Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2524
DünənDünən2998
Bu həftəBu həftə2524
Bu ayBu ay97492
Bu günə qədərBu günə qədər8459123

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

BP VƏ SOCAR Anlaşma Memorandumu imzaladı

D230 bloku dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalayıb.

Bu barədə “BP-Azerbaijan” şirkətindən Oxu.Az-a bildirilib.

Şirkətdən verilən məlumata görə, Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar barədə müstəsna hüquq verir.

Məlumata görə, Anlaşma Memorandumu Bakıda Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

Qeyd edək ki, D230 bloku suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

SOCAR Gürcüstandakı neft terminalının gücünü artırır

SOCAR Gürcüstandakı Kulevi neft terminalının gücünü 320 mindən 380 min kubmetrə qədər artıracaq.

Bunu Azərbaycan media vasitələrinə SOCAR-dakı mənbə deyib. Mənbə Kulevi neft terminalının gücünü artırılması Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) istehsal gücünün 6 milyondan 7,5 milyon tona qədər artırılması ilə əlaqələndirib. ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir.

Azərbaycana gələn ərəb turistlərin sayı kəskin artıb

Bir sıra ölkə vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirilməsi təklif olunur.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Belə ki, təkcə cari ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a bildirilib.

Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16,1% artım baş verib.

Bununla yanaşı qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.

Bununla yanaşı xatırladırıq ki, cari ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.

Dollar 1,50 manatdan aşağı düşdü

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının mayın 20-nə rəsmi məzənnəsini 1,4986 AZN/USD səviyyəsində təsdiq edəcəyi gözlənilir.

Bu, mayın 19-na nisbətən məzənnənin 0,2% azalması deməkdir.

Xatırladaq ki, bu gün keçirilən valyuta hərracında satışa çıxarılan 50 mln. dolların 96,8%-i (48,4 mln. dollar) satılıb.
Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,5017 AZN/USD təşkil edir.

Nazir: "Gürcüstan Azərbaycan iş adamlarına investisiya yatırmaq üçün hər cür şərait yaradır"

"Gürcüstan Azərbaycan və Gürcüstan sahibkarlarının qarşılıqlı əməkdaşlığı məqsədilə şərait yaradılması üçün mümkün olan hər şeyi edir".

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya Bakıda keçirilən "CaspianAgro-2016" beynəlxalq sərgisinin açılış mərasimində bidirib.
"Azərbaycanla məhsuldar əməkdaşlığa görə şadıq. Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizim çoxlu ortaq nöqtəmiz var. Əməkdaşlığımızın əsas istiqaməti aqrar-sənaye kompleksidir", - deyə O.Daneliya vurğulayıb.
Onun sözlərinə görə, iqtisadiyyatın kənd təsərrüfatı sahəsinə ölkə əhalisinin yarıdan çoxu cəlb edildiyindən, Gürcüstanın bu sektorda bilik və təcrübə ehtiyatına malik olduğunu söyləmək mümkündür: "Əlbəttə, kənd təsərrüfatı sektoru bizim üçün prioritetdir və biz ölkədə hissolunacaq tərəqqi görürük".
Nazir Gürcüstanın Azərbaycan iş adamları da daxil olmaqla, xaricdən investisiya yatırılması üçün hər cür şərait yaratdığını bildirib: "Gürcüstan iqtisadiyyatına birgə və fərdi investisiya edəcək Azərbaycan iş adamlarını alqışlayacağıq. Biz qarşılıqlı əməkdaşlıq məqsədilə şərait yaradılması mümkün olan hər şeyi edirik".

Mahir Məmmədov: "SOCAR-ın Gürcüstanda neft emalı zavodu inşa etməyi planlaşdırmağı həqiqətə uyğun deyil"

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda neft emalı zavodu inşa etməyi planlaşdırması ilə bağlı KİV-də yayılan məlumat həqiqəti əks etdirmir".


Bunu "Report"a "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.
Qeyd edək ki, Gürcüstan KİV-ləri SOCAR-ın Gürcüstanda neft emalı zavodu inşa etmək niyyətində olduğu və bununla bağlı Gürcüstan hökuməti ilə razılıq əldə olunduğunu yazıb.

Tbilisidə MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin görüşü keçirilir

Mayın 18-dəTbilisidə MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı rəhbərlərinin görüşü keçirilib.


"Dalğa TV" xəbər verir ki, MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası çərçivəsində keçirilən görüşdə, struktur rəhbərləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin iclasında vahid pəncərə sisteminin və rəqabət qabiliyyətli vahid tarif sisteminin tətbiqinə dair qəbul olunan qərarları bir daha nəzərdən keçirib, şuranın iclasında baxılacaq məsələləri müzakirə ediblər.
***
İclasda qurumun 63-cü iclasının qərarlarının icrası, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, bu dövrlər üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti, 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları təsdiq edilib.
Açılış mərasimində çıxış edən Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb, ölkəsinin dəmir yolu ilə daşımaların həcminin artmasında maraqlı olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan və Azərbaycanın birgə təşkil etdikləri dəhliz beynəlxalq yükdaşımalarının həcminin artması üçün geniş imkanlar açır. K.Kaladze İpək Yolu layihəsinin əhəmiyyətini xüsusi qeyd edib və bildirib ki, yük daşımaları sahəsində vahid pəncərə sisteminin və vahid tarif sisteminin tətbiqi beynəlxalq daşımaların həcminin artmasında xüsusi rol oynayacaq.
Sonra çıxışlar olub, nümayəndə heyətlərinin rəhbərləri gündəlikdə duran məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
İclasda 2016-cı il üçün yük vaqonlarının siyahıyaalınmasına hazırlıq, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti müzakirə olunub.
İki gün davam edəcək iclasda MDB Dövlətləri Hökumət Başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qəbul edilmiş MDB ölkələri dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası barədə qərarının 2015-ci il üzrə yerinə yetirilməsi, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetasının, Dəmir yolu administrasiyalarının İnformasiya-Hesablama Mərkəzinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi Smetasının yerinə yetirilməsi və bu smetanın icrası üzrə yoxlamaların yekunları da əsas müzakirə mövzusu olacaq.
Bundan başqa, Şuranın fəxri fərmanları ilə təltif edilmə haqqında, Şuranın 65-ci iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında məsələlərə də baxılacaq.
Şuranın iclası çərçivəsində kadr və gənclər siyasəti üzrə "dəyirmi masa" və dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə ümumilikdə 18 nəfər iştirak edir. Azərbaycanı bu tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. C.Qurbanov iclasda aparılan müzakirələr zamanı bəzi məsələlərə münasibət bildirib, təkliflər verib.
C.Qurbanov jurnalistlərə müsahibəsində deyib ki, MDB Dəmir Yolu Nəqliyyatı Şurasının iclası 6 aydan bir keçirilir: "Bu cür iclaslarda dəmiryolçular arasında əlaqələrin inkişafı, yükdaşıma, tariflərin tənzimlənməsi, ödənişlərin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olur. Bu iclasda biz beynəlxalq yükdaşımalarının həcminin artırılması, vahid pəncərə və vahid tarif sisteminin tətbiqi barədə məsələləri bir daha nəzərdən keçirdik. Düşünürəm ki, qəbul etdiyimiz qərarlar, tətbiq olunan yeniliklər ölkələr arasında əlaqələrin inkişafı ilə yanaşı, sosial-iqtisadi inkişafımıza da geniş imkanlar yaradacaq. Bu yeniliklər bizim üçün sahibkarlığın inkişafında da mühüm rol oynayacaq”.
"Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru Mamuka Baxtadze isə bildirib ki, bu iclas dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə daşınmaların həcminin artırılmasında açar rolunu oynayacaq: "Bu gün Gürcüstan və Azərbaycan regionda yeganə dəhliz təşkil edib. Bu iclasda biz bir sıra mühüm qərarlar qəbul edəcək, sənədlər imzalayacağıq. Bu sənədlər iqtisadi inkişafımıza, xalqlarımızın rifah halının yaxşılaşmasına və əlaqələrimizin hərtərəfli inkişafına xidmət edəcək".

Brent markalı neftin qiyməti 49 dollara yaxınlaşır

Hərracların yekunu.

Hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 48,48 dollar olub.

"Dalğa TV" Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 46,87 dollar təşkil edib.

Qeyd edək ki, çənbə gü;nü; keçrilən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti mü;vafiq olaraq 47,84 və 46,21 dollar təşkil etmişdi.

Analitiklər yaxın günlərdə neftin 30 dollaradək ucuzlaşacağını proqnozlaşdırır

İri neft istehsalçılarının Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi "qara qızıl"ı kəskin ucuzlaşdıra bilər.

"Dalğa TV" "MarketWatch" nəşrinə istinadən xəbər verir ki, bəzi analitiklər hətta neftin 1 barrelinin dəyərinin 30 dollaradək ucuzlaşmasını gözləyir.

Məsələn, "Natixis"in analitiki Abişek Deşpand hesab edir ki, Doha görüşündən hasil olunan nəticə "olduqca neqativ hadisədir". "Yaxın günlərdə neft 30 dollaradək ucuzlaşacaq", - deyə A. Deşpand bildirib.

UBS-in ekspertləri də onunla razıdır: "Bazardakı 1-1,5 mln. barreldən artıq təklifi OPEC-ə üzv olmayan ölkələr aşağı salmalıdır".

"IG Plc"-nin analitiki Anqus Nikolson isə deyir ki, neftin qiyməti hətta 38 dollardan aşağı düşsə, birjalar çökə bilər.

Maraqlıdır ki, "Saxo Bank"ın baş təhlilçisi Ole Hansen hesab edir ki, II rübdə Brent markalı neftin 1 barrelinin qiyməti 35-45 dollar dəhlizində dəyişəcək.

Bu arada "Goldman Sachs"ın analitikləri hesab edir ki, "Doha faktoru" birjalara neqativ təsir etsə də, qəfildən Küveytin hasilatı azaltması birjalara müsbət siqnal verə bilər. Neftçilərin irimiqyaslı etiraz aksiyası Küveytdə hasilatın 60%, yəni mart ayındakı sutkalıq 2,81 mln. barreldən 1,1 mln. barrelədək azalmasına səbəb olub.

Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”

"Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir, Moskva Tbilisinin ikinci ən mühüm ticarət tərəfdaşıdır".

"Dalga TV"nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.

"Rusiya hazırda Gürcüstanın ikinci ən mühüm ticarət tərəfdaşıdır. Gürcüstan məhsullarının idxalçıları nəzərə alınsa, biz bu sahədə 5-ci sırada dururuq. Fikrimcə, bu, çox yaxşı göstəricidir. Bütün bunlara 2 il yarım əvvəl Moskva və Tbilisi tərəfindən atılan qarşılıqlı addımlar sayəsində nail olunub", - deyə Rusiya xarici işlər naziri qeyd edib.

Dolların məzənnəsi 1,50 manata düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi aprelin 4-də 1,5094 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dollar bu gün 1,5238 manata bərabər olub.

İran öz neftini Azərbaycana qazına dəyişməyə hazırdır

"İran Azərbaycana neft satıb, əvəzində təbii qaz ala bilər".

"Dalğa TV" xəbər verir ki, bu barədə İranın Neft Nazirliyinin Xəzər neft və qaz işləri üzrə sabiq icraçı direktoru Mahmud Kaqani bildirib.

Onun sözlərinə görə, İran enerji daşıyıcılarının mübadiləsində maraqlıdır: "Mübadilənin qonşu ölkələrlə olması çox vacibdir. İran Azərbaycana neft satıb, əvəzində təbii qaz ala bilər. İranın Enerji Nazirliyi Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanla enerji mübadiləsi həyata keçirmək mövzusunda ciddi görüşlər həyata keçirir. İran enerji təhlükəsizliyi üçün enerji mübadiləsinə hazırdır. Enerji iqtisadi inkişafın və dayanıqlılığın lokomotividir", - deyə M. Kaqani qeyd edib.

Saytda Axtarış

Son xəbərlər