İlham Əliyevin müsahibəsində toxunduğu məqamlar

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində müharibədən sonrakı dövrdə görülən işlər, Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların fəaliyyəti ilə bağlı fikirləri bir çox mətləblərə işıq tutur

Azərbaycan öz hərbi gücünə arxalanaraq ərazi bütövlüyünü hərbi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi 30 illik işğala son qoyub. Bununla da tarixi ədalət bərpa olunub. Silahlı Qüvvələrimizin düşmən üzərində şanlı Zəfərindən indiyə qədər ötən vaxt ərzində rəsmi Bakı əldə edilən bu üstünlükləri beynəlxalq müstəvidə, siyasi və diplomatik cəbhədə qoruyub saxlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey