69 zəncir, 80 sırğa, 46 sikkə, 8 medalyon — Qızın mədəsindən çıxanlar ŞOK ETDİ

Hindistan cərrahları xəstənin mədəsindən 1,6 kiloqram zinnət əşyaları tapıblar.
Ölkənin Qərbi Benqal əyalətində yaşayan bir gənc şiddətli qarın ağrısı ilə yerli tibb müəssisəsinə müraciət edib. Rentgen müayinəsindən sonra məlum olub ki, 22 yaşlı qızın mədəsində metal əşyalar var. Əməliyyat zamanı cərrahlar 69 zəncir, 80 sırğa, 46 sikkə, 8 medalyon, burun üçün 11 üzük, 5 bilərzik və xəstənin həzm orqanından bir ədəd saat çıxarıblar. “Tapıntı” 53 min funt sterlinq (təxminən 110 min manat) dəyərində qiymətləndirilib. Qohumlarından biri etiraf edib ki, ailədə müəyyən vaxtlarda qızıl zinnət əşyalarını yoxa çıxmasını hiss etməyə başlayıblar. Ancaq qız zinnət əşyalarının hara yoxa çıxdığını etiraf etməyib. Əməliyyatdan sonra qadın zinnət əşyaları qəsdən udduğunu etiraf edib. Xəstə yaxşılaşmağa başladıqdan sonra həkimlər onu psixiatrın yanında göndəriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey