Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1546
DünənDünən634
Bu həftəBu həftə7982
Bu ayBu ay52681
Bu günə qədərBu günə qədər7423155

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan mətbuatı: Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2018-ci ildə istismara veriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2018-ci ildə istismara veriləcək. 

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "Biznes Qruziya" informasiya agentliyi məlumat yayıb. 

Məlumata görə, Gürcüstan hökuməti bu layihəyə böyük ümidlər bəsləyir və BTQ-nin istismara verilməsi ilə ölkə ərazisində tranzit yük axınının artacağını gözləyir. Layihəyə görə, yüklər Çindən Avropaya Rusiyadan yan keçərək daha qısa marşrutla - Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən çatdırılacaq.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədə dəmir yolu ilə yük daşımalarının həcmi azalıb. Belə ki, bu ilin ilk yarısında Gürcüstan dəmir yolları 5,3 mln. ton yük daşıyıb ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 7% azdır. 2012-ci illə müqayisədə isə daşımalar 40% azalıb. 

Dəmir yollarında yük daşımalarının həcminin azalmasına uyğun olaraq, limanlarda emal edilmiş yüklərin də həcmi azalıb. 2017-ci ilin ilk 6 ayı ərzində Poti və Batumi limanlarında, habelə Kulevi və Sarpı terminallarında emal edilmiş yüklərin həcmi 1 il əvvələ nisbətən 1,1% azalaraq, 8,3 mln. ton təşkil edib. 

SOCAR bazara çıxardığı neftin iyul ayı üzrə qiymətini açıqladı

İyul ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 48,56 dollara satılıb. 

Dalga tv  Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Urals” nefti 47,92 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 49,34 dollara realizə edilib. 

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 365,5 mln. dolları ötüb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana Gürcüstandan idxal olunan məhsullar arasında minik avtomobilləri birinci yeri tutub.


Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, qeyd olunan dövrdə Azərbaycan qonşu ölkədən 19 mln. 277,3 min dollar məbləğində minik avtomobili idxal edib.

Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların ilk üçlüyünə dərman vasitələri və kartof da daxildir. Cari ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 10 mln. 489 min dollar məbləğində dərman vasitələri, 4 mln. 970,2 min dollar məbləğində isə kartof ixrac olunub.

Qeyd olunan dövr ərzində Gürcüstan Azərbaycandan ən çox qaz və digər qaz halında karbohidrogenlər (159 mln. 161,7 min dollar), neft və neft məhsulları (37 mln. 488,7 min dollar) və elektrik enerjisi  (28 mln. 324,6 min dollar) idxal edib.

2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 365 mln. 516,3 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstandan 81 mln. 548, 8 min dollar məbləğində məhsul idxal etdiyi halda, Azərbaycanın Gürcüstana ixracı 283 mln. 967,5 min dollar dəyərində olub.

Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Tsalka rayonuna və Cavaxetiya bölgəsinə (Ninotsminda və Axalkalaki rayonları) səfər ediblər.  

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, səfər çərçivəsində dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarına baxış keçirilib.

D. Həsənov və Z. Novruzov həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4 200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.

İş icraçılarının məlumatlarına və aparılan müşahidələrə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında tam şəkildə istismara hazır olacağı gözlənilir.

Gürcüstan rəsmisi: “Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək”

“Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib.

Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün hər şey edir.

“Boru kəmərinin fasiləsiz işləməsi bizim üçün əsas prioritet məsələlərdən biridir. Bakı-Supsa kəməri çox vacib strateji obyektdir və təbii ki, onun təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün tədbirlər həyata keçiriləcək”, - deyə K. Tsixelaşvili bildirib.  

Qeyd edək ki, Bakı-Tbilisi-Supsa neft kəmərinin Gürcüstanın Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib.

SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır

 “SOCAR Ukraine” Ticarət Evi Ukraynaya aylıq qaz təchizatının həcmini mart ayındakı 4,5 mln. kubmetrdən iyunda 50 mln. kubmetrə qədər artırıb.

Bu barədə “Report”un Ukrayna bürosuna şirkətin mətbuat xidmətindən bildirilib.

“SOCAR Ukraine” şirkətindən qeyd edilib ki, şirkət Ukraynada qaz təchizatına bu ilin mart ayının sonunda başlayıb. Tədarük Polşa, Macarıstan və Rumıniya sərhədlərindən həyata keçirilir. Təchizatın başlanmasından şirkət təxminən 95 mln. kubmetr təbii qaz idxal edib.

“SOCAR Ukraine” aylıq təchizatın həcmini 100 mln. kubmetrə qədər artırmağı və Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır.

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb. 

"Report" "Sputnik-Georgia.ru" saytına istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% - yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub. 

Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.

Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.

Gürcüstanda qazın tarifinə yenidən baxılacaq

“Gürcüstanda təbii qaza olan tariflərə yenidən baxılacaq, lakin tariflərin artacağı və ya aşağı salınacağını indidən demək mümkün deyil.”

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri İlya Eloşvili deyib. 

Nazirin sözlərinə görə, qaz tarifinin dəyişdirilməsi müxtəlif faktorlardan, həmçinin tarifin hesablanma metodologiyasından asılı olacaq.

“Tarifin dəyişdirilməsini əsasən 2007-ci ildən bu günə qədər həyata keçirilmiş investisiyalar şərtləndirib. Çünki 2007-ci ildən qazın tarifi faktiki olaraq nəzərdən keçirilmirdi və buna müfaviq olaraq abunəçilərin sayı iki dəfə artıb, sektora böyük həcmdə investisiyalar qoyulub, şərait və larinin kursu dəyişib. Bütün bunların hamısı öz təsirini göstərdi və tarif dəyişikliyə məruz qaldı”, - deyə İ. Eloşvili qeyd edib.  

Qeyd edək ki, iyulun 20-dən etibarən Tbilisi əhalisi üçün təbii qazın istehlak tarifi 0,5 tetri artırılaraq 1 kubmetr üçün 46,153 tetri məbləğində müəyyən olunub. Gürcüstanın əsasən regionlarını təbii qazla təmin edən “SOCAR Georgia Gas” şirkətinin abunəçiləri də 1 kubmetr qaz üçün 55 tetri əvəzinə 57 tetri ödəməli olacaqlar.

Gürcüstan rəsmisi: “BTQ layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria deyib.

O, layihənin tezliklə istifadəyə veriləcəyinə ümidvar olduğunu qeyd edib.

“Layihə bizim iqtisadi, mədəni və siyasi inkişafımıza töhfə verəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Qarsda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş keçirilib. Görüşdə iştirak etmiş “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka BaxtadzeBakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın nəqliyyat potensialının inkişafı üçün geniş imkanlar yaradır. Bu layihə Mərkəzi Asiya ölkələrini region ölkələri və bizim regionu Avropa bazarları ilə birləşdirəcək”. 

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb

Böyük hissəsində tikinti işlərinin tamamlandığı Bakı-Tbilisi-Qarsdəmir yolu ilə ilk dəfə olaraq test qatarı yola düşüb.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, test qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.

Test qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yol boyu görülən işlərlə tanış olmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanı tapıblar.


"Çətin bir marşrutu olan layihənin reallaşması üçün 3 ölkə birgə səy göstərir. İlk dəfə sərnişin kimi səfər etməkdən məmnunuq. Bu gün yeni bir tarix yazılır və biz bu tarixə şahidlik edirik. Qısa zaman kəsiyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Türkiyə və Gürcüstandakı işlər 3 ölkənin birgə səyi ilə yekunlaşacaq. Bu dəmir yolu xəttini xüsusilə yükdaşımalar üçün istismar edəcəyik. Ən azı bizim qədər bu layihə Qazaxıstan, Çin və bütün Avropanın maraq dairəsindədir. Çünki başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qarsüzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu layihə regionda ölkələr arasındakı qardaşlığı möhkəmləndirəcək, ticarətin həcmini artıracaq", - deyə türkiyəli nazir bildirib.

Nazir: "Bakı-Tbilisi-Qars dəmiyolu xətti daşınmalarda qənaət etməyə imkan yaradacaq"

 "Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük investorlarıdır". "Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidməti orqanlarının rəhbərlərininin Bakı görüşündə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili deyib.

D.Kumsişvilinin sözlərinə görə, Azərbaycan bu ölkəyə 500 mln. dollar investisiya yatırıb: "Bizim ticarət dövriyyəmiz 600 mln. dollara çatıb. Türkiyə ilə isə bu rəqəm 1,5 mlrd. dollardır".

Gürcüstan rəsmisi deyib ki, Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılması yük və sərnişin daşınmasında qənaət etməyə imkan yaradacaq.

Tədbirdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi isə bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılacağını deyib: "Təəssüf ki, bəzi hüquqi səbəblərdən BTQ dəmiryolu xəttini bu il tamamlamağa imkan vermədi. BTQ dəniz daşımalarından daha sürətli, avtomobil daşımaçılığından isə daha sərfəli olacaq. Layihənin artıq 85%-dən çoxu bitib. Bu xəttin açılması ilə Londonla Pekin bir-biri ilə birləşəcək".

Qeyd edək ki, bugünkü Bakı görüşünün sonunda Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, qarşı tərəfdən isə Türkiyənin gömrük və ticarət naziri B.Tüfənkçi imzalayıb. Sazişə əsasən, Azərbaycan və Türkiyə avtomobil nəqliyyatı və tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılması ilə bağlı əməkdaşlıq edəcək.

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilir

alt

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidməti orqanları rəhbərlərinin üçtərəfli görüşü keçirilir. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev açıb.

Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili isə çıxışında Bakı-Tbilisi-Qars dəmiyolu xətti haqqında danışıb. Nazir deyib ki, bu xəttin işə düşməsi üç ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradacaq.

Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi isə hər üç ölkənin ticarəti genişləndirmək üçün böyük potensialının olduğunu deyib: "Nəqliyyat baxımından da Azərbaycan və Gürcüstan tranzit əhəmiyyətə malikdir. Məhz bu potensialdan səmərəli istifadə etmək lazımdır".

Saytda Axtarış

ახალი ამბები