Qoridə avtomobil qəzası – 6 yaralı…

Qori rayonu ərazisində yol qəza hadisəsi baş verib.

Hadisə nəticəsində 6 nəfər yaralanıb.

Yaralılar təcili olaraq “QoriMed” xəstəxanasına yerləşdiriliblər. Onlardan 4 nəfəri azyaşlı uşaqdır.

Klinikanın rəhbəri Xatuna Şrubinin sözlərinə görə, yaralanmış 6 nəfərin həyati töhlükələri yoxdur.

Sözügedən qəzadan əlavə, Qori-Ruisi avtomobil yolunda daha iki qəza hadisəsi baş verib. Əraziyə polis ekipajı cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yaranmış çətin meteoroloji vəziyyətlə əlaqədar Tbilisi-Senaki-Leselidze magistralının İqoeti-Xaşuri ərazisində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey