Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün196
DünənDünən3048
Bu həftəBu həftə6297
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462896

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

SOCAR Gürcüstanın biznes reytinqinin liderlərindən biri olub

Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqi üzrə 16-cı ənənəvi mükafatlandırılma mərasimi keçirilib.


SOCAR-dan verilən məlumata görə, Tbilisi meriyasının, Gürcüstanın iqtisadiyyat, maliyyə, energetika nazirliklərinin və digər hökumət təşkilatlarının dəstəyi, "Georgian Times" media holdinqinin və "Gorbi" ictimai rəy və marketinq tədqiqatları şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas sponsorlarından biri "SOCAR Energy Georgia" şirkəti olub.

Mərasimdə hökumət və işgüzar dairələrin nümayəndələri, yerli və xarici jurnalistlər iştirak ediblər. "SOCAR Energy Georgia" eyni zamanda qaliblər sırasında - reytinq cədvəlinin ilk onluğunda yer alıb. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük işverən, yüksək keyfiyyət standartı, effektiv menecment nominasiyalarında qalib gəlib.

Gürcüstanda fəaliyyət göstərən şirkətlər arasında ilk biznes reytinqi 1995-ci ildə tərtib olunub. Layihənin məqsədi milli biznesin ən uğurlu istiqamətlərini müəyyənləşdirilməsi, biznes, hökumət və ictimaiyyət arasında dialoqun dəstəklənməsi, Gürcüstan biznesinin yeni imicinin formalaşdırılması, perspektiv şirkətlərin üzə çıxarılması, beynəlxalq biznesin diqqətinin Gürcüstana cəlb olunmasıdır. Layihəyə əsasən, Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidməti ölkə büdcəsinə 1 mlrd. lari və daha çox vəsait köçürən şirkətlərin siyahısını "Georgian Times" və "Gorbi"yə təqdim edir.

Ekspertlər, iqtisadi mövzularda yazan jurnalistlər, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri 60 ən uğurlu şirkəti müəyyənləşdirir, onların arasından seçilən 30 şirkətdən biri qalib elan olunur və qran-pri ilə mükafatlandırılır. Digər şirkətlər müxtəlif nominasiyalarda diplomlarla təltif olunurlar. Nüfuzlu münsiflər heyəti şirkətləri istehsalçıların maraqlarının müdafiəsi, ictimai imic, effektiv menecment və marketinq, peşəkar komanda, investisiya cəlbediciliyi, xeyriyyəçilik, yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması, sabitlik, artım və digər meyarlar üzrə qiymətləndirir.

Rövnəq Abdullayev İranda səfərdə olub

SOCAR prezidenti Rövnəq Abdullayev İranda səfərdə olub.

SOCAR-dan APA-ya verilən məlumata görə, R. Abdulalyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.

Tədbirdə İranın neft naziri Bijən Namdar Zəngəne, İran Prezidentinin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra konfransda İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələləri ətrafında çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.

SOCAR prezidenti İrana səfəri çərçivəsində həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

R. Abdullayev şirkətin Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlərdə İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb.

Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi olub.

SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən, əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.

SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın “Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə “Petronas” şirkətinin iştirakçı olduğu “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

2016-cı ildən pensiya 180 lari olacaq

Baş nazir İrakli Garibaşvilinin dediyinə görə 2016-cı nilin iyun ayından pensiya 20 lari artacaq.

Bu gün hökümətin növbəti iclasında baş nazir qeyd etdi ki, gələn ilin budcəsi sosial istiqamətli olacaq və pensiyaların, eləcə də müəllimlərin maaşının artırılmasına yönəldilmiş olacaq.

"Qərar verdik ki, 2016-cı ilin iyun ayından pensiya 180 lari olsun. Hər kəsə xatırlatmaq istəyirəm ki, 2012-ci ildən biz təxminən 64%-lə pensiyaları artırdıq. Bu 600 milyon lariyədək artım deməkdir. 2012-ci ilədək pensiya 110-125 lari idi", - bildirdi İrakli Ğaribaşvili.

Baş nazirin bildirdiyinə əsasən hökumət fəal şəkildə pensiya islahatı üzərində işləyir ki toplam pensiya sisteminin təməli qoyulsun.

Rusiya Türkiyədən ət idxalını dayandırır – Gərginlik pik həddə

Dekabrın 1-dən etibarən Rusiya Türkiyədən ət məhsullarının idxalını dayandıracaq.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Rusiya təyyarəsinin vurulmasından sonra verilib.

Ət məhsulları Türkiyənin Rusiyaya ixrac etdiyi ərzaqlar arasında böyük paya malikdir. Belə ki, təkcə ötən il Rusiyaya 16 milyon dollarlıq toyuq əti ixrac edilib. Bu rəqəmin, 2015-ci ilin sonunda 23,5 milyon dolları olacağı gözlənilirdi. Amma Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması vəziyyəti dəyişib.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti gərginləşdirib. Rusiya sərhədə hərbi gəmi yerləşdirib və Türkiyədəki səfirini geri çağıra biləcəyini qeyd edib.

Azərbaycan Gürcüstandan avtomobil idxalını beşqat azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 57 759,4 min dollar dəyərində 3 225 ədəd minik avtomobili ixrac olunub.


"Dalğa TV"nin Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 678 ədəd avtomobil və ya 4,93 dəfə azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,01 dəfə azalıb.

Qeyd edək ki, bu 10 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,19% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 37,42%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 12,03% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayında Gürcüstandan Azərbaycana 220 546,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 2,15 dəfə azdır.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ümumilikdə Azərbaycanda 24 219 avtomobil gətirilib. Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayı bu rəqəmin 13,31%-nə bərabərdir.

Dövlət işsizlərə pul verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb.

Bu sənəd "Məşğulluq haqqında" qanundan fərqli olaraq, iş yerini itirən, yəni işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən pul köçürənlərə şamil olunacaq.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu məsələyə münasibət bildirib: "Ümumiyyətlə, bu, mütərəqqi addımdır. Kim vaxtında sığortanı ödəyibsə, hesabında müəyyən vəsait varsa, pul həmin şəxsə ödənə bilər. Amma yenə də işsizliyə görə verilən müavinətlərin miqdarı çox azdır. Lakin dövlət başçısı son zamanar bu məsələ ilə bağlı ciddi addımlar atır.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədovun sözlərinə görə, yaxınlarda hökumətə təqdim olunacaq qanun lahiyəsi əslində kölgə iqtisadiyyatının azalmasına xidmət edə bilər: "Amma bir şərtlə, geniş maarifləndirmə işi aparılmalı, insanlara izah edilməlidir ki, iş yeri hər an bağlana bilər, ona görə işə qəbul olunarkən əmək müqaviləsi bağlanmasına nail olsunlar, sosial sığorta haqlarının ödənilməsinə nəzarət edə bilsinlər, paket maaşlara üstünlük verməsinlər".

Nazim Məmmədov bu gün verilən sosial ödənişlərin qənaətbəxş olmadığını da vurğulayıb:"Yaşayış minimumu 2015-ci il üçün 140 manat götürülsə belə, orta hesabla bir ailədən bir nəfərin işlədiyini nəzərə alsaq, orta statistik ailənin sayı 4 nəfər olduğundan yerdə qalan 3 nəfər öz yaşayış minimunu ya ünvanlı sosial yardım almaqla, ya da mövsümü işlərdə işləməklə qarşılaya bilir. Bu, çox ciddi problemdir. Sosial sığortaya cəlb olunmayan ən azı 2 milyon işləyə biləcək potensial var, bu təxminən əmək qabiliyyətli əhalinin 40 faizidir. Sosial sığorta pulundan daha çox qeydiyyata düşən, əmək müqaviləsi ilə işləyən vətəndaşlarımız yararlana biləcək. Bu proqressiv addımdır. Ünvanlı sosial yardım mahiyyət üzrə proqressiv deyil, onu da başqa sosial lahiyyələrlə əvəzləmək lazımdır".

Bu qanun layihəsindən qabaq ölkəmizdə "Məşğulluq haqqında" qanun qəbul olunub. Qanuna əsasən isə işsizlik statusu alan hər bir vtəndaş minimum əmək haqqı miqdarında işsizliyə görə sosial müavinət almalıdır.

Gürcülər “Qazprom” ilə danışıqlara etiraz edirlər

"Azərbaycan qazı ucuz və sabitdir".

"Platforma - azadlığı müdafiə et" təşkilatı qazın "Qazprom"dan deyil, Azərbaycandan alınmasına dair çağırış ilə aksiya keçirib, "Dalğa TV" "Kavkazski uzel"ə istinadən xəbər verir.

Oktyabrın 25-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumət tərəfindən Rusiyadan qaz tədarükü məsələsinin nəzərdən keçirilməsinin təşəbbüskarı olub.

"Gürcüstan hakimiyyəti dekabra qədər "Qazprom" ilə razılaşmanı tərtib etmək istəyir.

Azərbaycan birinci şəxs kimi bizə təbii qazın istənilən həcmini tədarük etməyə hazırdır. Rusiya qazı bahalı və qeyri-sabitdir. Bu, şantaj vasitəsidir. Azərbaycan qazı ucuz və sabitdir", - sabiq baş nazir Bidzina İvanişvilinin biznes-mərkəzi qarşısında keçən aksiyanın təşkilatçıları bəyan ediblər.

Onların fikrincə, bu məsələ iqtisadi deyil, siyasi müstəvidədir.

"Qazprom" ilə müqavilənin imzalanma tarixi məlum deyil. Energetika Nazirliyində imzalanmanın yaxın gələcəkdə baş tutacağı bəyan edilib. Eləcə də qeyd edilib ki, nazir Kaxaber Kaladzenin "Qazprom" ilə danışıqların başa çatmasına dair bəyanatı qüvvədədir.

Yaxın günlərdə Gürcüstanın energetika naziri Kaxaber Kaladze İran qazının tədarükü və Gürcüstan ərazisindən keçərək İrandan təbii qazın nəqlinə dair danışıqlar üçün İrana səfər edəcək.

Xatırladaq ki, oktyabrın 23-də Kaxaber Kaladze müxalifətin Azərbaycan qazının qismən Rusiya qazı ilə əvəzlənməsinə dair bəyanatına cavab olaraq Gürcüstanın bu məsələ üzrə Azərbaycan ilə əməkdaşlığa davam edəcəyini qeyd etmişdi.

SOCAR rəhbəri Türkmənistan prezidenti ilə enerji məsələlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabad şəhərində keçirilən XX Beynəlxalq "Neft və Qaz Türkmənistan-2015" sərgi və konfransında iştirak üçün bu ölkəyə səfər edib.


"Dalğa TV" Türkmənistan hökumətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən yanacaq-energetika sektorunda qarşılıqlı faydalı layihələrin reallaşdırılmasının perspektivləri müzakirə olunub.
Vurğulanıb ki, güclü enerji potensialı olan Azərbyacan və Türkmənistan karbohidrogen ehtiyatlarından istifadə istiqamətində effektiv addımlar atır.
İki qonşu dövlətin bu sahədə səylərinin birləşdirilməsi hazırkı dövrün vacib məsələləri, Avropa və Asiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal davamlı inkişaf üçün şəraitin yaradılması kimi ən aktual problemlərin həlli üçün əlverişli zəmin yaradır.

Azərbaycanda orta aylıq maaş artdı

Son hesabat.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 461,1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən bildirilib ki, əmək haqqı neft sektorunda 2107,0 manat, qeyri-neft sektorunda 421,1 manat təşkil edib.

Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,2 manat, özəl sektorda isə 605,9 manat olub.

Komitədən onu da qeyd ediblər ki, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

“Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb”

Azərbaycan neft ixracını azaltdı

Azərbaycan 2015-ci ilin yanvar-oktyabr aylarında 28 milyon 127 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% azdır.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

"Sayğacların göstəricilərinə əsasən, yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 22 milyon 640 min ton, Bakı-Supsa neft kəməri ilə 3 milyon 549 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 101 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb", - deyə komitədən bildirilib.

Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş 7 milyard 589 milyon 61,01 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 18 milyon 292 min 892 ton təşkil edib.

2015-ci ilin 10 ayı ərzində Azərbaycandan 645 milyon 45,33 min məbləğində 1 milyon 822 min 62,37 ton neft məhsulu ixrac olunub.

Neft Fondunun 2016-cı il üçün gəlirləri açıqlandı

Baş nazirin iştirakı ilə iclas keçirildi.

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 milyard 711 milyon 564,1 min manat, xərclərinin 8 milyard 261 milyon 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 milyon 420 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.

Müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.

Bununla yanaşı iclasda Neft Fondunun mühasibat sisteminin "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların"dan "Maliyyə Hesabatlarının Beynəlxalq Standardları"na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilib.

SOCAR və BP nümayəndələri Yunanıstan hökuməti ilə Cənub Qaz Dəhlizi layihəsini müzakirə ediblər

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və BP şirkətlərinin nümayəndələri Afinada Yunanıstan xarici işlər nazirinin beynəlxalq iqtisadi əlaqələr üzrə müavini Dimitris Mardasla görüşüblər.

"Dalğa TV" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə BP və SOCAR nümayəndələri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin çoxtərəfli müsbət nəticələri, xüsusilə də Avropa hissəsindən keçən Trans-Adriatik boru kəməri (TAP) layihəsindən danışıblar. Qeyd olunub ki, boru kəməri Yunanıstanda yerli icmalar üçün, xüsusilə də yeni iş yerlərinin yaradılması baxımından vacibdir.
Həmçinin, SOCAR nümayəndə heyəti Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA şirkətində pay almaq niyyətini bir daha bəyan edib.
Yunanıstan xarici işlər nazirinin müavini isə qeyd edib ki, Yunanıstan hökuməti xarici sərmayələrin həyata keçirilməsini təşviq edir və fəal şəkildə dəstəkləyir. O, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi vurğulayıb.
Qeyd edək ki, görüşdə Nazirliyin beynəlxalq iqtisadi əlaqələr və inkişaf üzrə baş katibi Georgios Tsipras və Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Musatafayev də iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər