Ermənistan razılaşmadan sonra atəşkəsi pozdu – Açıqlama

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu yenə də atəşkəsi pozub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb
Məlumata əsasən, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

“Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.
Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”, – deyə Nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən atəşkəs elan edilib və 72 saatlıq humanitar dəhlizin yaradılmasına və əsirlərin və ölən əsgərlərin cəsədlərinin qaytarılmasına şərait yaradılmalı idi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey