Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün661
DünənDünən3053
Bu həftəBu həftə3714
Bu ayBu ay98682
Bu günə qədərBu günə qədər8460313

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Neftin qiyməti son 12 ildə ilk dəfə 30 dollardan aşağı olub

Brent markalı neft 2004-cü ildən bəri ilk dəfə 30 dollardan aşağı düşüb.

"Dağa TV"nin məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 30,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2% azalaraq 29,99 dollaradək düşüb.

SOCAR Gürcüstana qaz nəqlini artırır

Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq.

"Dalğa TV"nin "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti "SOCAR Enegy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktor bildirib ki, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.

M. Məmmədov bildirib ki, müvafiq məsələlərlə hər iki tərəfin mütəxəssisləri məşğul olacaq.

Kaxa Kaladze: "SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək"

Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlar başa çatıb.

"Dalğa TV"in xəbərinə görə, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək.

"Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır", - deyə K. Kaladze bildirib.

O qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

Qeyd edək ki, bu gün Tbilisidə baş tutan görüş KİV üçün qapalı şəraitdə keçirilib.

Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.

Xatırladaq ki, ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.

Prezident spirtli içkilərin kartla satışını ləğv etdi

Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb.

"Dalğa TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində deyib. O qeyd edib ki, sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib:

"Bu gündən etibarən spirtli içiklərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda post terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsləni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərinin səndələşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədlərin işlərin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədələşmə işlərini başa çatdırsın. Eyni zamanda mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər".

SOCAR rəsmisi Gürcüstanın energetika naziri ilə görüşəcək

Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşəcək.

"Dalğa TV"nin "Georgia Online" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin deputatı Georgi Volskiy məlumat verib.

"Sabah SOCAR rəsmisi Gürcüstana səfər edəcək. Tərəflər qaz tədarükü ilə bağlı detalları müzakirə edəcəklər. Əsasən müzakirə qiymətlərlə bağlı olacaq", - deyə o bildirib.

Yeri gəlmişkən, bu gün energetika naziri K.Kaladze gürcüstanlı mütəxəssislərlə görüşüb və onlara Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlar barədə məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın Energetika Nazirliyi bu məsələ ilə bağlı "Qazprom"la danışıqlar aparmağı məqsədəuyğun sayır.

Neftin qiyməti 30 dollara düşdü – YENİLƏNİB

Hərracların gedişi.

Bu gün Bakı vaxtı ilə saat 10 radələri üçün neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.

"Dalğa TV" Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,74 dollar və ya 2,35% ucuzlaşaraq 30,81 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 12-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar və ya 2,13% azalaraq 30,74 dollar təşkil edib.

SOCAR: Gürcüstanın qazla təchizatında heç bir problem yoxdur

ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" Gürcüstanın Neft və Qaz Korporasiyasının SOCAR-ın bu ölkəni qazla fasiləsiz təmin edə bilməməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov  bildirib ki, qaz təchizatında texniki fasilələrin yaranması normal haldır, lakin son günlər belı bir problem müşahidə olunmayıb: "Biz David Tvalabeişvili ilə mütəmadi əlaqədəyik. Hazırda biz Gürcüstanın qaza olan tələbatını təmin edirik. Bu günlərdə Gürcüstanın qaz təchizatı bağlı heç bir problem yaşanmayıb. Cənab Tvalabeişvilinin nəyi nəzərdə tutduğunu deyə bilmərəm".

Baş direktor deyib ki, bu gün Gürcüstan 3 qaz kəməri vasitəsi ilə mavi yanacaq alır: "Bunlardan birincisi və ən böyük həcmə malik olan (6-6,5 milyard kubmetr) SOCAR-a məxsus qaz kəməridir. İkinci qaz kəməri "Şahdəniz" qaz kəməridir. Bu kəmərlə tələbatdan asılı olaraq 2,7-3 milyard kubmetr qaz nəql etmək mümkündür. Üçüncü qaz kəməri Rusiyadan gələn qaz kəməridir. Hazırda hər 3 qaz kəməri ilə nəql normal qaydada davam edir və öz aralarında ümumi balansını pozmurlar".

Xatırladaq ki, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir.

O qeyd edib ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb: "Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik".

Brent neftinin qiyməti 33 dollardan aşağı düşüb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar azalaraq 32,52 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,64 dollar azalaraq 32,91 dollar olub.

Sabiq səfirlər: "Azərbaycan qazının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq"

Gürcüstanın sabiq səfirlərini özündə birləşdirən "Diplomatlar klubu" bu ölkənin Energetika Nazirliyini Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlar barədə ictimaiyyətə məlumat verməyə çağırıb.

"Dalğa TV"nin xəbərinə görə, bu barədə "İnterfax" agentliyi yazır.

"Diplomatlar klubu"nun bəyanatında deyilir ki, Gürcüstanın qazla təchizatı sıradan bir iqtisadi və ya kommersiya məsələsi deyil, eyni zamanda bu ölkənin suverenliyinə də birbaşa aidiyyatı olan məsələdir.

"Buna görə, biz hesab edirik ki, Gürcüstan hökuməti ilə "Qazprom" şirkətinin rəsmilərinin İsveçrənin Sürix şəhərində baş tutan gizli danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır. Bu, qısa müddət ərzində artıq dördüncü görüşdür (bundan öncə ötən ilin sentyabrında Brüsseldə, oktyabrda Milanda, dekabrda Lüksemburqda)", - deyə bəyanatda bildirilir.

Sabiq səfirlərin əsas narahatlığı sonuncu görüşün gizli xarakter daşımasıdır: "Əgər informasiya sızmasaydı, belə çıxır ki, hökumət bu gizli görüş barədə ümumiyyətlə ictimaiyyətə məlumat verməyəcəkdi".

"Gürcüstan hökumətinin qaz təchizatı mənbələrinin diversifikasiyası barədə ortaya qoyduğu arqumentlər yersizdir, çünki, Azərbaycan yanacağının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq".

Manat dollar və avroya qarşı zəifləməkdə davam edir

Bu gün yanvarın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"Dalğa TV"nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 8-də olduğu kimi 1,5642 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 8-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 11 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,37% və ya 0,0063 manat artaraq 1,7072 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% azalaraq 0,0208 manat səviyyəsində qərarlaşıb.

Azərbaycan prezidenti: “Hökumət pensiya və əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlamalıdır”

"2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır".

"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılması prosesinin sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyev görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub: "2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq".

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: "Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür".

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni "Asan-xidmət" mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.

Azərbaycan nefti ucuzlaşdı

Hərracların yekunu.

Azərbaycan neftinin qiyməti 35 dollara qədər azalıb.

"Dalğa TV"nin məlumatına gö;rə, London birjasında dünən keçirilmiş hərraclarda ";AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,59 dollar və ya 4,25% azalaraq 35,77 dollar təşkil edib.

Saytda Axtarış

Son xəbərlər