İlham Əliyev və Volodimir Zelenski bir sıra sənədlər imzalayıblar
Yanvarın 14-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan və Ukrayna arasında bir neçə sənəd imzalanıb.
İlham Əliyev və Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar.
Daha sonra iki ölkə arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
İlham Əliyev imzalanan sənədlərin iki ölkənin yaxınlaşmasına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün, bir çox imkanlar mövcuddur.
Qeyd olunub ki, növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir.