Gürcüstan azərbaycanlılarının 54%-i ölkənin Aİ-yə inteqrasiyasını dəstəkləyir

Gürcüstanda yaşayan azərbaycanlıların 54%-i ölkənin Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.

Bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun sorğusunun nəticələrində bildirilib.

Qonşu ölkədə yaşayan ermənilər arasında isə Gücüstanın Aİ-yə inteqrasiyasını dəstəkləyənlər 68% təşkil edir.

Sorğunun nəticələrinə əsasən, Gürcüstanda Aİ-yə üzvlüyü dəstəkləyənlər 2018-ci ilin dekabr sorğusu ilə müqayisədə 6% azalaraq 77% təşkil edib.

Sorğu bu ilin 28 mart-15 aprel tarixində Gürcüstanın böyük şəhərlərində 40 mindən çox sakin arasında aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey