Azərbaycanın iki güləşçisi Avropa çempionatında erməniləri məğlub edib

Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.

Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) – Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey