əlverişli biznesə çevrilən bu cür əməliyyatların həcmi kəskin azalıb.

2010-cu ildə Gürcüstandan 25 min ədəd nəqliyyat vasitəsi ixrac olunub ki, əldə olunan gəlirin həcmi 227 mln. dollar təşkil edib. Sözügedən biznes 2013-cü ildə pik həddə çatıb. Belə ki, Gürcüstandan 79 min ədəd nəqliyyat vasitəsi ixrac olunub və əldə olunan gəlir 703 mln. dollar təşkil edib. 2014-cü ildə Gürcüstan 49 min ədəd nəqliyyat vasitəsi ixrac etdiyi halda, 2015-ci ildə bu göstərici 20 min, 2016-cı ildə isə 16 minə enib. Paralel olaraq 3 il ərzində müvafiq qaydada 517 mln. dollar, 179 mln. dollar və 166 mln. dollar olub.

Heç kəsə sirr deyil ki, Gürcüstandan avtomobil ixracının kəskin azalmasına səbəb əsas ticarət tərəfdaşı olan ölkələrdə, o cümlədən Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsidir. Belə ki, Gürcüstandan əsas avtomobil idxalçısı olan Azərbaycan markasından asılı olaraq 2005-2014-cü il istehsalı olan avtomobillərin ölkəyə gətirilməsini qadağan edib. 2015-ci ildə isə idxal olunan avtomobillər üçün gömrük tarifləri artırılıb.
 

2015-ci ildə Ermənistan Avrasiya İttifaqına qoşulub. Beləliklə, Avrasiya İttifaqına daxil olmayan ölkələrdən Ermənistana gətirilən nəqliyyat vasitələri üçün əlavə rüsum tələb olunmağa başladı. Həmin səbəbdən Avrasiya İttifaqının 3 əsas üzvündən biri olan Qazaxıstan da Gürcüstanın avtomobil bazarından üz döndərib.


Son bir neçə ay ərzində Gürcüstan İranın diqqətini öz avtomobil bazarına çəkmək istəyib. Lakin bundan da bir şey çıxmadı - İranda mövcud olan dempinq qaydaları öz sözünü dedi.
 

Beləliklə, Gürcüstanda arda-arda irili-xırdalı avtodilerlər müflis olmağa başladı.

"Bu biznes artıq bizim üçün öz marağını itirib. Artıq vəziyyəti heç nə dəyişə bilməz", - deyə dilerlər bildirib.
 

Gürcüstanın Yol və Nəqliyyat Assosiasiyasının rəhbəri David Mesxişvilinin sözlərinə görə, Gürcüstan iri avtomobil ixracatçısı ünvanını itirib: "Bu, reallıqdır. Səbəbləri hamı bilir. Bizim əsas tərəfdaşlarımız Azərbaycan, Ermənistan və Qazaxıstan. Türkiyə əlaqə qurmağın mənası yoxdur. Tam aydındır ki, bu sahə artıq rentabelli deyil və olmayacaq".


Onun sözlərinə görə, bu bazara ən ciddi zərbəni Azərbaycan qanunvericiliyinin sərtləşdirilməsi vurub: "Gürcüstandan Azərbaycana əsasən köhnə, ucuz nəqliyyat vasitələri ixrac olunurdu. İndi isə bu cür avtomobillər heç kimə lazım deyil. Bu isə dilerlərlə ciddi zərbə vurdu. Məsələnin ən pis tərəfi odur ki, hadisələr qəfil, heç kəsin gözləmədiyi bir vaxtda baş verdi".
 

Onun sözlərinə görə, Gürcüstandan avtomobil ixracı ilbəil azalır. "2016-cı ilin müvafiq  dövrü müqayisədə 2017-ci ilin I rübündə avtomobil ixracı 40% azalıb. Yaxın perspektivdə bazarı heç nə canlandıra bilməz", - deyə ekspert vurğulayıb.

Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu keçirilir

Tbilisidə Gürcüstan-Türkiyə biznes forumu işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan İş Adamları Assosiasiyası və Türkiyənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Forumu səfir Zeki Levent Gümrükçü açaraq Gürcüstan və Türkiyənin iş adamlarının birgə əməkdaşlığının əhəmiyyətindən və hər iki ölkə arasında biznes mühitinin inkişaf perspektivlərindən danışıb. Sonra Gürcüstan Kənd Təsərrüfatı Nazirinin müavini Qela Xanişvili və türk iş adamları çıxış ediblər. Tədbirdə qeyd olunub ki, Bakı-Tbilisi-CeyhanBakı-Tbilisi-Qars və digər beynəlxalq layihələr regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Biznes forumda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi və tezliklə istismara verilməsi xüsusi müzakirə mövzusu olub. Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi ikitərəfli və üçtərəfli layihələrin hər üç ölkənin münasibətlərinə mühüm təsir etdiyi bildirilib.

Forumda iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq və azad ticarət rejimi müzakirə olunub.

Tədbirdə Gürcüstana Türkiyə investisiyasının yatırılması ilə bağlı biznesin inkişafı məsələləri əsas müzakirə obyekti olub. Forumda Gürcüstana yatırılan investisiyaya görə Türkiyənin ən aparıcı ölkələrdən biri olduğu bildirilib.

Tədbirdə Gürcüstan İş Adamları Assosiasiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, türk iş adamları, Azərbaycan şirkətlərinin rəhbərləri və diplomatik korpus nümayəndələri qatılıblar.

Gürcüstan ötən il "Şahdəniz" konsorsiumundan aldığı 500 mln. kubmetri istehlak etməyib

İyul ayından etibarən Gürcüstanda təbii qaz tariflərində artım gözlənilir. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat"ın üzvü, deputat Otar Siradze bildirib.


Onun sözlərinə görə, hakim "Gürcü arzusu" partiyası tarifləri ikiqat azaldacağına söz versə də, növbəti dəfə qiymət artımına hazırlaşır. Siyasətçi qeyd edib ki, iyul ayından etibarən hökumət əhalini qiymət artımına "hazırlayacaq". "Qazın bahalaşması isə bütün məhsulların qiymətinə təsir edəcək", - deyə o əlavə edib.


O.Siradze tarif artımına görə məsuliyyəti baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin və "Gürcü arzusu"nun üzərinə qoyub: "Bu, birbaşa olaraq Kaxa Kaladzenin və "Gürcü arzusu"nun qeyri-dəqiq siyasətinin nəticəsidir. Onlar investisiya cəlbini həyata keçirə bilmədilər. Bundan başqa, hakimiyyət xalqın iradəsinə zidd olaraq "Qazprom" şirkəti ilə müqavilə imzaladı. "Kaztransqaz" və "İnter RAO" şirkətləri ilə məhkəmə çəkişmələrini də bura əlavə etmək olar. Dördillik ziyanverici iqtisadi siyasət nəticəsində biz devalvasiyaya uğramış larinin və tariflərin artımının şahidi olduq".
 

Deputat bildirib ki, ötən həftə parlamentin İqtisadi siyasət komitəsinin iclasında məlum olub ki, keçən il Gürcüstanda qaz istehlakı 2015-ci illə müqayisədə 6,4% azalıb: "Kaxa Kaladze isə bildirirdi ki, Gürcüstanda qaz istehlakı kəskin artıb və bu səbəbdən "Qazprom"dan əlavə həcmdə qaz almaq lazımdır. Hadisələrin gedişatı göstərdi ki, Kaxa Kaladze yalan danışırdı. Söhbət ən azı vəzifə səlahiyyətlərinin aşılmasından gedir. Burada korrupsiya faktı da var. O zaman Kaladzenin çıxışı o dərəcədə panik idi ki, "Şahdəniz" konsorsiumu Gürcüstana əlavə olaraq 500 mln. kubmetr qaz nəql edib. Lakin bu qaz istehlak olunmayıb, çünki buna ehtiyac yox idi. Bu isə bir dada Kaladzenin tələbatın artması ilə bağlı yalanlarını üzə çıxardı. Biz hakimiyyətdən vəziyyətin araşdırılmasını və hesabatın verilməsini tələb edirik. Bundan başqa, hökumət tarif artımından yan keçmək üçün atacağı addımları açıqlamalıdır".

Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

 

Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

Dalga tv Socar.az-a istinadən bildirir ki,

                               

                               

2017-ci ilin aprel ayı ərzində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır.(Bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 milyon 39 min 435 ton təşkil etmişdir. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

DESFA-nın SOCAR-a satılmayacağı dəqiqləşib

Yunanıstan hökumətinin kreditorlarla imzaladığı çərçivə sazişi qaz bazarının liberallaşdırılmasını və DESFA (Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru - red.) şirkətinin səhmlərinin 66%-nin yalnız Avropa şirkətinə satışını nəzərdə tutur. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Kreditorlarla imzalanan çərçivə sazişi sentyabr ayınadək qaz bazarının liberallaşdırılmasına dair "yol xəritəsi"nin hazırlanmasını da nəzərdə tutur. "Qəbul olunan qərara əsasən, DESFA-nın 66%-nin ("Hellenic Petroleum" dövlət şirkətinə məxsus 35%, Dövlət Əmlakının İdarə olunması üzrə Fonda məxsus 31% satılacaq - red.) özəlləşdirilməsi planlaşdırılır. Saziş iki şərti özündə ehtiva edir. Birincisi, potensial investor yalnız Avropa şirkəti olmalı və yaxud üçüncü ölkələrin də daxil olduğu konsorsiumun iştirakçısı olmalıdır. İkincisi, özəlləşdirmədən sonra DESFA tam özəl bölgü modelinə əsaslanaraq fəaliyyət göstərməlidir", - deyə qurumun yaydığı məlumatda vurğulanıb.

Artıq HRADF özəlləşdirmə prosesi ilə bağlı məsləhətçinin seçiminə başlayıb. Prosesin ilin sonunadək başa çatması gözlənilir.


Qeyd edək ki, 2013-cü ilin iyun ayında DESFA-nın özəlləşdirilməsi ilə bağlı ilk tender keçirilib. Tenderin qalibi SOCAR elan olunub. Belə ki, SOCAR DESFA-nın səhmlərinin 66%-i üçün 400 mln. avro təklif edib. Lakin 2016-cı ilin noyabrında Avropa Komissiyası DESFA-nın nəzarət səhm paketinin SOCAR-a satılmasına razılıq verməyib. Qurum SOCAR-a payını 49%-dək azaltmağı təklif edib. Lakin rəsmi Afina səhm paketi üçün təklif olunan məbləği azaltmağa razı olmayıb.

SOCAR Ceyhandan 5,4 mln. ton xam neft ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 5 374 087 ton xam neft ixrac edib.

Dalga tv “Report”-a istinadən xəbər verir ki, bu həcmin 1 467 117 tonu aprel ayında həyata keçirilib.

Aprel ayında Ceyhandan SOCAR-ın ixracı ötən ilin aprel ayı ilə müqayisədə 32% artıb. Dörd aylıq ixrac isə 6% azalıb.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Bakı-Qazax-Gürcüstan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72-ci kilometrlik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi - Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, müvafiq işlərlə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

SOCAR-ın satdığı xam neft apreldə kəskin bahalaşıb

SOCAR aprel ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.


Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 52,54 dollara, Urals nefti 51,75 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,83 dollara satılıb.


Qeyd edək ki, martda dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,57 dollara, Urals nefti 50,20 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 52,86 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 1,88%, Urals neftinin qiyməti 3,09%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 1,84% artıb.

Ötən ilin aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 41,48 dollara, Urals nefti 40,48 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 43,02 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 26,66%, Urals neftinin qiyməti 27,84%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 25,13% artıb.

Maltanın baş naziri: "Tərəfdaşımız SOCAR-a təşəkkür edirəm"

Maltanın baş naziri Cozef Muskat ölkənin enerji həyatında yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təşəkkürünü bildirib.

Dalga tv "Report"-a istinadən xəbər verir ki, bunu o, aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding" olan "ElectroGas Malta" şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir son üç il ərzində aparılan enerji siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldığını diqqətə çatdırıb:

"Cəmi üç il ərzində yerinə yetirdiyimiz enerji siyasəti sayəsində ölkəmizdə yoxsulluğun səviyyəsini iki dəfə azlatmağa nail olduq. Hökumət son bir həftə ərzində mütəmadi olaraq xalqın qarşısına çıxıb və gördüyü işlərin hesabatını verib: yerinə yetirdiyi sözlərlə, reallaşdırdığı arzularla, yoxsulluq səviyyəsini iki dəfə azaltmaqla, büdcə kəsirini aradan qaldırıb cəmi bir il ərzində 8 mln. avro prifisitə çevirməklə, əvvəlki qanunverici orqanın səlahiyyət dövründə yığılmış dövlət borcunu silməklə. Bu onu göstərir ki, siz eyni zamanda həm iqtisadi cəhətdən səlahiyyətli, həm də sosial cəhətdən məsuliyyətli ola bilərsiniz. İnanıram, Malta xalqı başa düşür ki, bu hökumət səhvlər edir, bəzən də böyük səhvlər buraxır, lakin o həm də xeyli yaxşı iş görür. Xalq başa düşür ki, biz istiqaməti uğurla dəyişmişik".

Cozef Muskat daha sonra Maltanın enerji siyasətinin həyata keçirilməsində əməyi olan şəxslər və tərəfdaş şirkətlərə, o cümlədən SOCAR-a minnətdarlıq edib:

"Mən sozlərimi nazir Mizziyə gördüyü işə və bu layihəyə uğurla rəhbərlik etdiyinə görə təşəkkür etməklə bitirmək istəyirəm. "Enemalta" şirkətinin rəhbərliyinə dövlət şirkətinin ən yüksək, fərdi şirkətlərin belə həsəd aparacağı iş standartını nümayiş etdirdiyinə görə təşəkkür edirəm. Baş verənlərdə əminliklə iştirak edən və ölkədəki rəqabət mühitinə baş vuran "Electrogas" şirkətinə minnətdaram. Bütün tərəfdaşlara, "Siemens", SOCAR və hər bir iştirakçıya təşəkkür edirəm. Çox sağ olun".

Saytda Axtarış

ახალი ამბები