Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün164
DünənDünən2847
Bu həftəBu həftə164
Bu ayBu ay58325
Bu günə qədərBu günə qədər7485659

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR: Benzinin qiymətindəki dəyişiklik neft emalı sənayesinin müasirləşdirilməsini sürətləndirəcək

Аİ-92 markalı benzinin qiymətlərinin dəyişməsi ARDNŞ-nin neft emalı sənayesinin müasirləşdirilməsi sürətləndirilməsinə dəstək göstərəcək, nəticədə 2040-ci ildə Azərbaycanda neft məhsullarına daxili tələbat tam təmin olunacaq.

Dalga tv-nin Trend-ə istinadla məlumatına görə, bunu ARDNŞ-nin neft emalı üzrə vitse-prezidenti Davud Məmmədov bu gün Aztv telekanalının efirində bildirib.

Gürcüstan hava yollarının Tbilisi-Moskva istiqamətində 4 reysi ləğv olunub

Gürcüstan hava yolları “Georgian airways" Rusiya tərəfinin bir həftədə Tbilisi-Moskva istiqamətində 4 reysi ləğv etdiyini bildirib.

“Report” bu barədə “RİA-Novosti” agentliyinə istinadən xəbər verir.

“Rusiyanın aviasiya rəhbərliyi tərəfindən "Georgian airways"in Kazan istiqamətində uçuşundan imtina edilib. İndi isə aviasiya rəhbərliyi gözlənilmədən “Georgian airways" bir həftədə Tbilisi-Moskva istiqamətində 4 uçuşu ləğv etdiyi barədə məlumat göndərib”.

Məlumatda qeyd olunub ki, Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf Nazirliyi Rusiya tərəfinin qərarına reksiya vermir.

Qeyd edək ki, Rusiya və Gürcüstan 2014-cü il sentyabrın 15-dən iki tərəf arasında müntəzəm reyslərin bərpa olunduğunu elan edib. Gürcüstan hava yolları Moskva istiqamətində həftədə 14-18 uçuş həyata keçirir.

Baş nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın önəmini dünyaya nümayiş etdirdi"

"Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik".

APA-nın məlumatına görə, bunu Türkiyə baş naziri Binəli Yıldırım İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
 

Baş nazir deyib ki, hazırda 3 ölkə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində TANAP layihəsini həyata keçirir: "TANAP-ın gələn il istifadəyə verilməsi ilə Türkiyə hər il Azərbaycandan əlavə olaraq 6 milyard kubmetr qaz alacaq. 2020-ci ildən etibarən isə TANAPvasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan qazının daha sonra "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan TAP vasitəsi ilə Avropaya çatdırılması mümkün olacaq".

Rövnəq Abdullayev: "Azərbaycan Avropanın qaza olan tələbatını ödəməyə hazırdır"

"SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib". "APA-Economics" xəbər verir ki, bunu XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"SOCAR olaraq "Petkim", TANAP, STAR, "Petlim" və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik", - deyə R. Abdullayev bildirib.

"Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: "Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir".

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAPlayihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

Gürcüstan Qara dəniz hövzəsində neft yataqlarının kəşfiyyatı ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparır

Gürcüstan hökuməti Qara dəniz hövzəsində yeni neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə əlaqədar beynəlxalq neft-qaz şirkətləri ilə danışıqlar aparır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Energetika Nazirliyi nəzdində Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Qoqa Tatişvili söyləyib.

O deyib ki, hazırda Amerika və Avropadan olan şirkətlərin rəhbərləri, dilerlər ilə ilkin danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra birgə lisenziyalı bloklar hazırlanacaq və tender elan olunacaq.

Bildirilib ki, bir neçə il bundan əvvəl Amerika şirkəti Qara dənizdə yeni neft yataqlarının öyrənilməsi və kəşfiyyat işləri aparıb. Lakin görüləcək işlər üçün tələb olunan maliyyə vəsaiti nəzərdə tutulduğundan çox olduğu və lisenziyanın vaxtı başa çatdığı üçün həmin şirkət Gürcüstan bazarını tərk edib.

Geoloqların fikrincə, ölkənin qərbində və şərqində iki neft mənəbələri Gürcüstana məxsusdur. Hazırda 1500-dən çox müxtəlif tutumlu neft yatağının tapıldığı bildirilir.

Qoqa Tatişvilinin sözlərinə görə, hər il Gürcüstanda 50 min ton neft hasil olunur. Lakin bu neft işlənmədən, xammal kimi xaricə satılır.

Gürcüstanda təbii qazın qiyməti artacaq

“Gürcüstanda istifadə olunan enerji resurslarının, xüsusən də təbii qazın qiymətləri dövlət tərəfindən tənzimlənir. Biz, dünya bazarında qiymətlərin dəyişməsi, milli valyutanın devalvasiyası və digər amillər ilə əlaqədar təkliflər verə bilərik”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində “SOCAREnergy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib.

M.Məmmədov deyib:

“Gürcüstanda təbii qaz həm kommersiya, həm də sosial istiqamətlərdə istifadə olunur. Sosial istiqamətli təbii qazın qiyməti dövlət və maraqlı şirkət tərəfindən mühafizə olunaraq tənzimlənir. SOCAR 6 ildən çoxdur ki, Gürcüstanda investisiya siyasəti aparır. Bu ilin sonunadək SOCAR investisiyanın həcmini 250 milyon dollara çatdıracaq. Bu, öhdəlikdir və bu il sona çatır. Biz bu proqramı tam həcmdə yerinə yetiririk. Eyni zamanda, ölkədə, obyektiv maliyyə prosesləri gedir və bunların hamısı milli valyutanın devalvasiyasına səbəb olur. Bunun nəticəsi olaraq istehlak qiymətlərində mütləq düzəliş olunmalıdır. Bu, dövlət neft şirkətinin istəyi deyil, Gürcüstan dövlətinin yanacaq və energetika sahəsində tənzimləyici orqanının tələbidir”.

“Bizim investisiya indeksimiz həm də, milli valyutanın devalvasiya amilləri nəzərə alınmaqla hesablanıb və dövlət tərəfindən bir qiymət müəyyən olunub. İndi, dövlət nə qərar çıxaracaqsa, biz də ona tabe olacağıq və gələcək siyasətimizi ona uyğun davam etdirəcəyik”, - deyə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib.

Gürcüstanda fəaliyyət göstərən dörd şirkət – “Qaz nəqli şirkəti”, “SOCAR Georgia Gas”, “Qruzqorqaz” və “Kaztransqaz” şirkətləri təbii qazın tarif qiymətinin artırılması ilə bağlı hökumətə müraciət edib.

Şirkətlər Gürcüstan milli valyutasının ucuzlaşmasının investisiya mühitinə təsirinə əsas səbəb kimi göstərirlər.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təbii qazın qiymətinin artmasının mümkünlüyünü qeyd edib.

Gürcüstanın Tarif Komissiyasından bildiriblər ki, şirkətlərin təkliflərinin əksəriyyəti öyrənilib və yaxın günlərdə məsələyə münasibət bildiriləcək.

Rövnəq Abdullayev baş nazirlə görüşdü

Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayevbu ölkənin baş naziri Baş naziri Georgi Kvirikaşvili ilə rəsmi görüş keçirib.

Dalga tv  Azərtac-a istinadən xəbər verir ki, SOCAR-ın sərmayələr idarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Qardabani rayonunda azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılışı olub.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Hökumət Administrasiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin idman zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunub, mərkəzi istilik və havalandırma sistemi quraşdırılıb. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilib, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilib.

Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime", 3 ədəd "Samsung Galaxy J3 ", 1 ədəd "Samsung Galaxy S7", 1 ədəd "Samsung X play", 1 ədəd "H9" markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda Bakı-Tiflis-Qars layihəsi üzrə növbəti görüş keçirilib

Bu gün Tiflisdə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov,  Azərbaycan dəmir yolunun aidiyyəti qurumlarının mütəxəssisləri, eləcə də,  “Gürcüstan Dəmir Yolları” ASC-nin  rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə əsasən BTQ dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub.

Görüş iştirakçıları BTQ dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinin tikintisinin aparıldığı ərazilərə səfər edəcək və  xəttin istismara tam hazırlığını yoxlayacaqlar. 

Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir

İyunun 26-da ABŞ-ın paytaxtında iki günlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan - tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır. Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən və bu universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi bu forumun ilk günündə 200 nəfərədək ABŞ dövlət qurumları, akademik çevrələr, biznes və siyasi dairələr, diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən ABŞ Kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini  Deyl Taşarski müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində fundamental rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmasında ölkəsinin güclü marağını qeyd edib. ABŞ şirkətlərinin müasir İpək Yolunda çalışdığını qeyd edən ABŞ rəsmisi Amerika şirkətlərinin daha da yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalayıb. O, cari ilin oktyabrında Azərbaycan və Gürcüstana ABŞ ticarət missiyasının səfər edəcəyini vurğulayıb.

Bundan sonra Azərbaycan və digər Forumun təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqəti çəkərək, mövcud vacib infrastruktur layihələri və nəqliyyat şirkətləri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanı, Beynəlxalq Hava Lİmanındakı Bakı Karqo Terminalı, "Silk Way", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin oynadığı xüsusi rolu vurğulayıb. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlər barədə danışıb. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu qeyd edib. Bu dəhlizin inkişafı Azərbaycan və digər dəhliz ölkələrini eyni zamanda biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən "Forumula 1" yarışını göstərib. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan prezidenti  İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini qeyd edən səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb.

Daha sonra çıxış edən Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.  Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə imkanları, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri mövzu üzrə çıxışlar edib, bu məsələlər ətrafında təfərrüatlı müzakirələr aparıb və iştirakçıların suallarını cavablandırıblar. 

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış etmiş Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti barədə danışıb. Yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə çıxış etmiş Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanının nümayəndəsi Tural Əliyev liman sahəsində görülən işlər, azad ticarət zonasının yaradılması və onun regionda nəqliyyat-logistika qovşağına  çevrilməsi istiqamətində oynayacağı roldan danışıb. Eyni paneldə çıxış etmiş Dövlət Neft Şirkətinin rəsmisi Vitaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışıb.

Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə etmiş Azərbaycan Dəmir Yollarının nümayəndəsi Murad Alxazov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdikləri şirkətlərin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu "vahid pəncərə" sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Kombinə edilmiş tranzit və hava nəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə "Azərpoçt"un nümayəndəsi Hacı Haciyev və "Silk Way" şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış ediblər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyəti barədə məlumat verib. C.Ekklestoun öz növbəsində, "Silk Way" şirkətinin dünyanın müxtəlif ölkələrinə uçuşlar etməklə Azərbaycanı hava daşımaları sahəsində vacib regional mərkəzə çevirdiyini, sözügedən şirkətin bütün dünyada, o cümlədən uzunmüddətli səmərəli əməkdaşlığa görə ABŞ-da etibarlılığı və peşəkarlığına görə tanındığını, bu şirkətin Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsində xüsusi rolu barədə danışıb.   

Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Bu sırada digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 gün ərzində çatdırıla bilməsi potensialı, bunun bir çox tez xarab olan yüklərin daşınması üçün ən optimal seçim olması, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq və bu ölkələr arasında artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, "vahid pəncərə sistemi"nin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. qeyd edilib.

Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə həyata keçirilir.  Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları, "Silk Way" şirkəti və "Azərpoçt" MMC-nin nümayəndələri təmsil edir.

Trans-Xəzər Forumu 27 iyun tarixində ABŞ Konqresi, Dünya Bankı və Strateji və Beynəlxaq Araşdırmalar Mərkəzində təşkil ediləcək tədbirlər vasitəsilə öz işini davam etdirəcək. Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən başlayaraq illik əsaslarda Vaşinqton şəhərində keçirilməyə başlayıb. Forum çərçivəsində illik tədbirlərlə yanaşı müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.

SOCAR Energy Georgia: 2017-ci ilin dekabr ayınadək vaxtımız var

SOCAR Gürcüstanda götürdüyü öhdəlikləri bu ilin sonunadək yerinə yetirəcək.

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov Gürcüstan bürosuna müsahibəsində deyib ki, buna heç bir şübhə ola bilməz:

“Biz ölkədə 250 min yeni abonent yaratmalıyıq. Eyni zamanda, 250 milyon dollar investisiya yatırmalıyıq. Bunların hər ikisi ilin sonunadək başa çatmalıdır. Bizim 2017-ci ilin dekabr ayınadək vaxtımız var”.

Mahir Məmmədov öhdəliklərdən kənar bir sıra işlərin də yerinə yetirildiyini və başqa layihələrində olduğunu bildirib.

İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti: "Gürcüstanda yanacaq daha da ucuzlaşacaq"

Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti Vano Mtvralaşvili bildirib. Onun sözlərinə görə, dünya neft bazarında qiymətlərin azalması Gürcüstanda yanacaq qiymətlərinə birbaşa təsir edəcək.
 
"Dünya neft bazarında əlavə yanacaq qiymətinin aşağı düşməsi ilə bağlı lari dollara nisbətən möhkəmlənəcək. Əgər, bu proses davam edərsə və dollara nisbətən lari möhkəmlənərsə Gürcüstanda yanacağın qiymətinin aşağı düşməsi ənənəsi davam edəcək. Bazarda yanacağın qiymətinin ardıcıl azalması isə qiymətlərin hazırkı səviyyəsinə, yəni Gürcüstanda yanacağın 5-6 tetri aşağı düşməsinə səbəb olub”, - deyə V. Mtvralaşvili vurğulayıb.
 
Gürcüstanın İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti Vano Mtvralaşvili ABŞ-da da energetika rejim fonunda neftin qiymətinin aşağı düşəcəyinin gözlənildiyini və neft hasilatının artacağını deyib. O, keçən ilin noyabr ayında WTI Brent markalı neftin 42, 82 dollaradək aşağı düşdüyünü bildirib.
 
O, Rusiya Mərkəzi Bankının risk ssenarisinə əsasən, neftin bir barelinin qiymətinin 2018-ci ilin yayında 25 dollar aşağı düşəcəyini bildirib.
 
V. Mtvralaşvili iyun ayında OPEK-ə üzv dövlətlərin 105,9 milyon barel neft hasilatının gündəlik  31,363 milyon barel azaldığını vurğulayıb.

Saytda Axtarış

ახალი ამბები