Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2453
DünənDünən3053
Bu həftəBu həftə5506
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462105

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayında artım baş verməyib”

"2015-ci ildə il Azərbaycana gələn turistlərin sayında artım baş verməyib".


"Dalğa TV"nin məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranı ilə əlaqədar bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib.

Ə. Qarayev qeyd edib ki, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb: “Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700- 800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi. Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu, mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə Körfəz, Avropa ölkələrindən, Latın Amerikasından gələnlər var. Bizim coğrafiyamız genişlənir".

Ə. Qarayevin sözlərinə görə, Azərbaycanın turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.

İlham Əliyev monopoliyalara müharibə elan etdi

"Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz".

Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət - bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır.

"Dalğa TV" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Prezident bəyan edib ki, biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq.

“Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq.

Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır", - deyə, İlham Əliyev bəyan edib.

Azərbaycanda çörək bahalaşdı

Çörəyin qiymətinin 40 qəpikdən 50 qəpiyə qalxdığı bildirilir.

Azərbaycanda unun topdansatış qiyməti artıb.

"Dalğa TV" Lent.az-a istinadən xəbər verir ki, dekabrın əvvəllərində ölkənin iri dəyirmanlarında 1 kiloqram unun qiyməti 32-36 qəpik arası idisə, artıq bu rəqəm 50 qəpiyə yüksəlib.

Ölkənin ən böyük dənüyütmə şirkəti olan "Karat Holding"dən Lent.az-a bildirilib ki, şirkət dekabrın 21-dəki devalvasiyadan sonra unun 1 kiloqramının topdansatış qiymətini 49 qəpiyə qaldırıb və artıq satış yeni qiymətlə həyata keçirilir.

Şirkət nümayəndəsi onu da əlavə edib ki, qiymət 49 qəpiyə qalxmazdan əvvəl unun 1 kiloqramının dəyəri müxtəlif rəqəmlərlə ifadə olunub və son olaraq 39 qəpik təşkil edib.

Qeyd edək ki, bu gündən etibarən ölkədə unun kisəsinin və çörəyin qiyməti yüksəlib. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, çörəyin qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb.

Nazir manatın devalvasiyasının Formula 1-ə təsirindən danışdı

Manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir.

Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər:

"Narahatlığa əsas yoxdur".

Mərkəzi Bank devalvasiyadan 3 milyard qazandı

AMB üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.

Manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub.

"Dalğa TV" "APA"-ya istinadən xəbər verir ki, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib.

Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-ə 6 mlrd. 245,6 mln. dollar olub. Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir.

Qeyd edək ki, bu gündən etibarən AMB üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.

Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşıb.

Ekspert: 1 dollar 3-5 manat ola bilər

"Bizim indi gördüyümüz - bu, manatın real məzənnəsidir".

Azərbaycanın üzən məzənnəyə keçməsi dünya valyuta bazarında gedən proseslərdən irəli gələn məcburi tədbirdir. Bizim indi gördüyümüz - bu, manatın real məzənnəsidir.

"Dalğa TV" xəbər verir ki, bu barədə Trend-ə bazar ertəsi ekspert Oqtay Haqverdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) hazırkı addımını manatın real qiymətinə tərəf hərəkətin başlaması kimi qiymətləndirmək olar.

"Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində də axarlı şəkildə davam edəcək. Mənim ekspert qiymətləndirmələrimə görə, dolların real məzənnəsi 3 manatdan 5 manatadək təşkil edə bilər", - deyə, Haqverdiyev bildirib.

Ekspert AMB-nin bu addımını məcburi adlandırıb.

"Əgər dünya valyuta bazarında baş verən proseslər olmasa idi, heç nəyi dəyişmək lazım gəlməzdi. Lakin Azərbaycan xarici ticarətini dollarla apardığı üçün bu addım məcburi şəkildə atılıb", - Haqverdiyev bildirib.

Onun sözlərinə görə, üzən məzənnəyə keçidin məqsədi AMB-nin ehtiyatlarının bərpası deyil.

"Ehtiyatlar onun üçün yaradılır ki, belə fors-major hallarda vəziyyətdən çıxmağa imkan versin. Lakin iqtisadi elm baxımından istənilən milli valyuta buraxılmalıdır. Onun real qiymətini valyuta bazarında tələb və təklif prinsipi müəyyənləşdirməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir", - deyə, ekspert bildirib.

Haqverdiyevin sözlərinə görə, indi Azərbaycanın qarşısında dayanan 1-ci dərəcəli vəzifə qeyri-neft sektorunun inkişafıdır.

"İxracımızın 93%-dən çoxunu neft və neft məhsulları təşkil edir. Müasir elmtutumlu istehsalat sahələrini inkişaf etdirmək, nanotexnologiyaları mənimsəmək lazımdır. Elə məhsul seçmək və istehsal etmək lazımdır ki, o, dünya bazarında yerini tutsun və rəqabətqabiliyyətli olsun", - deyə, o, qeyd edib.

Xatırladaq ki, dekabrın 21-dən Azərbaycan Mərkəzi Bankı üzən məzənnəyə keçib və nəticədə milli valyuta olan manat təxminən 50% ucuzlaşıb.

Bu gün ABŞ dolları və avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi müvafiq olaraq, 1,55 və 1,6850 manat təşkil edir.

Dollarla kredit alanların nəzərinə: təşvişə düşməyin

Azərbaycan Mərkəzi Bankının manatın ABŞ dolları və avroya olan kursunun dəyişdirilməsi, milli valyutanın üzən kursa keçirilməsi ilə bağlı qərarından sonra ölkə banklarından ABŞ dolları ilə kredit götürmüş vətəndaşlarımız narahat olublar.

Onların təlaşı anlaşılandır, çünki manatın dollarla müqayisədə ucuzlaşması banklardan dollarla kredit götürənlərin aylıq ödənişlərinin məbləği ilə yanaşı, kreditin ümumi həcmi də artıb.
Manatın ucuzlaşmasının dollar kreditləri götürmüş vətəndaşların maddi durumuna sərt və mənfi təsir etməsinin qarşısını almaq üçün belə sosial təsirin minimallaşdırılması ilə bağlı tədbirlərin işlənməsinə ehtiyac duyulur.

Əmanətlər üzrə faizlərlə yanaşı, dollar kreditləri üzrə ödənişlərin də indeksləşdirilməsi gündəmdədir. Eyni zamanda, ölkədəki bir sıra kommersiya bankları dollarla verilmiş kreditlərlə bağlı ödənişlərdə problemlərin yaranmaması üçün müştərilərə möhlətlərin verilməsi məsələsini də müzakirə edirlər.
Aldığımız məlumatlara görə, yekun qərar hələlik qəbul olunmasa da, situasiya Mərkəzi Bankın nəzarətindədir.

1 dollar 1,55 manat oldu – RƏSMİ

Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.

"Dalğa TV""Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, Azərbaycanın milli valyutası olan manatın 21 dekabr 2015-ci ildə digər əsas dünya valyutalarına olan məzənnəsini təqdim edir.

Xəzərin 300 kvadrat kilometri neftlə çirklənib? – SOCAR-dan açıqlama

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da da davam etdirilib.

"Dalğa TV" SOCAR-ın saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıb. "Günəşli" yatağı və "Neft daşları" ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb.

Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılıb.

Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, "Azərkosmos" ASC, Kanadanın MDA şirkətinə məxsus "Radarsat-2" peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.

Qeyd edək ki, RİA "Novosti" agentliyi xəzərdə çirklənmənin böyüdüyü barədə məlumat dərc edib. "Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir" - deyə, məlumatda qeyd olunub.

SOCAR-ın Türkiyədəki şirkəti ləğv edildi

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış Anonim Şirketi"nin lisenziyası ləğv edilib.

"Dalğa TV" "Dəniz" xəbər agentliyinə istinadən xəbər verir ki,  bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumu qərar qəbul edib.

Ümumilikdə, qurum 13 şirkətin lisenziyasını ləğv edib. Bu şirkətlərin arasında "SOCAR Turkey LNG Satış Anonim Şirketi" də var.

Qeyd edək ki, "SOCAR Turkey LNG Satış Anonim Şirketi" Türkiyənin 6 bölgəsində sıxılmış qazın satışını həyata keçirirdi.

Rusiyada dollar ajiotajı

2015-cilin oktyabrında ölkə ərazisində nağd valyutaya ehtiyacın kəskin artmasını qeydə alıb.

"Dalğa TV" xəbər verir ki, ruslar 1 ay ərzində 1,455 milyard dollar, 1,028 milyar avro satın alıblar. Sentyabr ayı ilə müqayisə bu 17% çoxdur. Ruslar daha 3,111 milyard pulu öz hesablarından çəkiblər.

Keçən il ilə müqayisə 2015-ci ilin oktyabrında valyuta alışı 1,5 dəfə artıb.

Azərbaycan Dövlət Neft Şirkəti xərclərini optimallaşdırır

Dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, qiymətin 40 dollar/bareldən aşağı düşməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

"Dalğa TV" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, SOCAR prezidentinin əmrinə əsasən, bu istiqamətdə növbəti tədbirlər müəyyənləşdirilib.
"SOCAR-ın strukturuna daxil olan qurumların həyata keçirdiyi texnoloji fəaliyyətə xələl gətirmədən onların gəlir və xərclər smetası, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayı və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulan əsas məsələlərdəndir. Şirkətdə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə layihə risklərinin əhəmiyyətlilik dərəcəsinə əsasən ardıcıllığı müəyyən edilmiş risklər siyahısının Layihə Risklərinin xəritəsinin tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması haqqında göstəriş verilib", - deyə məlumatda qeyd olunub.
Əmrdə, həmçinin SOCAR tərəfindən sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyəti, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri əksini tapıb. Neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib. Şirkətin struktur bölmələrinə həmçinin, neft və qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.
Bununla yanaşı, 2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub. Bu sahədə mövcud xərcləri sıfra endirmək məqsədi ilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə eyni zamanda, təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədi ilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.

Saytda Axtarış

Son xəbərlər