Tbilisoba xalq bayramında milli atributlarımız nümayiş olunub
Paytaxt Tbilisidə qeyd olunan Tbilisoba xalq bayramında azərbaycanlı icmasına məxsus güşədə milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və milli mətbəximiz nümayiş etdirilib.
24News.ge xəbər verir ki, stentlər Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkının yanında, “Meydan” ərazisində quraşdırlıb.
Buraya gələn qonaqlar samovar çayı ilə şəkərbura və paxlavanın, “Borçalı qatlaması”nın, plovun, qutabların və digər milli təamlarımızın dadına baxıblar. Burada həmçinin, qədim Borçalı xalçaları da nümaiş etdirilib. Guşələri ziyarət edənlərə milli mətbəximizin və mədəniyyətimizin tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Tbilisoba” bayramı Gürcüstanda məhsul bayramı deməkdir. İlk dəfə 28 oktyabr 1979-cu ildə keçirilib. Daha sonra isə hər il keçirilərək ənənə halını alıb.