Kobaxidze: “Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub”

“Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub”.

Bu sözləri Baş nazir İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir. Bu gün keçirilən görüşümüzdə Azərbaycanla Gürcüstan arasında ticarət məsələsini də müzakirə etdik. Azərbaycan Gürcüstanın xarici ticarətində ilk 5-likdə yer alır. Qarşılıqlı səfərlər davam edəcək. Bu sahədə də əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək”.

Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəmizə səfərə dəvət edib:

“İnanıram ki, Prezident İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək. Bu səfər əməkdaşlığımızın daha da dərinləşdirilməsinə xidmət edəcək. Biz bundan sonra da bu dostluğu və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik” , – deyə Baş nazir vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey