İrakli Qaribaşvili “SOCAR” prezidenti Rövnəq Abdullayevlə görüşüb
Baş nazir İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
Bu barədə hökumət administraciyası məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə olunub.
Baş nazir Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurlu əməkdaşlıq etdiyini qeyd edib.
Qeyd edək ki, baş tutan görüşdə “Socar Energy Georgia”nın baş icraçı direktoru Mahir Məmmədov da iştirak edib.