Avropa Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun yenilənməsini maliyyələşdirəcək

Avropa İnvestisiya Bankı (EIB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106,7 milyon avro ayıracaq.

Bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, 388 kilometrlik E60 dəhlizi Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən başlayır və Qara dəniz sahilindəki Poti limanına qədər uzanır və daha sonra Türkiyə sərhədinədək davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey