Dalga Televiziyasi “SOCAR-Türkiyə”nin Bakı Ali Neft Məktəbində təqdimatı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün752
DünənDünən2699
Bu həftəBu həftə5911
Bu ayBu ay37454
Bu günə qədərBu günə qədər7525671

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR-Türkiyə”nin Bakı Ali Neft Məktəbində təqdimatı

Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

Dalga tv-nin  AZƏRTAC-a istinadən xəbərinə görə,görüşdə bu ali təhsil ocağının rektoru Elmar Qasımov, “SOCAR-Türkiyə”nin insan resursları üzrə departamentinin rəhbəri Dinar Məmmədova, insan resursları üzrə şöbəsinin əlaqələndiricisi Sibel Uğur, əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş, təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, “Petkim” şirkətinin insan resursları üzrə şöbəsinin müdiri Bəhruz Babayev, ali məktəbin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə BANM-in 30 məzununun “SOCAR-Türkiyə” şirkətlərində mütəxəssis vəzifələrində çalışması, bir qrup tələbənin isə istehsalat təcrübəsi keçməsi məsələləri müzakirə olunub.

E.Qasımov rəhbərlik etdiyi ali məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr quran BANM bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BANM-in “SOCAR-Türkiyə” və “Petkim” şirkətləri ilə əməkdaşlığından söz açan rektor qeyd edib ki, bu ali təhsil ocağının tələbələri və məzunları SOCAR-ın müəssisələrində də təcrübəyə cəlb olunurlar. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə minnətdarlığını bildirib, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

E.Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirtdiyi beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərindən danışıb.

“Star” neft emalı zavodunun fəaliyyətindən bəhs edən E.Sarıbaş vurğulayıb ki, bu müəssisənin inşası dünyanın ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrdən biridir.

D.Məmmədova proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Bildirilib ki, seçim imtahan və müsahibə əsasında aprelin sonunda keçiriləcək.

Sonda tələbələrin sualları cavablandırılıb.

Saytda Axtarış

ახალი ამბები