Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib
Gürcüstan parlamenti üçüncü oxunuşda hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
80 deputat qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.
Qeyd edək ki, qanun layihəsi üzrə səsvermə aprelin 5-də keçirilsə də, onun təsdiq olunması üçün səslər yetərli olmayıb.
Xatırladaq ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər.