Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1453
DünənDünən3053
Bu həftəBu həftə4506
Bu ayBu ay99475
Bu günə qədərBu günə qədər8461105

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

20 və 50 larilik əskinaslar yenidən dövriyyəyə buraxıldı

Gürcüstanın Milli Bankı bu gün yeniləşdirilmiş 20 və 50 larilik əskinasları dövriyəyə buraxdı.

"Dalğa TV" xəbər verir ki, dövriyyəyə buraxılan yeni əskinaslar köhnə əskinaslardan sujet xəttinə görə fərqlənməsə də bir çox yeni müdafiə nişanları və daha kəskin rənglərə malikdir.

Yeniləşdirilmiş 20 və 50 larilik əskinaslar köhnə əskinaslarla birlikdə dövriyyədə olacaq.

Xatırladaq ki, yeniləşdirilmiş 100 larilik əskinas bir müddət sonra dövriyyəyə buraxılacaq.

Proqnoz: ​Neftin qiymətini ciddi artım gözləyir

Dünya neft bazarında qiymətlərin yaxın 3 ayda yüksəlməyə başlayacağı ehtimal edilir.

"Dalğa TV" xəbər verir ki, neftin qiyməti 31 dollar/barelə qədər azaldıqdan sonra artıma başlayacaq və 55 dollar/barelə qədər yüksələcək. İlk mərhələdə qiymətin 39 dollar/barel, daha sonra 45 və 55 dollar/barelə qədər artacağı gözlənilir. Qeyd edək ki, neft qiymətləri artıq İranın dünya bazarına neft ixracını artırması xəbərini yanvar ayında qəbul edib və 27 dollar/barelə qədər enərək öz təsirini göstərib.
Neft qiymətlərinin ABŞ-dakı neft hasilatı göstəricisinə daha həssas olacağı dövr başlayır. ABŞ-da isə neft quyularının sayı getdikcə azalır. Belə ki, keçən həftə quyuların sayı 12 ədəd azalaraq 498-ə düşüb. Qeyd edək ki, neft quyularının sayı 2014-cü ilin oktyabrında 1 609 ədədlə maksimal həddə olub. Hazırda maksimal səviyyədən ümumi azalma 69% və ya 1 111 ədəd təşkil edib. ABŞ-ın neft hasilatı isə gündəlik 9,2 mln. barelə bərabərdir. ABŞ-da maksimal hasilat 2015-ci ilin iyun ayında (9,6 mln. barel/gün) qeydə alınıb. Quyuların sayının azalmasına baxmayaraq, hasilat şirkətləri yeni texnologiyalar hesabına məhsuldarlığı 25-30% artırmağa müvəffəq olub. Hazırda bu texnologiyalardan ən çox tətbiq olunanı "plazma pulse" texnologiyasıdır ki, onun tətbiqi ilə quyuların 25-50% bərpası mümkündür. Bu üsulla həmçinin ənənəvi neft hasilatı metodlarından sonra laylardakı qalıq neftin 90%-i çıxarılır.
Neft sənayesində yeni texnologiyaların inkişaf etməsinə baxmayaraq, neft hər bir dövr üçün qlobal iqtisadiyyatın aparıcı amili olub. Neftin qiymətinin azalması qlobal tələb-təklif disbalansının yaranmasına səbəb olur. Qiymətlərin azalmasının istehlakçı ölkələrə müsbət təsiri olsa da, neft hasil edən ölkələrin gəlirlərinin azalması qlobal miqyasda tələbin azalmasına gətirib çıxarır. Hazırda da dünya iqtisadiyyatı bu problemlə üzləşib. Bir çox inkişaf etmiş ölkə deflyasiya riski ilə qarşılaşıb. Məhz bu səbəbdən neftin qiymətinin 25 dollar/bareldən aşağı düşməsi qlobal iqtisadiyyatın iflic olmasına gətirib çıxara bilər. Qiymətin 50 dollar/barel ətrafinda olması hazırkı qlobal iqtisadi konyunkturda müəyyən canlanma yaradacağı proqnozlaşdırılır.

Gürcüstanın xarici işlər naziri: “”Qazprom”la danışıqlarımız siyasi məsələ deyil”

Gürcüstan İnformasiya Azadlığı İnstitutunun (IDFI) təşkilatçılığı ilə Tiflisdə "Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri" adlı beynəlxalq forum başlayıb.

"Dalğa TV"nin xəbərinə görə, tədbiri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili açaraq hökumətin iqtisadi siyasətinin prioritetləri barədə məlumat verib. Baş nazir çıxışında hökumətin açıq və şəffaf fəaliyyət göstərdiyini qeyd edib. O, son üç ildə Gürcüstanın qanunun aliliyi, insan hüquqları və idarəçilik sisteminin möhkəmləndirilməsi baxımından davamlı irəliləyiş əldə etdiyini bildirib.

Forumda Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Yanoş Herman, Almaniyanın Gürcüstandakı səfiri Bettina Kadenbax, İnformasiya Azadlığı İnstitutunun (IDFI) direktoru Giorgi Kldiaşvili və başqaları çıxış ediblər. Sonra forum diskussiya şəraitində davam edib.

"Gürcüstan Avropa və avroatlantik məkana cəhd edir" adlı paneldə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə fikirlər səsləndirilib. Panel çərçivəsində çıxış edən Gürcüstanın xarici işlər nazir Mixail Canelidze ölkə hökumətinin "Qazprom"la əməkdaşlığı barədə açıqlama verib. O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: "Azərbaycan bizim strateji tərəfdaşımız və Gürcüstana təbii qaz verən başlıca təchizatçımızdır. Biz Azərbaycandan böyük həcmdə qaz alırıq, lakin texniki cəhətdən Azərbaycan Gürcüstanı lazım olan qədər qazla təmin edə bilmir. Məhz bu səbəbdən biz "Qazprom"la danışıqlar aparırıq. Bu danışıqlar siyasi məsələ deyil".

Forum sabah davam edəcək.

Azərbaycan neftinin qiyməti 36 dollara yüksəlib

Azərbaycan nefti 1,50 dollardan artıq bahalaşıb.

"Dalğa TV" xəbər verir ki, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,59 dollar və ya 4,62% artaraq 35,98 dollar təşkil edib.

Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklər üçün gömrük prosedurları sadələşdirilir"

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklər üçün gömrük prosedurları sadələşdirilir.

"Dalğa TV" xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfekçi Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, hər üç ölkənin gömrük orqanlarının rəhbərlərinin iştirakı ilə xüsusi mexanizm yaradılacaq. O əlavə edib ki, bu, yüklərin daha sürətli daşınmasına səbəb olacaq.

Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başlayıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting" (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.

"Azərkosmos" ASC-dən "APA-Economics"ə verilən məlumatda bildirir ki, müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən 2TV ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, 2TV kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55% tərəfindən izlənilən bu kanal vasitəsilə gürcü dilində əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.

"SOCAR Georgia": Səhmlərimizin 49%-nin Saakaşvilinin həyat yoldaşına məxsus olması barədə iddialar ağlasığmazdır

"SOCAR Georgia" şirkətinin səhmlərinin 49%-nin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa məxsus olması barədə iddialar ağlasığmazdır".

"Dalğa TV" xəbər verir ki, bu barədə "APA-Economics"ə "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktorun sözlərinə görə, bu cür bəyanatlar verən şəxslərin yalnız bir məqsədi var özünə diqqət cəlb etmək. "Ağlasığmaz, gülünc bəyanatlarla kimlərsə özünə diqqət cəlb etmək istəyir və buna nail olur. Bu cür açıqlamalar bizdə yalnız gülüş doğurur. "SOCAR Georgia"nın səhmdarları barədə məlumatlar ictimaiyyət üçün açıqdır. Biz fəaliyyətimizdə şəffafıq", - deyə M. Məmmədov qeyd edib.

Qeyd edək ki, "Azad Gürcüstan" partiyasının lideri Kaxa Kukava yerli "Xronika" qəzetinə müsahibəsində bildirib ki, "SOCAR Georgia"nın səhmlərinin 49%-i Gürcüstanın sabiq birinci xanımı Sandra Rulovsa məxsusdur. "Səhmlərin 51%-i SOCAR-a məxsusdur. Xarici biznes nəşrlərlə tanış olsanız, görərsiniz ki, "SOCAR Georgia"nın 49%-i offşor zonada qeydiyyatdan keçən və Sandra Rulovsun sahibi olduğu olan şirkətə məxsusdur. Gürcüstanda hakimiyyət dəyişəndən sonra, yerli mətbuat dəfələrlə yazıb ki, Bidzina İvanişvili SOCAR-ı, o cümlədən Azərbaycan hökumətini bununla şantaj edib və 49%-lik səhm paketini öz yaxın qohumu Uça Mamatsaşvilinin adına qeydiyyata salmağı tələb edib. Lakin sabiq baş nazir rədd cavabı alıb. İndi isə İvanişvili Kaxa Kaladzedən (baş nazirin birinci müavini, energetika naziri - red.) istifadə edərək, Azərbaycana qarşı müharibə aparır və SOCAR-dan öz payını tələb edir. Məlum olur ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqların heç bir siyasi tərəfi yoxdur. Bu, gözdən pərdə asmaqdır", - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, "SOCAR Georgia"nın 51%-i SOCAR-a, 49%-i isə "Petro-Trans" şirkətinə məxsusdur.

SOCAR: Neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir

"Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik."

Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq.

"Dalğa TV" xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun İsveçrənin SRF kanalına müsahibəsində deyib.

"Neftin ən kəskin bahalaşması Ərəb-İsrail müharibəsində və ya İran Respublikası təsis olunanda yox, 1920-ci ildə bolşeviklər Bakıya daxil olanda baş vermişdir, çünki o dövrdə dünya neft hasilatının hissəsi Bakının payına düşürdü. Biz əminik ki, neftin qiyməti yenə qalxacaq", - deyə E. Nəsirov qeyd edib.

Jurnalistin "Neftin qiymətinin aşağı düşməsi sizi narahat edirmi" sualına vitse-prezident bu cür cavab verib:

"Qətiyyən yox".

"Neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək", - deyə E. Nəsirov bildirib.

E. Nəsirov deyib ki, Azərbaycanda neft hasilatının maya dəyəri 25 dollardan aşağıdır:

"Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir".

Kaxa Kaladze: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər"

Gürcüstana İrandan qaz kəməri iki marşrutla çəkilə bilər.

Bunu bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər.

"Hələlik bununla bağlı bizim İranla birbaşa danışıqlarımız yoxdur", - deyə K. Kaladze qeyd edib.

Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana gözlənilən rəsmi səfərini də müsbət qiymətləndirib: "Biz buna çox sevinirik. Bizim mehriban və yaxşı münasibətlərimiz var. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri bir daha təsdiq edir ki, bizim dostluğa əsaslanan, çox yaxşı münasibətlərimiz var".

Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır"

"Gürcüstan hökuməti hələlik Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gələ bilməyib. Yaxın günlərdə "Qazprom" rəsmiləri ilə növbəti görüşümüz baş tutacaq. Düşünürəm ki, biz yekun razılığa gələ biləcəyik".

"Dalğa TV" xəbər verir ki, bunu APA-a  bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, "Qazprom" ilə aparılan danışıqlar və əldə olunacaq nəticə Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcək: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalacaq. Mən hər zaman bunu demişəm. Bizim "Qazprom"la danışıqlarımız həm də SOCAR-ın marağındadır, çünki bizim yanacaq balansımız var. Biz çox həcmdə qazdan istifadə edirik. SOCAR-ın isə texniki problemləri var. SOCAR Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir. Lakin gələcəkdə yatırılan investisiyalar nəticəsində SOCAR bu problemi aradan qaldıracaq".

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı Bakıdan Aktau limanına yola salınıb

Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı Qazaxıstanın Aktau limanına yola salınıb.


Yanvarın 22-də axşam 23:00-da sınaq qatarı "Azərbaycan" bərəsi ilə Aktau limanına yola düşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt terminalından Qazaxıstanın Aktau limanına yola salınan bərənin 24 saat ərzində mənzil başına çatacağı gözlənilir. 10 vaqon və 20 40 futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də, Azərbaycana isə yanvarın 22-i axşam çatıb.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Cavid Qurbanov və Binalı Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə edib

Azərbaycan, Gürcustan və Turkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüş keçirəcəklər


Bu gün Türkiyədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

C. Qurbanov bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcəkdir. B. Yıldırım isə deyib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80% -i görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Saytda Axtarış

Son xəbərlər