Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması barədə açıqlama verdi
“Gürcüstan Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasını alqışlayır”.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Xarici İşlər Nazirliyi münaqişənin həllində irəliləyiş əldə olunacağına ümid edir:
“Gürcüstan Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasını alqışlayır və gələcək danışıqların münaqişənin həllində və davamlı sülhün bərqərar olmasına gətirib çıxaracağına ümid edir ki, bu da bütün bölgədə təhlükəsizliyin və rifahın möhkəmlənməsinə kömək edəcək”, – deyə Nazirliyin bəyanatında qeyd olunub.
Xatırladaq ki, 13 günlük müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi zonasında humanitar atəşkəs razılaşması bu gün saat 12:00-da qüvvəyə minib.