Dalga Televiziyasi Gürcüstan və Ukrayna Baltik dənizi-Qara dəniz-Xəzər dənizi dəhlizi üzrə işləri sürətləndirəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1818
DünənDünən2699
Bu həftəBu həftə6977
Bu ayBu ay38520
Bu günə qədərBu günə qədər7526737

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan və Ukrayna Baltik dənizi-Qara dəniz-Xəzər dənizi dəhlizi üzrə işləri sürətləndirəcək

Gürcüstan və Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlığı çərçivəsində, xüsusilə də Baltik dənizi-Qara dəniz- Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı üzrə işlərin intensivləşdirilməsinə dair razılıq əldə edilib.

 Dalga tv "Report"-a  istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini İvanna Klimpuş-Tsintsadze bildirib.
"Əməkdaşlığımızın ticari-iqtisadi səviyyədə xeyli intensivləşdirilməsinə dair razılıq əldə etmişik.

Burada Ukrayna ilə Gürcüstan arasında təkcə azad ticarət zonasının inkişaf imkanları nəzərdə tutulmur, eləcə də aqrar sektor və balıqçılıq da var.

Həmçinin, Baltik dənizi-Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafına dair əməkdaşlığı davam etdirmək qərarına gəlmişik. Mütəxəssislərimiz Odessada nəqliyyat həftəsi çərçivəsində iyunun əvvəlində bu müzakirəni davam etdirəcəklər", - deyə Ukraynanın hökumət rəsmisi birlikdə keçirilən mətbuat konfrasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib

Saytda Axtarış

ახალი ამბები