Gürcüstanın baş naziri: “Lari möhkəm səviyyəsinə qayıdacaq”

“Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze brifinqdə bildirib.

Onun sözlərinə görə, son iki gündə milli valyuta gözlənildiyi kimi möhkəmlənib. Baş nazir turizm sektorunda gəlirlərin azalmasının müşahidə olunduğunu deyib:

“Hökumətin planlaşdırdığı tədbirlərin köməyi ilə bu sahə əvvəlki dinamikasına qayıdacaq. Biz turizm sektorunda artım dinamikasını bərpa edəcəyik və bu sahə növbəti illərdə də Gürcüstan iqtisadiyyatının əsas lokomotivlərindən biri olaraq qalacaq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey