Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün670
DünənDünən3053
Bu həftəBu həftə3723
Bu ayBu ay98691
Bu günə qədərBu günə qədər8460322

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ

Mərkəzi Bank qərar qəbul edib.

Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nda öz əksini tapıb.

Yeni qaydalarda göstərilir ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Yeni tələblərə görə, əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks olunmalıdır. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Yeni qaydalarda ən maraqlı məqam odur ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər.

Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınmalı və şöbədə quraşdırılmış lövhədə əks etdirilməlidir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilməlidir.

Bundan başqa, yeni qaydalara əsasən Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Lari dollara nisbətən ucuzlaşdı

Milli Bank larinin rəsmi dəyişmə məzənnəsini təyin etdi.

"Dalğa TV" xəbər verir ki , yeni məzənnəyə əsasən milli valyuta dollara nisbətən cüzi ucuzlaşdı. Bu gündən bir dolların rəsmi dəyəri 2.4155 lari oldu. Milli Bankın təyin etdiyi və dünən qüvvədə olan məzənnə 2.4054 larini təşkil edirdi. Müvafiq olaraq larinin rəsmi dəyişilmə məzənnəsi fərqi 0.0101 larini təşkil etdi.

Gürcüstanın Milli Bankının məlumatına əsasən, milli valyutanın avro ilə nisbəttə məzənnəsi az da olsa artdı. Məhz, bu gündən bir avronu 2.6029 lariyə almaq mümkün olacaq. Dünən qüvvədə olan məzənnə 2.6236 larini təşkil edirdi. Müvafiq olaraq larinin avro ilə dəyişmə məzənnəsi fərqi 0.0207 larini təşkil etdi.

Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb

2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb.

"Dalğa TV" Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur. Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib.

Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur.

Ümumilikdə, siyahıya Ermənistan liderlik edir. Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur.

Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.

Dolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlanıb

Bu gün banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat yayıb.

Bununla, AMB-nin 6 yanvar tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, bu gün dekabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib. AMB-nin dekabrın 30-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 30-u ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5610 manat olub.

Gürcüstanda siqaretlərin qiyməti kəskin bahalaşdı

"Omeqa" vəziyyəti şərh etmir.

Gürcüstanda ilin əvvəlindən "Philip Morris" firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə bahalaşıb, "Dalğa TV" Sputnik-ə istinadən xəbər verir.

"Parlament" siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, "Marlboro" 1,3 dollardan 3,3 dollara, "Checterfild" 0,9 dollardan 2 dollara, "LM" təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.

Tbilisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil. "Omeqa" şirkəti yaranan vəziyyəti şərh etmir.

Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.

Gürcüstan parlamenti Vergi məcəlləsində dekabrın 11-də dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti 0,20 lari qalxıb - 1,10 laridən ibarət olub, filtirsiz siqaretlər isə 0,005 lari bahalaşaraq, qiyməti 0,30 laridən ibarət olub. Cari məzənnə 1 dollar- 2,4 laridir.

Verginin artmasının məqsədi tütünə nəzarətin sərtləşdirilməsi, Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşma və spirtli içkilərə aksiz dərəcələrinin optimallaşdırılmasıdır.

İran Ermənistan vasitəsi ilə Gürcüstana təbii qaz nəql etmək üçün Tiflislə danışıqlar aparır

Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.


"Dalğa TV"nin məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamiliyə istinadən xəbər yayıb.

"Gürcüstanla əldə olunmuş razılığa əsasən biz qazı Ermənistanla sərhədədək çatdırmalıyıq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır. Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır", deyə Kamili bildirib.

Telekanalın məlumatına görə, qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir.

Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.

SOCAR: İran Gürcüstan bazarında Azərbaycana rəqib ola bilməz

ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirir.

"Dalğa TV" xəbər verir ki , bunu "APA-Economics"ə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

M. Məmmədovun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".

Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.

"Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur", - deyə M. Məmmədov əlavə edib.

Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".

Xatırladaq ki, İran KİV-ləri bildirib ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.

İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".

Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.

Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil".

“Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", - deyə bəyanatda deyilir.

Azərbaycan hökuməti antiböhran planı hazırlayır

"Çətinliklər bölüşdürülməldir".

Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır.

"Dalğa TV"nin "Report"a istinadən verdiyi xəbərə görə, bu fikirləri deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxışında deyib.

"Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra "qara bazar"dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər", - deyə deputat bildirib.

Ə.Məsimli həmçinin 50%-lik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır.

"Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya da restrukturizasiya - uyğun variantlar seçilməlidir", - deyə Ə.Məsimli qeyd edib.

"Monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır.

Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək", - deyə millət vəkili əlavə edib.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bank isə bunun üçün iş görməlidir.

Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, hökumət və Mərkəzi Bank bu istiqamətdə tədbirlər planı hazırlayır.

"Yaxın günlərdə əhali bunu müşahidə edəcək", - deyə parlamentin spikeri qeyd edib.

Aydın Əliyev: "Gürcüstandan daxil olan avtomobillərə görə tələb edilən depozit yaxın vaxtlarda ləğv olunacaq"

"Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparılır".


"Dalğa TV"nin  məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

"Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq", - deyə A. Əliyev bildirib.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.

SOCAR: "Qazprom"la rəqabətə hazırıq

"SOCAR Energy Georgia" (ARDNŞ-nın Gürcüstandakı törəmə şirkəti) Gürcüstana kommersiya qazının tədarükündə Rusiyanın "Qazprom" şirkəti ilə rəqabətə hazırdır".

"Dalğa TV"nin Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

"Gürcüstan bazarı o qədər də böyük deyil ki burada xüsusi rəqabətə ehtiyyac olsun. Biz bilirik ki, sosial qazın illik tədarük həcmi maksimum 2,3 - 2,4 milyard kubmetr təşkil edir. Burada qiymətlər də olduqca aşağıdır və onlar dəyişmir. Devalvasiyaya baxmayaraq, qiymətlər dəyişməyib və bizim şirkətdə heç kəs qiymətlərə yenidən baxmağa ehtiyyac duymur. Kommersiya qazının həcmi 900-950 milyon kubmetr təşkil edir. Azad bazar şəraitində rəqabətə hər zaman hazırırq", - deyə M. Məmmədov bildirib.

Gürcüstan hökuməti ilə "Qazprom" arasında danışıqlar barədə məlumat bir neçə ay əvvəl yayılıb. Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze "Qazprom" rəhbərliyi ilə bir neçə görüş keçirib. Ancaq Gürcüstan tərəfi bildirir ki, Azərbaycan qazından imtina etmək məsələsinə baxmır.

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açdı

"İl ərzində şirkətdə əhəmiyyətli dəyişikliklər baş verib".

Bu gün Gürcüstanda fəaliyyət göstərən "SOCAR Georgia Petrolium" şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

"İki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcək. "SOCAR Georgia Petrolium"un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib, məhsulun və xidmətin keyfiyyəti yüksəlib", - deyə şirkətdən deyilib.

Lari dollara nisbətən ucuzlaşdı

Gürcüstan Milli Bankı larinin rəsmi dəyişmə məzənnəsini təyin etdi.

Yeni məzənnəyə əsasən milli valyutanın məzənnəsi dollara nisbətən cüzi ucuzlaşdı. 25 dekabrdan bir dolların rəsmi dəyəri 2.4023 lari olacaq. Milli Bankın təyin etdiyi və bu gün qüvvədə olan məzənnə 2.4107 larini təşkil edirdi. Müvafiq olaraq larin rəsmi dəyişilmə məzənnəsi fərqi 0.0084 larini təşkil etdi.
Gürcüstanın Milli Bankının məlumatına əsasən, milli valyutanın avro ilə nisbəttə məzənnəsi az da olsa artdı. Məhz, sabahdan bir avronu 2.6336 lariyə almaq mümkün olacaq. Dünən qüvvədə olan məzənnə 2.6342 larini təşkil edirdi. Müvafiq olaraq larinin avro ilə dəyişmə məzənnəsi fərqi 0.0006 larini təşkil etdi.

Saytda Axtarış

Son xəbərlər