Dalga Televiziyasi İran-Ermənistan-Gürcüstan-Rusiya qaz dəhlizi dağılır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1317
DünənDünən2699
Bu həftəBu həftə6476
Bu ayBu ay38019
Bu günə qədərBu günə qədər7526236

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İran-Ermənistan-Gürcüstan-Rusiya qaz dəhlizi dağılır

Bu günlərdə məlum olub ki, Gürcüstan bu ilin axırına qədər Rusiyadan qaz əldə etmək üçün hər hansı bir saziş bağlamağa hazırlaşmır, apreldən isə tamamilə Azərbaycan qazının istehlakına keçəcək.

Bu haqda Gürcüstan energetika naziri, baş nazirin müavini Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Gürcüstan bu ilin yanvar-fevralında Rusiyadan 170 milyon kubmetr qaz idxal edib ki, bu da əsasən Azərbaycan qazının tədarük həcminin azalması ilə şərtlənib. O həmçinin bildirib ki, iki ildən sonra yeni qaz anbarlarının inşası bitdikdən sonra Gürcüstan ümumiyyətlə Rusiya qazından asılılıqdan qurtulmağı planlaşdırır.

Sanki hər şery normaldır. Bu mövzuya müraciət etmək nəyə lazım, bunun Ermənistana nə dəxli var? Axı söhbət Gürcüstan və Rusiyanın energetik qarşılıqlı münasibətlərindən gedir. Bu, ilk baxışdan həqiqətən belədir, amma Tiflisin Rusiya qazından imtina niyyəti gerçəklikdə Ermənistan, xüsusən də ümumən şimal-cənub (İran-Ermənistan-Gürcüstan-Rusiya) energetika dəhlizi üçün uzağa gedən nəticələri ola bilər. Ekspertlərin bu məsələ üzrə fikirləri haçalanır. Bir qismi hesab edir ki, Gürcüstanın Rusiyann qaz asılılığından göbəkbağını kəsmək istəyi sadəcə təzə-təzə formalaşan İran-Ermənistan-Gürcüstan-Rusiya energetika dəhlizinin özülünə bomba qoyur, digər qismi əminlik ifadə edir ki, Kaladzenin bəyanatı daha çox daxili istifadə üçün nəzərdə tutulub, heç cür bildirmir ki, Gürcüstan ümumiyyətlə Rusiya qazından imtina edir. Şimal-cənub energetika dəhlizinin inşasından danışarkən İran üzərindən beynəlxalq sanksiyaların götürülməyindən sonra başlanmış prosesi nəzərdə tuturuq. Söhbət İran, Ermənistan, Gürcüstan və Rusiya arasında barter və svop mübadiləsi mexanizmi üzrə qaz və elektrik enerjisi tranzitinin həyata keçirilməsindən gedir. Keçən il bu haqda ən yüksək səviyyədə dəfələrlə danışılıb  və dörd ölkənin energetika nazirlərinin görüşü səviyyəsində müzakirə olunub. Bu layihənin Ermənistan üçün maliyyə planından çox onun bölgəsəl rolunun artmasında mühüm əhəmiyyəti var. Energetik məsələlər üzrə ekspert Vage Davtyan qeyd edir: “Ermənistan İran qazının Gürcüstana tranziti üçün zəruri energetik infrastrukturlara malik olmamaqla svop köçürmələri layihələri vasitəsilə bölgəsəl energetika qovşağı ola bilərdi. Mexanizm sıradakı kimi fəaliyyət göstərir: Ermənistan üçün nəzərdə tutulmuş Rusiya qazının bir hissəsi Ermənistan-Rusiya qaz kəməri vasitəsilə Gürcüstana tədarük olunacaqdı, Ermənistan isə öz kəsirini İran qazının hesabına dolduracaqdı”.

O, Ermənistanın energetika qovşağı olmaq perspektivi haqda bitməmiş keçmiş zamanda danışır, çünki Tiflisin planlarından çaş-baş düşüb. Davtyan qeyd edir: “Gürcüstan hökumətinin qərarı Ermənistanın energetika təhlükəsizliyinə təhdid deyil, lakin şimal-cənub energetika layihəsinin perspektivlərini şübhə altına alır və Ermənistanı bölgəsəl energetika layihələrindən tamamilə təcrid edir” və əlavə edir ki, qazın svop köçürülməsi həm də Ermənsitana müəyyən maliyyə gəliri təmin edə bilərdi. Gürcüstanda gündəlik qaz istehlakı həcmi, təxminən, 12 milyon kubmetr həcmə çatır. Bunun 10%-i Rusiya qazı təşkil edir, qalan hissəni Azərbaycan tədarük edir. Lakin Gürcüstanın qazlaşdırılmasına paralel olaraq qaz istehlakının həcmi də şoxalır. Rəsmi hesablamalara əsasən, bu ilin axırına doğru gündə, təxminən, bir milyon kubmetr artıb 13 milyona çata bilər. Bu isə bildirir ki, Gürcüstana gündə, təqribən, 1-1,5 milyon kubmetr tədarük oluna biər. Təsadüfi deyil ki, Ermənistan hökumətu 2016-cı ilin əvvəlində İran qazının Gürcüstana traniziti üçün xüsusi sərəncamla şirkət yaradıb. İran neft nazirliyinin qaz ixracatı Milli şirkətinin direktoru Əlirza Kamali keçən il bildirib ki, Ermənistan ərazisindən Gürcüstana hər il haradasa 500 miyon kubmetr qaz ixrac etmək nəzərdə tutulub.

Vage davtyan qeyd edir: “Ancaq Tiflis hazırda Rusiya qazından tam imtina etmək niyyətindədir, təəssüf ki, nəticə etibarilə svop energetika dəhlizi formalaşdırmaq ideyası aktuallığını itirir”.

Gürcüstan üzrə ekspert Conni Məlikyan onun fikrinə ortaq çıxmayaraq qeyd edir ki, Kaladzenin bəyanatı bir tərəfdən antirusiya əhvali-ruhiyyəli auditoryanı sakitləşdirmək məqsədilə mesajdır, digər tərəfdən isə mövcud gerçəkliyin etirafıdır. Ekspert bizimlə söhbətdə qeyd edir: “Gürcüstan artıq Rusiyadan müəyyən həcmdə qaz alıb və bu, Gürcüstanın Ermənistana illik kəsimdə qaz tranzitinin əvəzində aldığı həcmdən bir az geri qalır. Söhbət keçmiş müqaviləyə əssən, tranzitin ümumi həcminin 10%-dən gedir”.

Qazpromla yeni müqaviləyə əsasən, Gürcüstan Ermənistana qaz tranziti əvəzində qaz deyil, pul formasında ödəniş alır. Halbuki bu müqavilə bağlanarkən Rusiya Gürcüstan üçün qazın qiymətini bir qədər endirib. Deməli, Gürcüstan hazırda sosial məqsədlərlə Rusiyadan qaz alqısını davam etdirir, çünki Azərbaycan pik dövrlərdə Gürcüstanın qaz tələbatını sadəcə ödəyə bilməz.

Məlikyanın fikrincə, Gürcüstan pik mövsümdə Rusiyadan alınmış sosial qaz həcmini artıq sərf edib və Azərbaycan qazının istehlakına keçir.

Rusiyalı ekspert, Milli energetik təhlükəsizlik Fondunun baş direktoru Konstantin Simonov onunla razıdır və hesab edir ki, Gürcüstanın bəyanatı daha çox texniki problemə aiddir. Onun sözlərinə görə, Gürcüstan istehlak üçün pik dövrdə Rusiya qazı alır. O deyir: “Baxın, əsas həcm qaza tələbatın çox olduğu qış aylarında alınıb. Və hazırda bildirirlər ki, ilin sonunadək saziş bağlanmayacaq. Normaldır, pik dövrü keçib”.

Gürcüstanın da ekspert dairələrində bu xüsusda vahid fikir yoxdur. Bir qism Rusiyaya özəl qabarıq münasibəti olmaqla bu ölkə ilə energetik əməkdaşlıqda heç bir perspektiv görmür və bunun kəsiləcəyindən danışır. Başqa bir qism, əksinə, hesab edir ki, eneregetik tədarüklərin şaxələndirilməsi Gürcüstanın maraqlarından qaynaqlanır. Gia Xuxaşvili yazır: “Rusiya və İran qazı Gürcüstan üçün bu planda alternativdir, şimal-cənub energetika dəhlizinin formalaşması isə bölgədə energetika layihələrinin kəsişməsi qismində Gürcüstann önəmini daha da yüksəldəcək”.

Digər tərəfdən, Kaladzenin bəyanatı həmdə avropayönlü və Rusiyaya qarşı hədsiz dərəcədə tənqidi köklənmiş auditoriyaya yönəlib. Conni Məlikyan qeyd edir: “Gürcüstan müxalifəti Ermənistana qaz tranziti haqda Qazpromla yeni ikiillik müqavilənin bağlanmasına görə ölkə hökumətini kəskin tənqidə məruz qoyur. Təkid edir ki, bu müqavilə məxfilikdən çıxarılsın. Saakaşvilinin müxalif  “Vahid milli hərəkat” partiyası xüsusi komissiya yaratmaq və bu müqaviləni araşdırmağı tələb edir”.

Ekspert əlavə edir ki, Gürcüstan bu bəyanatla daxili auditoriyanın Rusiya ilə energetik əməkdaşlığın tam kəsilməsi uğrunda çıxış edən zümrəsinə müəyyən müsbət siqnal göndərir: “Eyni zamanda, müqaviləyə əsasən, Gürcüstanın özəl şirkətlərinin qaz alışı haqda Rusiya şirkətləri ilə ayrıca müqavilə bağlamaq hüququ var”.

Yuxarıda sözügedən ekspertlərin əksəriyyəti güman edir ki, Gürcüstan nazirinin açıqlamasını Rusiya qazından tam imtina, Şimal-Cənub energetika dəhlizi formalaşdırmaq cəhdlərini heçə endirəcək bildiriş kimi qəbul etmək lazım deyil. Bölgəsəl qismdə yeni fors-majorlar meydana çıxmasa, bu günki gerçəklikər bu cürdür.

Conni Məlikyan vurğulayır: “Hazırda qaz tədarüklərini heç nə təhdid etmir. Planlaşdırılmış İran-Ermənistan-Gürcüstan-Rusiya meqalayihəsi davam edəcək və tərəflər artıq 2019-cu ildə onu işə sala bilər”.

Saytda Axtarış

ახალი ამბები