Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün565
DünənDünən2847
Bu həftəBu həftə565
Bu ayBu ay58726
Bu günə qədərBu günə qədər7486060

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident SOCAR-a məxsus karbamid zavoduna baş çəkib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.

Qeyd edək ki, karbamid zavodu layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən, icra edilir.

Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib.

Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Dövlət başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verilib. Sonra prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzib, görülən işlərlə yaxından tanış olub.

Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq.

Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının gündəlik 1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir.

Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək.

Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib.

Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi, texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana və anbarların inşası, dəmir yolu və avtomobil yollarının tikintisi üzrə də işlər gedir.

Layihənin icrasında təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.

Belə müəssisənin yaradılması, ilk növbədə, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirir, ölkəmizin ixrac qabiliyyətini artırır, qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, bu cür layihələrin icrası həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.

Zavodda tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

Soçi-Tbilisi birbaşa aviareyslər həyata keçiriləcək

Rusiyanın “Ural hava yolları” aviaşirkəti mayın 1-dən etibarən Soçi-Tbilisi marşrutu üzrə birbaşa mütəmadi reyslər həyata keçirməyə başlayacaq.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, Gürcüstanın İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi şirkətə göstərilən marşrut üzrə uçuşlara aprelin 10-da icazə verib.

Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri 160 sərnişin tutumu olan Airbus A320 təyyarlərində yerinə yetiriləcək. Soçi beynəlxalq hava limanından uçuş yerli vaxtla 14:55-də planlaşdırılıb.

Aviaşirkətin məlumatına əsasən, Soçi-Tbilisi-Soçi istiqaməti üzrə biletin minimal qiyməti rüsumlar daxil olmaqla 12 950 rubl (təxminən 230 dollar) təşkil edəcək.

SOCAR Gürcüstanda təxirə saldığı 700 mln. dollarlıq layihəni yenidən nəzərdən keçirir

SOCAR Gürcüstanda karbamid zavodunun tikintisi məsələsini yenidən nəzərdən keçirə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunun ikinci günündə Sumqayıtda tikilən Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov bildirib.
 
"Biz Gürcüstanda karbamid zavodunun tikintisini təxirə saldıq, lakin layihənin reallaşdırılması gündəmdən çıxarılmayıb və biz bu məsələyə perspektivdə qayıda bilərik. Biz Sumqayıtda tikilən zavodun analoqunu Gürcüstanda da tikə bilərik. Nəzərə alınmalıdır ki, bizim bu sahədə artıq təcrübəmiz də var", - deyə X.Cəfərov qeyd edib.

Xatırladaq ki, 2012-ci ilin sentyabr ayının 18-də Gürcüstanın Kulevi şəhərində karbamid zavodunun təməli qoyulub. SOCAR bu layihənin tikintisini Sumqayıtdakı zavodla paralel aparmaq niyyətində idi. Lakin bir müddət sonra açıqlanmayan səbəblərdən ümumi dəyəri 700 mln. dollar investisiya layihəsi təxirə salınıb.

Qeyd edək ki, Kulevidə SOCAR-ın iri neft terminalı fəaliyyət göstərir.
 
Tədbirdə çıxışında zavodun direktoru onu da qeyd edib ki, Sumqayıt Karbamid zavodunda tikinti işlərinin 82%-i başa çatıb: "Layihənin reallaşdırılması çərçivəsində layihələndirmə işlərinin 100%-i, tikinti işlərinin 82%-i başa çatıb. Ümumilikdə, layihənin 95%-i reallaşıb. 2017-ci ilin iyununda zavodun texniki su və elektrik enerjisi ilə təmin olunması üçün müvafiq kommunikasiyalarla təchizatı başa çatacaq ki, bundan sonrakı mərhələ artıq zavodun istismara verilməsidir. 2017-ci ilin dekabr ayında zavodda aparılan mexaniki işlər başa çatacaq".
 
Baş direktor qeyd edib ki, 2018-ci ilin II rübündə zavod istismara verilməsi üçün SOCAR-a təhvil verilərək.

Onun sözlərinə görə, zavodda 300-350 nəfər işə təmin olunacaq.

X.Cəfərov bildirib ki, zavodda il ərzində 650-660 min ton karbamid istehsal olunacaq: "İlkin mərhələdə il ərzində daxili bazara 150 min ton karbamid göndəriləcək. Gələcəkdə bu rəqəm 200 min tona çata bilər. Qalan məhsul isə ixraca yönələcək. Əsas hədəf olan ixrac bazarı Türkiyədir. Bundan başqa, biz məhsulumuzu Gürcüstana, Qara və Aralıq dənizi regionunda yerləşən ölkələrə ixrac etmək niyyətindəyik".
 
Layihənin ümumi dəyərinə gəlincə, baş direktor deyib ki, vergilər nəzərə alınmadan zavodun tikintisi 498 mln. avroya başa gələcək. Layihənin reallaşdırılması üçün 500 mln. avro məbləğində kredit cəlb olunub. "Söhbət Koreyanın İxrac-İdxal bankından (KEXİM) əldə olunan 249 mln. avro və KEXİM-in zəmanəti ilə "UniCredit", "Societe Generale", "Deutche Bank"dan alınan 251 mln. avrodan gedir", - deyə o bildirib.

SOCAR Gürcüstana gündəlik nəql etdiyi qazın həcmini 10 mln. kubmetrə çatdırır

SOCAR Gürcüstana gündəlik 7 mln. kubmetr qaz nəql edir. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Qaz ixrac idarəsinin rəisinin birinci müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, ötən il daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb: "Kəmərin gündəlik ötürücülük gücünü 10 mln. kubmetrə çatdırdıq. Beləliklə, bu kəmərlə 3 mln. kubmetr əlavə qaz nəql etmək imkanımız yaranıb".

SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açıb

Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding" olan "ElectroGas Malta" şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu "Enemalta" dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Tədbir də məhz buna həsr olunub.

Tədbirin birinci hissəsində Maltanın Baş naziri Cozef Muskat rəsmi şəxslər, eləcə də Marsaşlokk sakinlərinin müşayiəti ilə mazutla çalışan "Delimara-1" stansiyasının istismardan çıxarılması ilə bağlı rəsmi mərasim keçirib. Çıxışı zamanı C.Muskat səhmdarlar - "SOCAR Trading", "SiemensPV" və "GEMHolding" şirkətlərinin dəstəyi ilə "ElectroGas Malta"nın gördüyü gərgin işlərin elektrik enerjisi qiymətlərini 25%, atmosferə zəhərli tullantıların miqdarını isə 90% azaltmağa imkan yaratdığını bildirib.

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti də iştirak edib. Malta rəsmiləri ilə görüş zamanı R.Abdullayev ölkədə yeni qaz dövrünün başlaması münasibətilə qarşı tərəfə təbriklərini çatdırıb, belə böyük layihənin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına görə minnətdarlığını bildirib və SOCAR-ın bu ölkədə uzun müddət fəaliyyət göstərmək niyyətində olduğunu vurğulayıb.

Açılış mərasimi ilə əlaqədar rəngarəng tədbir keçirilib, rəsmi şəxslər çıxış ediblər.

Xatırladaq ki, "SOCAR Trading" şirkəti "ElectroGas Malta" konsorsiumunun bir hissəsi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. "Siemens" və yerli GEM investisiya şirkəti ilə tərəfdaşlıq şəklində "SOCAR Trading" dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının və adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb və 2017-ci ilin yanvarında işlər yekunlaşıb.

2017-ci ilin yanvar ayında həmçinin LNG-nin ilk partiyası tədarük olunub. Qeyd edək ki, layihənin eksklüziv LNG təchizatçısı "SOCAR Trading" şirkətidir.

Qeyd edək ki, "ElectroGas Malta" şirkəti 18 il ərzində "Enemalta" dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcək.

SOCAR: "Şahdəniz-2" üzrə xərclərin 25%-inə qənaət olunub

Azərbaycan "Şahdəniz" yatağında hasilata başlamaqla təbii qaz idxalçısından ixracatçısına çevrilib. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.


Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində artıq işlərin 90%-i yerinə yetirilib və burada ciddi qənaət edilib: "Qənaət təxminən bu layihənin ümumi dəyərinin 25%-inə bərabər olub".

SOCAR rəsmisi bildirib ki, "Şahdəniz" yatağının işlənməsinin üçüncü mərhələsi və "Balaxanı" layının işlənməsindən sonra ölkədə qaz hasilatı artacaq.

SOCAR: "Cənub Qaz Dəhlizi"nin ötürücülük qabiliyyəti ikiqat arta bilər

"Cənub Qaz Dəhlizi" layihəsinin ötürücülük qabiliyyəti ikiqat arta bilər". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.


"Bunun üçün yalnız Azərbaycan deyil, Xəzərin Şərq sahilindən və İraqdan qazın nəqlini nəzərdən keçirə bilərik. Biz bütün tərəflər və şirkətlərlə danışıqlara hazırıq. "Şahdəniz" layihəsinin tam işlənilməsini və "Abşeron", "Ümid", "Babək", "Şəfəq-Asiman" yataqlarının ehtiyatlarını nəzərə alsaq, Azərbaycan uzun müddət "Cənub Qaz Dəhlizi"ni qazla təmin edə biləcək", - deyə o bildirib.

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

Camal Əli Gürcüstana buraxılmadı

Aprelin 19-da Meydan TV-nin əməkdaşı Camal Əli Berlindən Tiflisə gedərkən havalimanında gömrük əməkdaşları tərəfindən saxlanılıb.

“Meydan.tv”nin məlumatına əsasən, Camal Əliyə onu Gürcüstana buraxa bilməyəcəklərini deyiblər. Ancaq səbəbini izah etməyiblər.

Hava limanı polisində səhər 5-dək saxlanıldıqdan sonra ona geriyə bilet alıb, Berlinə yola salıblar.

“Dedilər: “Sistemdə yoxlamaq üçün adınızı daxil etdik. Sizi ölkəyə buraxa bilmərik”, - yazıldı. Əlavə söz deyə bilməyəcəklərini söylədilər”, - Camal Əli bildirib.

Camal Əli aeroportda ona verilən sənədləri imzalamaqdan imtina edib:

“Gürcü dilində başa düşmədiyimi dedim. Bundan sonra pasportumu aldılar. Məni növbəti reysin vaxtı gələnədək müvəqqəti saxlanma otağında tutdular. Hazırda vəkil axtarıram. Pozulmuş hüququmun bərpası üçün bütün vasitələrdən istifadə edəcəyəm”.

Ukrayna və İran Azərbaycan və Gürcüstan ərazisindən keçəcək qatarla bağlı razılığa gəldi

Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.

Dalga tv Xeber.ge-yə istinadla bildirir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazir Vladimir Omelyan Kiyevdə İran nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, qatarın marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və o test xarakteri daşıyacaq:

“Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir”.

Gürcüstan Ermənistanı energetika qovşağından kənar qoyur - İrəvan təlaşda

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu həftənin sonunda İrana səfər edəcək.

Bunu ölkənin xarici işlər naziri Mixail Canelidze Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşdən sonra bildirib. M.Canelidze qeyd edib ki, M.Zəriflə Gürcüstan baş nazirinin Tehranda keçirəcəyi görüşləri və səfərin digər detallarını müzakirə ediblər. Çox böyük ehtimalla görüşdə İran-Gürcüstan-Rusiya-Ermənistan qaz xəttinin iflasa uğraması müzakirəyə çıxarılacaq.

Ermənilərə məxsus "Armtimes.com” saytında bununla bağlı dərc edilən məqalədə qeyd edilir ki, bu günlərdə məlum olub ki, Gürcüstan bu ilin axırına qədər Rusiyadan qaz əldə etmək üçün hər hansı bir saziş bağlamağa hazırlaşmır, apreldən isə tamamilə Azərbaycan qazının istehlakına keçəcək. Bu haqda Gürcüstan energetika naziri, baş nazirin müavini Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Gürcüstan bu ilin yanvar-fevralında Rusiyadan 170 milyon kubmetr qaz idxal edib ki, bu da əsasən Azərbaycan qazının tədarük həcminin azalması ilə şərtlənib. O həmçinin bildirib ki, iki ildən sonra yeni qaz anbarlarının inşası bitdikdən sonra Gürcüstan ümumiyyətlə Rusiya qazından asılılıqdan qurtulmağı planlaşdırır.

Ermənilərin narahatçılığı ondadır ki, Tbilisinin Rusiya qazından imtina niyyəti gerçəklikdə Ermənistan, xüsusən də ümumən şimal-cənub (İran-Ermənistan-Gürcüstan-Rusiya) energetika dəhlizi üçün uzağa gedən nəticələri ola bilər. Müəllif məsələ ilə bağlı fikirlərini diqqətə çatdırır. Energetika məsələləri üzrə ekspert Vage Davtyan qeyd edir ki, "Ermənistan İran qazının Gürcüstana tranziti üçün energetika qovşağı ola bilərdi. Ermənistan üçün nəzərdə tutulmuş Rusiya qazının bir hissəsi Ermənistan-Rusiya qaz kəməri vasitəsilə Gürcüstana tədarük olunacaqdı, Ermənistan isə öz kəsirini İran qazının hesabına dolduracaqdı”. Ekspert Ermənistanın energetika qovşağı olmaq perspektivi haqda bitməmiş keçmiş zamanda danışır, çünki Tbilisinin planlarından çaş-baş düşüb. Davtyan qeyd edir ki, Gürcüstan hökumətinin qərarı Ermənistanın energetika təhlükəsizliyinə təhdid deyil, lakin şimal-cənub energetika layihəsinin perspektivlərini şübhə altına alır və Ermənistanı regional energetika layihələrindən tamamilə təcrid edir. "Gürcüstanda gündəlik qaz istehlakı həcmi, təxminən, 12 milyon kubmetrə çatır. Bunun 10%-ni Rusiya qazı təşkil edir, qalan hissəni Azərbaycan tədarük edir. Lakin Gürcüstanın qazlaşdırılmasına paralel olaraq qaz istehlakının həcmi də çoxalır. Rəsmi hesablamalara əsasən, bu ilin axırına doğru gündə, təxminən, qaza tələbat bir milyon kubmetr artıb 13 milyona çata bilər. Bu isə göstərir ki, Gürcüstana gündə, təqribən, 1-1,5 milyon kubmetr tədarük oluna bilər. Təsadüfi deyil ki, Ermənistan hökuməti 2016-cı ilin əvvəlində İran qazının Gürcüstana tranziti üçün xüsusi sərəncamla şirkət yaradıb. İran Neft Nazirliyinin qaz ixracatı Milli şirkətinin direktoru Əlirza Kamali keçən il bildirib ki, Ermənistan ərazisindən Gürcüstana hər il haradasa 500 milyon kubmetr qaz ixrac etmək nəzərdə tutulub”,- deyə məqalədə qeyd edilir. V.Davtyan daha sonra qeyd edir ki, ancaq Tbilisi hazırda Rusiya qazından tam imtina etmək niyyətindədir, təəssüf ki, nəticə etibarilə energetika dəhlizi formalaşdırmaq ideyası aktuallığını itirir. Gürcüstan üzrə ekspert Conni Melikyan onun fikrinə ortaq çıxmayaraq qeyd edir ki, Kaladzenin bəyanatı bir tərəfdən antirusiya əhval-ruhiyyəli auditoriyanı sakitləşdirmək məqsədilə mesajdır, digər tərəfdən isə mövcud gerçəkliyin etirafıdır. 

Rusiyalı ekspert, Milli energetik təhlükəsizlik Fondunun baş direktoru Konstantin Simonov isə hesab edir ki, Gürcüstanın bəyanatı daha çox texniki problemə aiddir. Onun sözlərinə görə, Gürcüstan istehlak üçün pik dövrdə Rusiya qazı alır. O deyir: "Baxın, əsas həcm qaza tələbatın çox olduğu qış aylarında alınıb. Və hazırda bildirirlər ki, ilin sonunadək saziş bağlanmayacaq. Normaldır, pik dövrü keçib”. Gürcüstanın da ekspert dairələrində bu xüsusda vahid fikir yoxdur. Bir qisim Rusiyaya özəl qabarıq münasibəti olmaqla bu ölkə ilə energetik əməkdaşlıqda heç bir perspektiv görmür və bunun kəsiləcəyindən danışır. Başqa bir qisim, əksinə, hesab edir ki, energetik tədarüklərin şaxələndirilməsi Gürcüstanın maraqlarından qaynaqlanır. Giya Xuxaşvili yazır: "Rusiya və İran qazı Gürcüstan üçün bu planda alternativdir, şimal-cənub energetika dəhlizinin formalaşması isə bölgədə energetika layihələrinin kəsişməsi qismində Gürcüstanın önəmini daha da yüksəldəcək”.

Digər tərəfdən, Kaladzenin bəyanatı həmdə avropayönümlü və Rusiyaya qarşı hədsiz dərəcədə tənqidi köklənmiş auditoriyaya yönəlib. Ekspert Conni Melikyan qeyd edir ki, Gürcüstan müxalifəti Ermənistana qaz tranziti haqda "Qazprom”la yeni ikiillik müqavilənin bağlanmasına görə ölkə hökumətini kəskin tənqidə məruz qoyur və təkid edir ki, bu müqavilə məxfilikdən çıxarılsın. Saakaşvilinin müxalif  "Vahid Milli Hərəkat” Partiyası xüsusi komissiya yaratmaq və bu müqaviləni araşdırmağı tələb edir”. Ekspert əlavə edir ki, Gürcüstan bu bəyanatla daxili auditoriyanın Rusiya ilə energetik əməkdaşlığın tam kəsilməsi uğrunda çıxış edən zümrəsinə müəyyən müsbət siqnal göndərir: "Eyni zamanda, müqaviləyə əsasən, Gürcüstanın özəl şirkətlərinin qaz alışı haqda Rusiya şirkətləri ilə ayrıca müqavilə bağlamaq hüququ var”.

Yuxarıda sözügedən ekspertlərin əksəriyyəti güman edir ki, Gürcüstan nazirinin açıqlamasını Rusiya qazından tam imtina, Şimal-Cənub energetika dəhlizi formalaşdırmaq cəhdlərini heçə endirəcək bildiriş kimi qəbul etmək lazım deyil. Regional qisimdə yeni fors-majorlar meydana çıxmasa, bugünkü gerçəkliklər bu cürdür. Conni Melikyan vurğulayır: "Hazırda qaz tədarüklərini heç nə təhdid etmir. Planlaşdırılmış İran-Ermənistan-Gürcüstan-Rusiya meqalayihəsi davam edəcək və tərəflər artıq 2019-cu ildə onu işə sala bilər”.

İran-Ermənistan-Gürcüstan-Rusiya qaz dəhlizi dağılır

Bu günlərdə məlum olub ki, Gürcüstan bu ilin axırına qədər Rusiyadan qaz əldə etmək üçün hər hansı bir saziş bağlamağa hazırlaşmır, apreldən isə tamamilə Azərbaycan qazının istehlakına keçəcək.

Bu haqda Gürcüstan energetika naziri, baş nazirin müavini Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Gürcüstan bu ilin yanvar-fevralında Rusiyadan 170 milyon kubmetr qaz idxal edib ki, bu da əsasən Azərbaycan qazının tədarük həcminin azalması ilə şərtlənib. O həmçinin bildirib ki, iki ildən sonra yeni qaz anbarlarının inşası bitdikdən sonra Gürcüstan ümumiyyətlə Rusiya qazından asılılıqdan qurtulmağı planlaşdırır.

Sanki hər şery normaldır. Bu mövzuya müraciət etmək nəyə lazım, bunun Ermənistana nə dəxli var? Axı söhbət Gürcüstan və Rusiyanın energetik qarşılıqlı münasibətlərindən gedir. Bu, ilk baxışdan həqiqətən belədir, amma Tiflisin Rusiya qazından imtina niyyəti gerçəklikdə Ermənistan, xüsusən də ümumən şimal-cənub (İran-Ermənistan-Gürcüstan-Rusiya) energetika dəhlizi üçün uzağa gedən nəticələri ola bilər. Ekspertlərin bu məsələ üzrə fikirləri haçalanır. Bir qismi hesab edir ki, Gürcüstanın Rusiyann qaz asılılığından göbəkbağını kəsmək istəyi sadəcə təzə-təzə formalaşan İran-Ermənistan-Gürcüstan-Rusiya energetika dəhlizinin özülünə bomba qoyur, digər qismi əminlik ifadə edir ki, Kaladzenin bəyanatı daha çox daxili istifadə üçün nəzərdə tutulub, heç cür bildirmir ki, Gürcüstan ümumiyyətlə Rusiya qazından imtina edir. Şimal-cənub energetika dəhlizinin inşasından danışarkən İran üzərindən beynəlxalq sanksiyaların götürülməyindən sonra başlanmış prosesi nəzərdə tuturuq. Söhbət İran, Ermənistan, Gürcüstan və Rusiya arasında barter və svop mübadiləsi mexanizmi üzrə qaz və elektrik enerjisi tranzitinin həyata keçirilməsindən gedir. Keçən il bu haqda ən yüksək səviyyədə dəfələrlə danışılıb  və dörd ölkənin energetika nazirlərinin görüşü səviyyəsində müzakirə olunub. Bu layihənin Ermənistan üçün maliyyə planından çox onun bölgəsəl rolunun artmasında mühüm əhəmiyyəti var. Energetik məsələlər üzrə ekspert Vage Davtyan qeyd edir: “Ermənistan İran qazının Gürcüstana tranziti üçün zəruri energetik infrastrukturlara malik olmamaqla svop köçürmələri layihələri vasitəsilə bölgəsəl energetika qovşağı ola bilərdi. Mexanizm sıradakı kimi fəaliyyət göstərir: Ermənistan üçün nəzərdə tutulmuş Rusiya qazının bir hissəsi Ermənistan-Rusiya qaz kəməri vasitəsilə Gürcüstana tədarük olunacaqdı, Ermənistan isə öz kəsirini İran qazının hesabına dolduracaqdı”.

O, Ermənistanın energetika qovşağı olmaq perspektivi haqda bitməmiş keçmiş zamanda danışır, çünki Tiflisin planlarından çaş-baş düşüb. Davtyan qeyd edir: “Gürcüstan hökumətinin qərarı Ermənistanın energetika təhlükəsizliyinə təhdid deyil, lakin şimal-cənub energetika layihəsinin perspektivlərini şübhə altına alır və Ermənistanı bölgəsəl energetika layihələrindən tamamilə təcrid edir” və əlavə edir ki, qazın svop köçürülməsi həm də Ermənsitana müəyyən maliyyə gəliri təmin edə bilərdi. Gürcüstanda gündəlik qaz istehlakı həcmi, təxminən, 12 milyon kubmetr həcmə çatır. Bunun 10%-i Rusiya qazı təşkil edir, qalan hissəni Azərbaycan tədarük edir. Lakin Gürcüstanın qazlaşdırılmasına paralel olaraq qaz istehlakının həcmi də şoxalır. Rəsmi hesablamalara əsasən, bu ilin axırına doğru gündə, təxminən, bir milyon kubmetr artıb 13 milyona çata bilər. Bu isə bildirir ki, Gürcüstana gündə, təqribən, 1-1,5 milyon kubmetr tədarük oluna biər. Təsadüfi deyil ki, Ermənistan hökumətu 2016-cı ilin əvvəlində İran qazının Gürcüstana traniziti üçün xüsusi sərəncamla şirkət yaradıb. İran neft nazirliyinin qaz ixracatı Milli şirkətinin direktoru Əlirza Kamali keçən il bildirib ki, Ermənistan ərazisindən Gürcüstana hər il haradasa 500 miyon kubmetr qaz ixrac etmək nəzərdə tutulub.

Vage davtyan qeyd edir: “Ancaq Tiflis hazırda Rusiya qazından tam imtina etmək niyyətindədir, təəssüf ki, nəticə etibarilə svop energetika dəhlizi formalaşdırmaq ideyası aktuallığını itirir”.

Gürcüstan üzrə ekspert Conni Məlikyan onun fikrinə ortaq çıxmayaraq qeyd edir ki, Kaladzenin bəyanatı bir tərəfdən antirusiya əhvali-ruhiyyəli auditoryanı sakitləşdirmək məqsədilə mesajdır, digər tərəfdən isə mövcud gerçəkliyin etirafıdır. Ekspert bizimlə söhbətdə qeyd edir: “Gürcüstan artıq Rusiyadan müəyyən həcmdə qaz alıb və bu, Gürcüstanın Ermənistana illik kəsimdə qaz tranzitinin əvəzində aldığı həcmdən bir az geri qalır. Söhbət keçmiş müqaviləyə əssən, tranzitin ümumi həcminin 10%-dən gedir”.

Qazpromla yeni müqaviləyə əsasən, Gürcüstan Ermənistana qaz tranziti əvəzində qaz deyil, pul formasında ödəniş alır. Halbuki bu müqavilə bağlanarkən Rusiya Gürcüstan üçün qazın qiymətini bir qədər endirib. Deməli, Gürcüstan hazırda sosial məqsədlərlə Rusiyadan qaz alqısını davam etdirir, çünki Azərbaycan pik dövrlərdə Gürcüstanın qaz tələbatını sadəcə ödəyə bilməz.

Məlikyanın fikrincə, Gürcüstan pik mövsümdə Rusiyadan alınmış sosial qaz həcmini artıq sərf edib və Azərbaycan qazının istehlakına keçir.

Rusiyalı ekspert, Milli energetik təhlükəsizlik Fondunun baş direktoru Konstantin Simonov onunla razıdır və hesab edir ki, Gürcüstanın bəyanatı daha çox texniki problemə aiddir. Onun sözlərinə görə, Gürcüstan istehlak üçün pik dövrdə Rusiya qazı alır. O deyir: “Baxın, əsas həcm qaza tələbatın çox olduğu qış aylarında alınıb. Və hazırda bildirirlər ki, ilin sonunadək saziş bağlanmayacaq. Normaldır, pik dövrü keçib”.

Gürcüstanın da ekspert dairələrində bu xüsusda vahid fikir yoxdur. Bir qism Rusiyaya özəl qabarıq münasibəti olmaqla bu ölkə ilə energetik əməkdaşlıqda heç bir perspektiv görmür və bunun kəsiləcəyindən danışır. Başqa bir qism, əksinə, hesab edir ki, eneregetik tədarüklərin şaxələndirilməsi Gürcüstanın maraqlarından qaynaqlanır. Gia Xuxaşvili yazır: “Rusiya və İran qazı Gürcüstan üçün bu planda alternativdir, şimal-cənub energetika dəhlizinin formalaşması isə bölgədə energetika layihələrinin kəsişməsi qismində Gürcüstann önəmini daha da yüksəldəcək”.

Digər tərəfdən, Kaladzenin bəyanatı həmdə avropayönlü və Rusiyaya qarşı hədsiz dərəcədə tənqidi köklənmiş auditoriyaya yönəlib. Conni Məlikyan qeyd edir: “Gürcüstan müxalifəti Ermənistana qaz tranziti haqda Qazpromla yeni ikiillik müqavilənin bağlanmasına görə ölkə hökumətini kəskin tənqidə məruz qoyur. Təkid edir ki, bu müqavilə məxfilikdən çıxarılsın. Saakaşvilinin müxalif  “Vahid milli hərəkat” partiyası xüsusi komissiya yaratmaq və bu müqaviləni araşdırmağı tələb edir”.

Ekspert əlavə edir ki, Gürcüstan bu bəyanatla daxili auditoriyanın Rusiya ilə energetik əməkdaşlığın tam kəsilməsi uğrunda çıxış edən zümrəsinə müəyyən müsbət siqnal göndərir: “Eyni zamanda, müqaviləyə əsasən, Gürcüstanın özəl şirkətlərinin qaz alışı haqda Rusiya şirkətləri ilə ayrıca müqavilə bağlamaq hüququ var”.

Yuxarıda sözügedən ekspertlərin əksəriyyəti güman edir ki, Gürcüstan nazirinin açıqlamasını Rusiya qazından tam imtina, Şimal-Cənub energetika dəhlizi formalaşdırmaq cəhdlərini heçə endirəcək bildiriş kimi qəbul etmək lazım deyil. Bölgəsəl qismdə yeni fors-majorlar meydana çıxmasa, bu günki gerçəklikər bu cürdür.

Conni Məlikyan vurğulayır: “Hazırda qaz tədarüklərini heç nə təhdid etmir. Planlaşdırılmış İran-Ermənistan-Gürcüstan-Rusiya meqalayihəsi davam edəcək və tərəflər artıq 2019-cu ildə onu işə sala bilər”.

SOCAR-da fasiləsiz təkmilləşdirmə sistemi tətbiq edilir

 SOCAR-da fasiləsiz təkmilləşdirmə sistemi tətbiq edilir.

"Dalga tv" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən AzərTACa bildirilib.

Qeyd olunub ki, şirkətdə qənaətcil istehsala əsaslanan və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı ideyaların verilməsi üzrə mütəşəkkil prosesi (iqtisadi səmərənin əldə edilməsi, əmək təhlükəsizliyi səviyyəsinin artırılması, ekoloji effektivlik və sair) əhatə edən fasiləsiz təkmilləşdirmə sisteminin tətbiqi sürətlənib. Bu məqsədlə “Ernst&Young” məsləhət şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanıb. Vəzifəsindən asılı olmayaraq SOCAR-ın bütün əməkdaşları bu prosesdə iştirak edə bilərlər.

SOCAR-ın prezidentinin əmrinə əsasən, aprelin 3-dən fasiləsiz təkmilləşdirmə sistemi “Azneft”, “Azəriqaz”, “Azərikimya” İstehsalat birlikləri, Geofizika və Geologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz İxrac İdarəsi, Kompleks Qazma İşləri Tresti, “Neftqaztikinti” Tresti, Heydər Əliyev adına neft emalı zavodu və qaz emalı zavodunda tətbiq olunur. İrəli sürülən ideyaların təhlili məqsədilə 11 müəssisədə işçi və ekspert qrupları yaradılıb. Texniki Şura tərəfindən qəbul olunacaq ideyaların müəllifləri əldə ediləcək faktiki iqtisadi səmərəyə müvafiq olaraq mükafatlandırılacaqlar.

2016-cı ilin dekabrında şirkətin Nəqliyyat Departamentində fasiləsiz təkmilləşdirmə sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb, müəssisənin əməkdaşları prosesə yüksək maraq göstəriblər. İki həftə ərzində 12 təklif verilib. Bu təkliflərdən 3-ü ekspert qrupunun müzakirəsinə çıxarılıb, bir təklif isə Texniki Şuranın qərarı ilə həyata keçirilib. Nəqliyyat Departamentinin ən çox xərc tələb edən sahələrindən olan avtomobil şinləri üzrə məsrəflərin azaldılmasına yönəlmiş bu təklifin müəllifləri - texniki şöbənin əməkdaşları Vüqar Səfərov və Toğrul Allahverdiyev mükafatlandırılıb.

Saytda Axtarış

ახალი ამბები