Bakurianidə kanatda qalan turistlərin təxliyyəsi başa çatıb

Bu gün, axşam saatlarında Bakurianidə elektirik enerjisində yaranan problem nəticəsində kanatda qalan 40-a yaxın turistin təxliyyəsi başa çatıb.

Bu barədə Dağ kurortlarının inkişafı agentliyi məlumat verib.

Məlumatda qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, bu gün Bakurianidə birinci Mitarbi şossesi yaxınlığında naqillərin düşməsi səbəbindən kanat dayanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey