Dalga Televiziyasi Gürcüstanda Bakı-Tiflis-Qars layihəsi üzrə növbəti görüş keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1969
DünənDünən2460
Bu həftəBu həftə4429
Bu ayBu ay35972
Bu günə qədərBu günə qədər7524189

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Bakı-Tiflis-Qars layihəsi üzrə növbəti görüş keçirilib

Bu gün Tiflisdə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov,  Azərbaycan dəmir yolunun aidiyyəti qurumlarının mütəxəssisləri, eləcə də,  “Gürcüstan Dəmir Yolları” ASC-nin  rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə əsasən BTQ dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub.

Görüş iştirakçıları BTQ dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinin tikintisinin aparıldığı ərazilərə səfər edəcək və  xəttin istismara tam hazırlığını yoxlayacaqlar. 

Saytda Axtarış

ახალი ამბები