Gürcüstanın keçmiş Prezident iqamətgahına yeni status verilib

Gürcüstanın paytaxtı Tbilisinin Avlabar rayonunda yerləşən keçmiş Prezident iqamətgahının statusu dəyişdirilib.

Bu barədə Gürcüstan Prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili bildirib.

Onun sözlərinə görə, iqamətgah Dövlət Mərasimləri Sarayı kimi fəaliyyət göstərəcək: “Keçmiş iqamətgah yeni funksiya yerinə yetirəcək. Bununla bağlı Prezident, hökumət və parlament arasında razılıq əldə olunub. Hökumət bu barədə müvafiq qərar qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili sələfi Giorgi Marqvelaşvilinin Avlabar iqamətgahından imtina edib. O, Tbilisinin Atoneli küçəsindəki Prezident sarayında yerləşib. Avlabardakı Prezident sarayı 2004-2009-cu illərdə eks-prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey