Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün167
DünənDünən3053
Bu həftəBu həftə3220
Bu ayBu ay98188
Bu günə qədərBu günə qədər8459819

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Gürcüstanın baş naziri gəlirlərindən dörd dəfə artıq məbləğdə kredit ödəyir

Gürcüstanın baş nazirinin, habelə nazirlərinin və millət vəkillərinin sabiq hökumət rəhbəri, milyarder Bidzina İvanişviliyə məxsus olan "Cartu Bank"a kredit borcu var.

"Dalğa TV" xəbər verir ki, bu barədə "Mediator" qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilir ki, məmur və millət vəkillərinin ümumi borcu 1,5 mln. dollar təşkil edir.

Ən iri borc hazırkı baş nazir Georgi Kvirikaşvilidədir. Ötən il baş nazirin banka ödədiyi məbləğ onun gəlirlərindən 4 dəfə çoxdur.

İkinci yerdə iqtisadiyyat naziri Dmirti Kumsişvilidir. Onun banka 79 min dollar borcu var. Maraqlıdır ki, nazirin həmin bankda 20 min dollarlıq depoziti var.

Bununla yanaşı, bir neçə deputat bankdan 15 min dollara yaxın kredit götürüb.

Dolların məzənnəsi 1,59 manatdan aşağı düşür

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 28-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 28-ə 1,5876 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5971 manata bərabər olub

Dolların məzənnəsi 1,61 manata yaxınlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 17-ə 1,6102 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,6186 manata bərabər olub.

AZALJET təqdim edir: Bakıdan Avropaya cəmi 49 avroya

Ekonom sinfinin üç tarif kateqoriyası təqdim olunacaq.

"Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi AZALJET 28 mart 2016-cı il tarixindən etibarən(yay mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə)uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.

Əvvəlcədən elan olunduğu kimi, AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə və uçuş müddəti 3,5 saata qədər olan reyslər yerinə yetiriləcək.

Bu istiqamətlərə Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

AZALJET-in reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort" mümkün olacaq. Bu tariflər üzrə aviabiletləri 28 mart tarixindən etibarən əldə etmək mümkün olacaq.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayacaq. Bu məbləğə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.

"Budget", "Discount" və "Comfort" tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir.

Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan "Budget" tarifinin əvvəlcədən bron edilməsi zamanı əldə etmək mümkün olacaq.

"Discount" tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. "Comfort" tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

"Azərbaycan Hava Yolları" özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bortqidalanmasının daxi lolduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ınkassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80

*8880

e-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Dollar kreditləri ilə bağlı yeni - Sənəd hazırlanır

Azərbaycanda ali qanunvericilik orqanı səviyyəsində dollarda krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlanır.

Bu barədə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxışında bildirib.

"2015-ci ildə inflyasiyanın aşağı olmasını yüksək qiymətləndirirəm. 2015-ci ildə iki şok devalvasiya olub. Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək qiymətləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərfli xarakter daşıyır, problemlər əhalini üstünə atılır. Problemin belə həllini müsbət hesab etmirəm. Devalvasiya nəticəsində yaranmış proses - sistem prosesdir ki, bu da sistem həll olunmalıdır", - deyə millət vəkili qeyd edib.

"Ağırlıq bir amilin - əhalinin üzərinə düşdüyünə görə, həm əhali, həm də banklar çox pis vəziyyətdədir. Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq və həmin təkliflər aiddiyəti qurumlara təqdim olunacaq", - deyə Ə.Məsimli əlavə edib.

Brent neftinin qiyməti 40 dolları ötüb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar azalaraq 37,44 dollar təşkil edib.

"Dalğa TV"nin məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar azalaraq 40,32 dollar olub.

Tiflisdə "Qazprom" əleyhinə növbəti aksiya keçirilib

Martın 6-da Gürcüstan paytaxtındakı baş nazirin dəftərxanası qarşısından başlayaraq Rustaveli küçəsi boyunca etiraz aksiyası keçirilib.

"Dalğa TV"nin məlumatına görə, minlərlə insan "Qazproma yox!" şüarları ilə aksiyaya qatılıb. Onlar Gürcüstanın strateji tərəfdarı olan Azərbaycana ehtiramlarını bildiriblər. Aksiya iştirakçıları qeyd ediblər ki, Azərbaycan Gürcüstanın mehriban qonşusu və sədaqətli tərəfdaşdır.

"Azad Zona" təşkilatının sədri, politoloq Gela Vasadze jurnalistlərə açıqlamasında aksiyanın "Vahid Gürcüstan Hərəkatı" partiyası tərəfindən təşkil olunduğunu bildirib: "İndiki hakimiyyət tərəfindən SOCAR-dan imtina cəhdi olub, lakin Gürcüstan cəmiyyəti, müxalifət Azərbaycanı bir strateji tərəfdaş kimi yaxşı tanıyır və həmişə bizə qonşu olan bu mehriban ölkəyə inanır.

Azərbaycan bizə qışın ortasında təbii qaz verdi və bizi qışın sərt soyuğundan qorudu. Biz bunu yüksək qiymətləndiririk. Gürcüstanda elə güclər var ki, Azərbaycan kimi strateji ölkədən imtina edib, Rusiya tərəfə keçmək istəyir. Lakin Rusiyanın "Qazprom" şirkəti heç vaxt Gürcüstana qayıtmayacaq".

Qeyd edək ki, artıq Gürcüstan və Azərbaycan arasında qaz təchizatına dair razılaşma əldə olunub və Azərbaycandan Gürcüstana əlavə 500 mln. kub/metr həcmdə əlavə təbii qaz verilməsi haqqında razılaşma imzalanıb.

Gürcüstan həmçinin Rusiya ilə də tranzit haqqını təbii qazla ödəmək barədə razılaşıb.

Dolların məzənnəsi 1,58 manatı ötüb

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 3-nə 1,5843 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5764 manata bərabər

Nardaranda yol tikintisinə 17,4 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


"Dalğa TV"nin məlumatına görə, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini təmin etmək tapşırılıb.

SOCAR və onun müəssisələrində 7500 nəfərdən çox şəxs müvəqqəti işlə təmin olunub

Azərbaycan prezidenti İlham Əliyevin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması haqqında tapşırığının icrası ilə əlaqədar ölkəmizin ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü işlər aparılır.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılmış, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilmiş və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə Nazirliyin regionlardakı Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçirilir.

Vakansiyalar əsasən, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi, "Qaz İxrac" və Nəqliyyat İdarələrini, eləcə də şirkətin təsisçiliyi ilə yaradılmış Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib. Cari il mart ayının 1-ə kimi SOCAR üzrə ümumilikdə 7 541 nəfər, o cümlədən "Azəriqaz” İB üzrə 5 357, "Qaz İxrac" İdarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub. SOCAR üzrə ümumi işlə təmin olunan 7 541 nəfərin 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Bakının Qaradağ rayonu (432 nəfər), Gəncə şəhəri (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) rayonları iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqləniblər.

Ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni-yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək

SOCAR fevralda Kulevi terminalından 15 min ton neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Kulevi terminalından (Qara dəniz, Gürcüstan) 14 946 ton xam neft ixrac edib.


Bu barədə "Dalğa TV" SOCAR-a istinadən xəbər verir.
Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin mayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Türkiyənin ən zəngin insanının adı açıqlandı

Onun sərvəti 2,9 milyard dollar məbləğində dəyərləndirilir.

Forbes jurnalı Türkiyənin "100 ən zəngin insan"ının adını açıqlayıb.

"Dalğa TV" xəbər verir ki, nəşrin məlumatına görə, Türkiyənin ən varlı adamı Murat Ülkerdir.

Onun sərvəti 2,9 milyard dollar məbləğində dəyərləndirilir.

İkinci yerdə Hüsnü Özyegin, üçdə isə Ferit Şaxenk qərarlaşıblar, müvafiq olaraq 2,6 milyar dollar və 2,5 milyard dollar sərvətlə.

Qeyd edək ki, Murat Ülkər "Yıldız Holding"in, Özyegin "Fiba Holding"in, Şahenk isə "Doğuş Holding"in rəhbəridir

Saytda Axtarış

Son xəbərlər