Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2524
DünənDünən2998
Bu həftəBu həftə2524
Bu ayBu ay97492
Bu günə qədərBu günə qədər8459123

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim edilib

SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub.

SOCAR-ın mətbuat xidmətindən Dalga tv-yə bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr - Neftçilər günü ərəfəsində imzaladığı sərəncamlara əsasən, təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim edilib.

Əvvəlcə tədbir iştirakçıları ötən ilin sonlarında baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçi əməyinə həmişə yüksək dəyər verən, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə çoxminli Azərbaycan neftçiləri adından dərin minnətdarlığını bildirib.

R.Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qalibiyyətli enerji strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib, qlobal əhəmiyyətli “Şahdəniz-2”, “Cənub Qaz Dəhlizi” layihələri üzrə irəliləyişlərdən danışıb. O, SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən, neft və qaz əməliyyatlarından bəhs edib, Azərbaycan neftçilərinin bundan sonra da qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirib. Hazırda icra olunan investisiya layihələrinin yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyini vurğulayan SOCAR-ın prezidenti, şirkətin ekoloji layihələrindən söz açıb, neftçiləri Novruz bayramı münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları oxunub, “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim edilib.

Təltif olunanlar layiq görüldükləri dövlət mükafatlarını bütün Azərbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını qeyd ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qarşıda duran vəzifələrdən danışıb, tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin yeni vəzifəyə təyin olunduğunu bildirərək, səmərəli əməkdaşlıq üçün ona təşəkkür edib, bu vəzifəyə təyinat almış Qəri Counzu tədbir iştirakçılarına təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan neftçilərinin şərəfli ənənələrinə sadiq qalaraq 2017-ci ilin əvvəlindən müsbət göstəricilər qazandıqlarını nəzərə çatdıran R.Abdullayev onları bir daha Novruz bayramı münasibətilə təbrik edib.

SOCAR Georgia Gürcüstanda daha 19 məscidi mavi yanacaqla təmin edəcək

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) ilə “SOCAR Georgia” şirkəti Gürcüstandakı daha 19 məscidin pulsuz olaraq təbii qazla təmin olunması barədə razılığa gəliblər.

GMİ-nin sədri Ramin İgidov deyib ki, “SOCAR Georgia” 2016-cı ilin sonunadək Gürcüstanda digər dinlərə məxsus məbədlərlə yanaşı 20 məscidi də təmənnasız olaraq təbii qazla təmin edib. Bu ildən etibarən isə həmin siyahıya daha 19 məscid əlavə olunacaq. Bununla da Gürcüstanda “mavi yanacaqla” təmənnasız təmin olunan məscidlərin sayın 39-da çatacaq.

R.İgidov bu xeyirxah addımına görə, GM adından Azərbaycan dövlətinə, SOCAR-a və şirkətin Gürcüstan nümayəndəliyinə minnətdarlığını bildirib.

"Fitch": SOCAR bu il neft hasilatını 4,7% artıracaq

"2017-ci ildə SOCAR-ın kreditləşmə səviyyəsi artacaq. 2017-2018-ci illərdə "Cənub Qaz Dəhlizi" QSC tərəfindən həyata keçirilən layihələr üçün artan xərclər SOCAR-ın öz ehtiyatları və dövlətin 500 mln. manatlıq maliyyə yardımı hesabına maliyyələşdiriləcək". "APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında təşkilatın təbii ehtiyatlar və məhsullar üzrə direktoru Maksim Edelson deyib.

"Əgər SOCAR-ın maliyyə vəziyyəti təzyiqlə üzləşərsə, o zaman biz SOCAR və dövlət arasında əlaqələri yenidən qiymətləndirməli olacağıq. Dövlət proqnozlaşdırılan 500 mln. manatdan çox kapital dəstəyi göstərsə, SOCAR-ın leverec səviyyəsi azala bilər", - deyə o bildirib.

Azərbaycan prezidenti “Total” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

APA-nın xəbərinə görə, P. Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

SOCAR yeddi neft tankeri alıb

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.


SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".


Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.
 

A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.

Baş direktor: "Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır" Böyüt

"Biz TANAP-ı heç zaman başqa qaz layihələrinə, xüsusilə də Rusiyanın qaz layihələrinə alternativ və ya rəqib olaraq görmədik". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

"Hətta Cənub Qaz Dəhlizini də bu cür layihələrə alternativ və ya rəqib olaraq görmürük. Cənub Qaz Dəhlizi tamamlayıcı layihə rolunu oynayır. "Nabucco" layihəsinin fiaskoya uğraması nəticəsində TANAP və TAP layihələri ortaya çıxdı. Cənub-Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə uzun müddətdir qaz mənbələrini diversifikasiya edə bilmirlər və bu səbəbdən bəzi problemlərlə üzləşirlər. Xüsusilə, əsas qaz tədarükçüsü olan Rusiyanın tranzit ölkələrlə yaşadığı problemlər səbəbindən bəzi ölkələrin qaz təchizatı ciddi təhdidlərlə üz-üzə qalır. Bu baxımdan TANAP sanki bir tamamlayıcı layihə rolunu oynayacaq və burada rəqabətdən söz gedə bilməz. Bu kəmər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr qaz nəql olunacaq ki, bu da TANAP-ın ciddi əhəmiyyətindən xəbər verir. Bundan başqa, Avropaya nəql olunan Rusiya qazı ilə TANAP-ın ötürücülük qabiliyyəti müqayisəolunmazdır", - deyə S.Düzyol qeyd edib.

Baş direktorun sözlərinə görə, Cənub Qaz Dəhlizi və onun komponentlərinin arxasında Qərb dayanır: "Bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşü keçirildi. Tədbir iştirakçılarının siyahısında baxanda məlum olur ki, bu layihəyə olduqca böyük maraq var. Cənub Qaz Dəhlizi və onun komponentləri olan layihələrin arxasında Qərb dünyası dayanır. Belə olduğu halda layihənin uğurla başa çatdırılması şansları xeyli artır. Təbii ki, bütün layihələr kimi, bu layihə də siyasi risklərdən sığortalanmayıb. Diqqət edin, bu layihənin hüquqi təməlini təşkil edən anlaşmalar imzalanan zaman bir çox ölkələrin rəhbərləri, baş nazirləri, nazirləri ya imza atdı, ya şahid qismində çıxış etdi, ya da tam dəstəyini ifadə etdi. Çünki bu layihələr hər bir iştirakçı ölkənin siyasətinə və iqtisadiyyatına xeyir verəcək. Başqa sözlə, bu layihələrdən hər kəs qazanacaq. İnanıram ki, dünyanın siyasi gündəmində baş verən ciddi proseslər bu layihələr üçün risk yaratmayacaq. Hətta "soyuq müharibə" dövründə  Rusiya Qərbin qaz təchizatında problem yaratmadı və bunu unutmaq olmaz".

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərini artırıb

Bu ilin fevral ayında SOCAR tərəfindən dövlət büdcəsinə 134 mln. 471 min manat vəsait ödənilib.

APA-Economics”in SOCAR-ın açıqladığı rəqəmlərə istinadən verdiyi məlumata görə, bu göstərici 2016-cı ilin fevral ayı ilə müqayisədə 36 mln. 271 min manat və ya 36,93% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında büdcəyə 262 mln. 658 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 mln. 776 min manat və ya 21,66% çox olub.

Bundan əlavə, bu ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 656 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mln. 734 min manat və ya 15,87% çox olub.

Bu ilin yanvar-fevral aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 25 mln. 163 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 4 mln. 113 min manat və ya 19,54% çox olub.

SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 87,912  mln. lirə olan payını satıb.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,44 lirə, səhmlərin sayı isə 19,8 mln. ədəddir.

"Bununla da "SOCAR Türkiye Enerji"nin birbaşa və dolayı payını 52,32%-dən 51%-dək azalıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin ümumilikdə "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 1,32%-dən 0%-ə düşüb", - deyə şirkətin açıqlamasında deyilir.

SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib

Ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. "Azneft"dən "APA-Economics"ə verilən məlumata görə, qəza nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hadisə baş verən andan etibarən müvafiq orqanlar tərəfindən axtarış-xilasetmə işlərinə cəlb edilib.


Həmçinin, Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd XidmətiDövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Eyni zamanda, itkin düşən neftçilərə operativ məlumat vermək məqsədilə N.Nərimanov adına NQÇİ-də qərargah yaradılıb. Qərargah yarandığı andan "Azneft"in nümayəndələri və rəhbərliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvləri və yaxınları qəbul edilib, baş vermiş qəza zamanı itkin düşənlərin axtarışı ilə əlaqədar görülən tədbirlər haqqında onlara mütəmadi olaraq  məlumatlar verilib. İtkin düşmüş neftçilərin ailələri ilə əlaqə saxlanılması məqsədi ilə telefon nömrələri qərargahda qeydə alınıb. Qərargah üzvləri itkin düşmüş hər bir neftçinin ailəsinə baş çəkmiş, onlara, aparılan axtarışlar haqqında məlumatlar verilib, sosial məişət şəraitləri və problemləri ilə maraqlanıblar.

Bütün bunlarla yanaşı, qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib. Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1000 manat ümumilikdə, 2000 (iki min) manat maddi yardım göstərilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə 3000 min manat maddi yardım göstərilib.

Bundan başqa, SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən hər bir ailəyə 5000 manat maddi yardım göstərilib. Bundan əlavə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.

17.01.2017-ci il tarixli sərəncama əsasən, itkin düşmüş neftçilərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.

“Azneft”in N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib:

-        itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmir Bank” ASC-yə 7000 (yeddi min) manat, “Unibank” Kommersiya Bankına 3 063,00 ABŞ dolları ödənilib.

- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun - “Unibank”a 258 manat, “Bank of Baku”ya 173 manat;

- itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Zülfüqarova Çimnaz Qaraş qızına 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” Mənzil Tikinti Kooperativindən Sumqayıt şəhəri, S. Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kv.m. sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” Mənzil Tikinti Kooperativinə 38 800 (otuz səkkiz min səkkiz yüz) manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.

Əlavə olaraq, cəsədləri tapılmış itkin düşən neftçilərin dəfn mərasiminin təşkili məsələləri “Azneft” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş və bir sıra maddi yardımlar göstərilib.

27.12.2016-cı il tarixində Qafarov İlham Əlhüseyin oğlunun həyat yoldaşı Qafarova Rəsmiyyə N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət etmiş və ona DFGK tərəfindən 31.12.2016-cı il tarixli  protokolla bir dəfəlik 2100 manat məbləğində yardım göstərilib.

SOCAR 17.01.2017-ci il tarixli sərəncamına əsasən vəfat etmiş Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Neftçi” MTK-dan ayrılmış mənzilə görə, H.Hacıəliyev “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 11.01.2017-ci il tarixinə olan 31 min 939,33 manat məbləğində qalıq borcu “Azneft” İB tərəfindən “Xalq Bank” ASC-yə ödənilməsi təmin edilib.

SOCAR 20.02.2017-ci il tarixli sərəncamına əsasən Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Unibank”a 434 manat, ”Bank of Baku”ya 5630 manat, “Bank of Baku” (“Bolkart”) 1060 manat, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Qaradağ filialına 9998 manat məbləğində  kredit borcları ödənilib.

10.02.2017-ci il tarixində Hacıəliyev Həsənağa Hüseynağa oğlunun həyat yoldaşı Hacıəliyeva Zenfira Qırxlar qızı  N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28.02.2017-ci il tarixli  protokolla bir dəfəlik 2320 manat məbləğində yardım olunub.

Cəsədləri tapılan dörd neftçinin hamısının dəfn mərasimlərində “Azneft” İB-nin və N.Nərimanov adına NQÇİ-nin kollektivi iştirak edib.

Nazir Bakı-Tbilisi-Qars layihəsinin istismara veriləcəyi vaxtı açıqlayıb

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində inşaat işlərinin nə zaman başa çatacağını açıqlayıb. "APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, inşaat işləri 2 ay sonra başa çatacaq.


Onun sözlərinə görə, bundan sonra iki ay ərzində test yürüşləri həyata keçiriləcək. "İyun ayından artıq Bakı-Tbilisi-Qars dəmir yolunda dizel lokomotivləri işə salınacaq", - deyə nazir qeyd edib.

SOCAR-ın almaq istədiyi “Petrol Ofisi” Hollandiya şirkətinə satılacaq

Avstriyanın OMV konserni Türkiyədəki törəməsi olan “Petrol Osifi AŞ”-ni Hollandiyanın “Vitol Group” şirkətinə satacağını açıqlayıb. “APA-Economics” OMV-nin açıqlamasına istinadən xəbər verir ki, əqdin dəyəri 1 mlrd. 368 mln. avro təşkil edəcək.
 
 
 “OMV “Petrol Ofisi”nin səhmlərin 100%-ni “Vitol Group”a satacağını bəyan edir. Alqı-satqı proseduru bu ilin üçüncü rübündə başa çatdırılacaq”, - deyə şirkətin bəyanatında qeyd edilib.
 
 
Bundan öncə konsern rəsmiləri bəyan edib ki, “Saudi Aramco”, SOCAR və “Vitol Group” “Petrol Ofisi”nə sahiblənməyə daha yaxın şirkətlərdir. “Bloomberg” agentliyinin yazdığına görə, “Saudi Aramco” rəqiblərindən bir addım öndə idi. Belə ki, Səudiyyə Ərəbistanı nəhəngi “Petrol Ofisi”üçün 1,6 mlrd. dollarından keçməyə hazır olub.
 
 
"Reuters" agentliyinin mənbələri isə qeyd edib ki, SOCAR da OMV-yə öz təkliflərini göndərib.
 
 
Bundan öncə "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR "Petrol Ofisi"nin alışından imtina edə bilər. Bununla yanaşı, Z. Qəhrəmanov "Petrol Ofisi"nin SOCAR üçün ən uyğun variant olduğunu da dilə gətirib: "Təbii ki, dəyərləndirmələrimiz davam edir. "Petrol Ofisi"nin alışını baş tutmazsa, şirkətin "B" və "C" planı da var. Başqa şirkətlərin satın alınması və sıfırdan bir şirkətin qurulması baş tuta bilər".
 
 
SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.
 
 
"Petrol Ofisi"nin Türkiyə ərazisində 1000-ə yaxın YDM-i var. Son statistikaya əsasən, şirkət bazarın 22,7%-nə nəzarət edir.

SOCAR qazma işlərini 10%-dən çox artırıb

Bu ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7 438 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 394 metr və ya 5,59% çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə 18 584 metr qazma işi həyata keçirilib. Bu, 2016-cı ilin 2 ayı ilə müqayisədə 1 731 metr və ya 10,27% çoxdur. Qeyd edək ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Bu ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Saytda Axtarış

Son xəbərlər