Dalga Televiziyasi "SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1359
DünənDünən2699
Bu həftəBu həftə6518
Bu ayBu ay38061
Bu günə qədərBu günə qədər7526278

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb

Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer" layihəsinin icrası uğurla davam etdirilir. Dalga tv "Report"-a istinadən xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017" konfransında çıxışında "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib. 

O qeyd edib ki, Polipropilen Zavodu üzrə işlərin 71%-i, Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin 27%-i icra olunub. Onun sözlərinə görə, bu ilin sonuna mexaniki işlər tamamlanacaq. 

Şirkət nümayəndəsi 2018-ci ildə istehsala başlanacağını bildirib: "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. "SOCAR-GPC" layihəsinin işə düşməsindən sonra polipropilen istehsalının ildə 300 min tona çatdırılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların 30-40%-i yerli bazara, 60-70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq".

Saytda Axtarış

ახალი ამბები