ABŞ rəsmisi Gürcüstanda səfərdədir – Müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
ABŞ müharibə katibinin köməkçisinin müavini Endryu Lumis Gürcüstanda səfərdədir.
Dalgatv xəbər verir ki, səfər çərçivəsində ABŞ rəsmisi Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Görüşdə Gürcüstan və ABŞ arasında müdafiə sahəsində mövcud əməkdaşlıq, əlaqələrin inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik vəziyyəti və çağırışlar müzakirə olunub.
Tərəflər gürcü və amerikalı hərbçilərin beynəlxalq missiyalarda uzunmüddətli birgə iştirakı, Gürcüstan-ABŞ birgə hərbi təlimləri və digər əməkdaşlıq proqramları ətrafında da fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Endryu Lumis müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Çiçinadze ilə də görüşüb.
Gürcüstan tərəfi səfərin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
