Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2833
DünənDünən1148
Bu həftəBu həftə9451
Bu ayBu ay58147
Bu günə qədərBu günə qədər7485481

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın mədən ərazilərində 63 min ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilir

SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində və “Azneft” İB-nin “BibiHeybətneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazilərində ümumilikdə 63 min ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən Dalga tv-yə bildirilib ki, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində müəssisənin həyata keçirdiyi layihələrdən biri də, reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda QSC-nin Torpaqların Rekultivasiya Departamenti SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində və “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazilərində ümumilikdə 63 min ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.

Yaz mövsümünün başlaması ilə əlaqədar yaşıllaşdırma sahələrində mövsümü işlərə start verilib. Hazırda ərazidə ağac və kolların budanması, bitkilərə mövsümü gübrələrin verilməsi, abadlıq işlərinin aparılması və digər aqrotexniki tədbirlər yüksək ahənglə davam etdirilir.

Bütün bunlarla yanaşı, digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində də zəruri işlər yerinə yetirilir, ərazidə olan 51 min 130 ədəd müxtəlif növ ağac və bəzək kollarına, istixanada yetişdirilən 11 min 200 ədəd ağac tinglərinə, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən yüksək səviyyədə qulluq olunur.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirləri davam etdirilir.

SOCAR-AQŞ “Qərbi Abşeron”dakı 31 nömrəli quyunun tikintisini başa çatdırıb

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 756 metr olan 31 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl yekunlaşdırıb.

Müəssisədən Dalga tv-yə bildirilib ki, 31 nömrəli quyuda qazma işlərinə bu il martın 13-də başlanılmışdı.

SOCAR-AQŞ bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

“SOCAR Georgia Gas” Gürcüstanın Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb

“SOCAR Georgia Gas” şirkəti Gürcüstanın Zestafon bələdiyyəsində yerləşən Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb.

Dalga tv  şirkətə istinadla xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanın “Qaztransport” şirkətinin baş direktoru İrakli Bendeliani və digər şəxslər yeni qazpaylayıcı şəbəkəyə baxış keçirib, rəmzi məşəli yandırıblar.

Bununla da Kveda Sazano kəndində 1728 ev təbii qazla təmin olunub. Yeni abonentlərin şəbəkəyə qoşulmasının haqqı 400 lari təşkil edir. Abonentlər bu məbləği 16 ay müddətində aylıq 25 lari olmaqla ödəyə bilərlər.

Qeyd edək ki, “SOCAR Energy Georgia” MMC-nin tərkib hissəsi olan “SOCAR Georgia Gas” şirkəti təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə yanaşı, Gürcüstanda yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir.

Azərbaycan prezidenti şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyevşəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilməyəcək.

Nazirlər Kabinetinə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etmək tapşırılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı üçtərəfli texniki görüş keçirilir

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyəti ilə bağlı üçtərəfli texniki görüş aparılıb.

APA-Economics”in məlumatına görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat verilib, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı üçtərəfli görüşün keçirilməsi və gömrük orqanlarının üzərinə düşən bütün texniki məsələlərin həllini tapmasıdır. Ş. Bağırov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir: “Bu dəmiryolu xəttinin inşası və onun fəaliyyətə başlaması region və dünya üçün çox önəmlidir”.

O bildirib ki, gömrük orqanları bu layihə ilə bağlı işləri tək görə bilməz: “Bu layihə ilə bağlı Azərbaycan, Gürcüstan tərəfi sənədlərin hazırlanması və pasport məsələləri ilə bağlı həm ölkələrin sərhəd xidmətləri, pasport qeydiyyat idarələri, həm də digər dövlət qurumları ilə əlaqələndirilmiş formada işləməlidir. Bunun üçün də gömrük orqanları lazımı formada bu proseslərə cəlb olunacaq”.

Görüşdə həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə tərəflərinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi və bu günə qədər görülən işlərlə bağlı fikirləri dinlənilib. Hər üç tərəfin nümayəndələri bu layihə ilə heç bir texniki məsələnin qalmadığını vurğulayıblar. Onlar bu layihənin tezliklə fəaliyyətə başlayacağına əmin olduqlarını bildiriblər.

Tədbir çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması da planlaşdırılır. Görüşün sonunda iki mühüm sənəd imzalanacaq. Bunlardan biri bu gün keçirilən görüşə dair yekun protokol, digəri isə 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədlə bağlıdır.

Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin səbəbləri açıqlanıb

“Bu il Bakı-Tbilisi-Qars layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı”.

APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Bu il Qarsda 47-54 dərəcə şaxta olub, ona görə işlər yubanıb. Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ qalıb”, - deyə C.Qurbanov bildirib.

Energetika Nazirliyində "Astana EXPO-2017"-yə hazırlıq məsələləri müzakirə edilib

Qazaxıstanın paytaxtı Astana şəhərində iyunun 10-dan sentyabrın 10-dək keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” beynəlxalq sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan "Adunic AG" şirkətinin nümayəndəsi Gökhan Yılmazın iştirakı ilə müzakirə edilib.


Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda energetika naziri N. Əliyev Azərbaycanın sərgidə layiqincə təmsil olunması üçün SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərildiyini diqqətə çatdırıb. 25 yanvar 2017-ci il tarixində 403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan Milli Pavilyonunun təhvil alındığını, 9 iyul tarixinə isə “Milli Gün”ün nəzərdə tutulduğunu qeyd edib. Hazırlıq işlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb.


“Adunic AG” şirkətinin nümayəndəsi isə Azərbaycan Milli Pavilyonunun məzmun və tərtibatı ilə bağlı təqdimat edib. Bildirib ki, Azərbaycanın tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsini tərənnüm edən pavilyon “Odlar Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanıb. Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı  xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əyləndirilməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və s. təqdim ediləcək.

İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Bakıda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada  məqsəd  Azərbaycanın turizm imkanlarının tanıtmı və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Bütün bu tərtibat  və quraşdırma işlərinin mayın 12-dək  yekunlaşdırılması, pavilyonun fasadının isə mayın sonuna hazır olması planlaşdırılır.

Təqdimatın yekununda nazir sərginin məzmunu ilə bağlı əlavə təkliflər irəli sürərək, enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması, enerji və yeni texnologiyaların qarşılıqlı əlaqəsi kimi mövzuların əks olunmasını tövsiyə edib.

Xatırladaq ki, Azərbaycanın "Astana EXPO-2017" Beynəlxalq Sərgisində iştirakı ilə bağlı müqavilə 4 dekabr 2015-ci il tarixində imzalanıb. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə energetika naziri Natiq Əliyev ölkəmizi “EXPO 2017” sərgisində təmsil edəcək milli komissar təyin edilib. “EXPO 2017” sərgisinin, əsasən, dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin kimi) sonra Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək.

SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər görülür

31 mart - 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib. "Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub", - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.

"Petkim"in TOP-menecerlərinin illik maaşı 1,4 mln. manatı ötür Böyüt

"Petkim Petrokimya Holding A.Ş."-nin ("Petkim") TOP-menecerlərinə ödənilən aylıq məvacibin məbləği açıqlanıb.


"APA-Economics" şirkətin yaydığı hesabata istinadən xəbər verir ki, bu ilin martın 29-da "Petkim"in İdarə Heyətinin iclasında İdarə Heyəti üzvlərinin hər birinə ayda 27500 lirə (Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə əsasən 12 947 manat - red.) məbləğində məvacibin ödənilməsi səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, "Petkim"in İdarə Heyətinin 9 üzvü var. İdarə Heyətinin sədri Vaqif Əliyevdir (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi). Onun müavini isə SOCAR-ın vitse-prezidenti David Məmmədovdur. İdarə Heyətinin digər üzvləri isə bunlardır: "Mehmet Bostan, Fərrux Qasımov, Ertuğrul Altın, İlhami Özşahin, Süleyman Qasımov (SOCAR-ın vitse-prezidenti), Tevfik Bilgin, Mehmet Ceylan.

Beləliklə, İdarə Heyətinin üzvlərinə ümumilikdə ay ərzində 247500 lirə (116 min 968 manat), il ərzində isə 2 mln. 970 min lirə (1 mln. 403 min 622 manat) ödənilir.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

Petkim gələn aydan dividendlərin ödənilməsinə başlayacaq

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") şirkətinin 2016-cı ildə əldə etdiyi mənfəət üzrə dividendlərin ödənilməsi tarixi məlum olub.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin martın 29-da “Petkim”in İdarə Heyətinin iclasında qəbul edilmiş qərara görə bu ilin aprelin 14-dən dividendlərin ödənilməsinə başlanacaq.

Qeyd edək ki, Petkim ötən il əldə etdiyi mənfəətə görə səhmdarlarına 600 mln. lirə və 282 mln. 480 min manatlıq dividend ödəyəcək.  

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

"Petkim"in auditini PwC aparacaq

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") şirkəti 2017-ci ildə audit hesabatlarının hazırlanması ilə məşğul olacaq şirkəti müəyyənləşdirib.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, PricewaterhouseCoopers Global (PwC) şirkəti Petkimin 2017-ci il üzrə maliyyə göstəricilərinin auditini aparacaq.

Qeyd edək ki, bu ilin martın 29-da “Petkim”in İdarə Heyətinin iclasında PwC-nin auditor seçilməsi məsələsini təsdiqləyib.

SOCAR “Neft Daşları” yatağı üçün yeni platforma istismara verib

“Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2 520 kvadrat metrdir. Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib.

6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilib, svay və quyu şaxtaları vurulub, müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb. Platforma 7 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib.

Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

Saytda Axtarış

ახალი ამბები