Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2523
DünənDünən2998
Bu həftəBu həftə2523
Bu ayBu ay97491
Bu günə qədərBu günə qədər8459122

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Konsul: "Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir"

"Türkiyə iş adamları Gürcüstanda 4 beşulduzlu mehmanxana, 5 zavod və xəstəxana tikiblər".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin Batumidəki baş konsulu Yasin Temizkan "Anadolu" agentliyinə bildirib. Baş konsulun sözlərinə görə, Acarıstanda 400 türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 20 min nəfər yerli əhali çalışır.

Y. Təmizkan qeyd edib ki, türk iş adamları nəinki Gürcüstan paytaxtına investisiya yatırır, eyni zamanda ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirirlər.

Diplomat Türkiyə-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib.

Baş konsul Y. Təmizkan Türkiyənin Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu deyib.

Benzin bahalaşdı - YENİLƏNİB

Azərbaycana xaricdən idxal olunan AI-95 Premium markalı benzinin qiymətində artım baş verib.


Artıq bəzi yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.
"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1.05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.
Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə hələ ki şamil edilməyib. "AI-92" markalı benzinqiyməti 70 qəpiyə qalmaqdadır. Onun qiymətini Tarif Şurası tənzimləyir.
"AI-95 Premium" markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Manat lariyə nisbətən 3,5% bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 12-si ilə müqayisədə 0,7% möhkəmlənərək 1,7867 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8970 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 1,35% möhkəmlənərək 0,0301 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 3,67% möhkəmlənərək 0,4742 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,38%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 3,47% zəifləyərək 0,6257 manat olub

Kaladze: "Gürcüstan "Qazprom"dan maraqlı təklif alıb"

Rusiyanın "Qazprom" şirkəti ötən Belarusun paytaxtı Minskdə keçirilən görüşdə Gürcüstan hökumətinə Ermənistana qaz nəqli ilə bağlı son təklifini verib. "APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Rusiya tərəfi maraqlı təklif irəli sürüb. Bu, sonuncu təklifdir. Əsas danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. Məsələ hökumətin iclasında müzakirə olunduqdan sonra detallar barədə danışmaq olar", - deyə K. Kaladze bildirib.

Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır.


Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsidir. Gürcüstan 2007-ci ildən bu yana Rusiya qazı almır. Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır. Azərbaycan tərəfi isə 2016-cı ilin martından etibarən Gürcüstana nəql olunacaq qaz həcmlərini artırmağa razılıq verib.

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.
Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.

Milli Turizm Agentliyinin rəhbəri: “2016-cı ildə Gürcüstana ən çox turist Azərbaycandan gəlib”

Keçən il Gürcüstana 6 350 825 xarici turistlər gəlib, bu isə 2015-ci ildəki göstəricidən 7,6 % çoxdur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze bu gün 2016 ildə ölkəyə gələn turistlərlə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur.

G. Çoqovadze açıqlamasında ötən il Gürcüstana gələn turistlərin sayının çox olduğunu və birinci yerdə Azərbaycanın qərar tutduğunu bildirib. O, ötən il Ermənistandan Gürcüstana 1 496 246, Türkiyədən 1 254 089, Rusiyadan 1 037 564 və Ukraynadan 172 631 nəfər turist səfər etdiyini bildirib..

Milli Turizm Agentliyinin rəhbəri 2016-cı ildə ilk dəfə olaraq Rusiyadan gələn turistlərin sayının 1 milyonu ötdüyünü bildirib. O, Avropa Birliyi ölkələrindən gələn turistlərin sayının da artdığını qeyd edib. G. Çoqovadze 2016-cı ilin yanvar-dekabr aylarında Latviya, Litva, Çexiya, Bolqarıstan və Almaniyadan gələn turistlərin sayının artdığını qeyd edib. O, xüsusilə, İran, Hindistan, Səudiyyə Ərəbistanı, Filippin, Oman və Çin ölkələrindən gələn turistlərin sayının 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə fərqli şəkildə artdığını vurğulayıb.

G. Çoqovadze Gürcüstanda turizm sahəsindən gələn gəlirlərin də artdığını bildirib. O, hökumətin təqribi hesablamalarına görə, Gürcüstanın 2016-cı ildə turizm sahəsindən 2 milyard dollardan çox gəlir əldə etdiyini vurğulayıb.

Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verib

Gürcüstanın Batumi şəhərində reallaşdırılan "Trump Tower" layihəsinin icrası dayandırılıb. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Trump Organization" və Gürcüstanın investisiya şirkəti olan "Silk Road Group"un birgə bəyanatında deyilir.

47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.

Bundan öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın opponentləri dəfələrlə bəyan ediblər ki, xarici ölkələrdə biznes maraqları ölkə başçısının xarici siyasətinə təsir edəcək. "Bloomberg" isə qeyd edir ki, Gürcüstandakı biznes layihəsinə xitam verməklə D. Tramp bütün iddialara cavab verib.

"Bloomberg" onu da xatırladır ki, ötən ay "Trump Organization" Azərbaycan və Braziliyadakı layihələrinin icrasına xitam verib.

Manat lirə və lariyə qarşı 1%-dən çox bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4967 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,4%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% zəifləyərək 0,6564 manat olub.

Kaxa Kaladze: “Şahdəniz-2” Gürcüstan üçün əhəmiyyətli layihədir”

“Biz Azərbaycanla keçən il Gürcüstana təbii qazın verilməsi  ilə bağlı müqavilə imzalamışıq. Müqavilədə Gürcüstana verilən təbii qazın çatışmayan əlavə hissəsinin “Şahdəniz 2” layihəsi vasitəsi ilə ötürüləcəyini də qeyd etmişik. “Şahdəniz 2” layihəsi Gürcüstan üçün əhəmiyyətli layihədir”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir Gürcüstanda qaz anbarının tikintisi barədə də jurnalistlərə məlumat verib: “Anbarın tikintisi 2017-ci ildə başlanacaq və təxminən 2019-2020-ci illərdə başa çatacaq.”

Kaxa Kaladze qaz anbarı layihəsinin tikintisi ilə bir çox beynəlxalq şirkətlərin maraqlandığını və tezliklə tender elan olunacağını bildirib: “Bu layihənin tikintisində SOCAR-da iştirak etmək istəyir, lakin hələlik bu barədə ətraflı məlumatımız yoxdur.”

“Yeraltı qaz anbarımız Azərbaycan qazı hesabına doldurulacaq” - Gürcü nazir

“Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar yaxın vaxtlarda tender elan olunacaq. Anbarın inşasında xarici ölkələrin korporasiyaları və beynəlxalq şirkətlər iştirak etmək istəyirlər. Onların arasında SOCAR şirkəti də var”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri “Report”a müsahibəsində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaldze söyləyib.

Nazir deyib ki, tenderdə iştirak edəcək şirkətlərin təklifləri diqqətlə öyrəniləcək və indidən kimin qalib gələcəyini söyləmək mümkün deyil. Onun sözlərinə görə, anbarın tikintisinə 2017-ci ilin sonlarında başlanacaq və işlərin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.

"Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq", - deyə energetika naziri qeyd edib.

Kaladze anbarın, əsasən Azərbaycanın təbii qazı hesabına doldurulacağını vurğulayıb: “Aparılan danışıqlar zamanı əldə olunmuş razılığa əsasən, Gürcüstanın “mavi yanacağa” olan tələbatı Azərbaycanın təbii qazı hesabına ödəniləcək”.

Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da onun təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” şirkəti hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.

Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.

İlham Əliyev BP şirkətinin prezidentini qəbul etdi

Prezident İlham Əliyev qəbul keçirib.

 Prezident İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib. 

SOCAR beynəlxalq biznesini genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici ölkələrdə genişlənməni davam etdirməyi planlaşdırır. Şirkət xarici ölkələrdəki layihələrinə bu ilin əvvəlinədək 4,487 mlrd.dollar həcmində vəsait yatırıb.

“Dalga TV ” “Natural Gas World” nəşrinə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsindən məlumat verilib.

İnvestisiyanın 3,334 mlrd. dolları Türkiyədəki layihələrə yatırılıb. SOCAR İsveçrəyə 414,5 mln. dollar, Gürcüstana 334,3 mln.dollar, Ukraynaya 280,8 mln.dollar, Rumıniyaya isə 71,3 mln.dollar sərmayə qoyub.

İdarənin rəisi Vaqif Əliyev bildirib ki, Şirkət gəlirlərini müxtəlif sektorlar üzrə şaxələndirib: “Neftin aşağı qiymətinə baxmayaraq, gəlirli biznes fəaliyyətimizi davam etdirə bilərik. Türkiyədə 2018-ci ildə bir neçə layihəmiz başa çatdırılacaq və bu, SOCAR-ın gəlirləri üçün dönüş nöqtəsi ili olacaq”.

V.Əliyev “SOCAR Aurora Fujairah Terminal”ından da danışaraq qeyd edib ki, bu layihə şirkətin fəaliyyətini uzaq bazarlara da genişləndirib. Onun sözlərinə görə, SOCAR 2015-ci ildə bu layihədən 948 mln.manat (532 mln. dollar) qazanıb, bu isə əvvəlki ildən 257 mln. manat və ya 37% çoxdur.

“SOCAR Aurora Fujairah Terminal”ı SOCAR, “Aurora Progress” və Fujairah hökumətinin birgə müəssisəsidir.

 

Gürcüstan

Gürcüstan SOCAR-ın investisiya yatırdığı ilk xarici bazar olub. 2015-ci ilin sonuna “SOCAR Georgia Petroleum” 3,336 mln. ton yanacaq və benzin idxal edib. Şirkətin Gürcüstanda 114 yanacaqdoldurma stansiyası var. Bura 105 qaz stansiyası, 8 sıxılmış təbii qaz stansiyası (CNG) və 1 LPG stansiyası daxildir.

Neft məhsulları ilə yanaşı SOCAR Gürcüstanda təbii qaz sektoruna da cəlb olunub.

Rusiyanın Gürcüstana verdiyi qazın qiymətini 180 dollar/1000 kubmetrdən 320 dollar/1000 kubmetrə qaldırmasından sonra rəsmi Tbilisi 2007-ci ildə Azərbaycandan qaz nəqlini xahiş edib. Azərbaycan Gürcüstana 1000 kubmetr qazı 150 dollardan nəql edib. Sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili SOCAR-a 9 region üçün qazpaylayıcı sistemini simvolik olaraq 1 dollar qiyməti ilə idarəetməyə verib. Həmin vaxtdan SOCAR öz fəaliyyətini genişləndirib və bütün regionların qaz paylayıcı sisteminin operatorudur. “SOCAR Georgia Gas” şirkəti 2007-ci ildə yaradılıb və fəaliyyətini genişləndirib. Şirkətin  500 mindən çox abonenti var. “SOCAR Georgia Gas” 2017-ci ilin sonuna 250 mln. dollardan çox sərmayə yatırmağı planlaşdırır.

SOCAR 2009-cu ildən Gürcüstanda ən böyük vergi ödəyicisidir və 2015-ci ildə onun Gürcüstandakı layihələrdən gəliri 748 mln. manat olub.

Türkiyə

Türkiyə SOCAR-ın ən böyük tərəfdaşıdır. SOCAR 2008-ci ildə “Petkim” neft-kimya kompleksində 2,05 mlrd. dollarla səhmdara çevrilib.

SOCAR, eyni zamanda "STAR" neft emalı zavodu (5,67 mlrd. dollar), “Petlim” limanı (400 mln. dollar) və “SOCAR Power” (100 mln. dollar) layihələrini həyata keçirir.

SOCAR-ın Azərbaycanın “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan ilkin mərhələdə illik 16 mlrd. kubmetr qazın Türkiyəyə (6 mlrd. kubmetr) və Avropaya nəqlini nəzərdə tutan, dəyəri 9,3 mlrd. dollar hesablanan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası ilə də bağlı bir neçə layihəsi var. Boru kəmərinin son ötürücülük gücü 31 mlrd. kubmetrə çatdırılacaq. Türkiyəyə qaz nəqli 2018-ci ildən həyata keçiriləcək.

Hazırda Azərbaycan “Şahdəniz-1” layihəsindən Türkiyəyə ildə 6 mlrd. kubmetr qaz nəql edir. “Cənub Qaz Dəhlizi” QSC TANAP-da 58% paya malikdir (SOCAR-ın QSC-də payı 49% təşkil edir). İllik 10 mln. ton neft emalı gücünə malik "STAR" zavodu 2018-ci ilin I rübündə istismara veriləcək. “Petlim” isə gələn il tam olaraq fəaliyyətə başlayacaq.

Hazırda SOCAR-n bir neçə törəmə şirkəti Türkiyədə terminaldan təbii qaz, neft məhsulları və elektrik sektoru kimi müxtəlif sektorlarda aktivdir. Ötən il SOCAR-ın Türkiyədəki layihələrdən gəliri 2,571 mlrd. manat olub, bu isə 2014-cü ildən 375 mln. manat və ya 17,1% çoxdur.

SOCAR eyni zamanda 1 078 km-i Türkiyə ərazisində olan (ümumi uzunluq 1 768 km) Bakı-Tbilisi-Ceyhan neft kəmərində 25% paya malikdir.

Şirkət 2020-ci ilədək Türkiyədəki investisiyalarının həcmini 18 mlrd. dollar çatdrımağı planlaşdırır.

Ukrayna

"SOCAR Energy Ukraine” 2008-ci ildə fəaliyyətə başlayıb və hazırda 51 yanacaqdolruma stansiyası var. SOCAR növbəti illərdə bu rəqəmi ikiqat artırmağı planlaşdırır. Bu il mayeləşdirilmiş qazın satışı üçün Ukraynada “SOCAR LPG” şirkətini təsis edib.

Rumıniya

“SOCAR Petroleum” 2011-ci ildə yaradılıb və hazırda 35 yanacaqdoldurma stansiyası var.

Şirkət 2017-ci ildə 10-dan artıq stansiya açmağı və növbəti illərdə onların sayını 100-ə çatdırmağı planlaşdırır.

“SOCAR Trading”

SOCAR-ın əsas bazarlarından biri İsveçrədir. Şirkət 2012-ci ildə “ExxonMobil” şirkətindən burada 340 mln. dollara 170 yanacaqdoldurma stansiyası və 2 təyyarə yanacağı anbarı alıb.

“SOCAR Trading”in ofisi 2008-ci ildə İsveçərədə fəaliyyətə başlayıb. Şirkət 2015-ci ildə 253 mln. barel xam neft satıb. Bu həcmin 166 mln. bareli isə Azərbaycanın öz nefti olub. Ötən il şirkət 14 mln. barel həcmində neft məhsulları da satıb.

“SOCAR Trading” bu il Kanadada ofis açıb. Şirkət 2020-ci ilədək LNG bazarına daxil olmaq niyyətindədir.

“SOCAR Trading” Almaniyanın “Siemens” şirkətinin də daxil olduğu konsorsiumla Maltada LNG tədarükü, 175 mln. avro dəyərində qazla işləyən elektrik stansiyanın tikintisi üzrə tenderin qalibi olub.

V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi məsələsi müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşündə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr, xüsusilə də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirilib ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı böyük narahatçılıq keçirdi. Lakin Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu dəhşətli cinayətin qarşısı alındı. Şahin Mustafayev bu ilin dekabrında İstanbulda və Kayseridə baş vermiş terror aktlarını xatırladaraq bu hadisələrlə bağlı Türkiyəyə bir daha başsağlığı verib.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdıran Şahin Mustafayev ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu və bu istiqamətdə ətraflı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, Türkiyənin idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər. Bundan başqa, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsi də vacibdir.

Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və ölkəmizin dəstəyini hər zaman hiss etdiklərini vurğulayan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin də bu səviyyəyə çatdırılmasının vacibliyini qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Saytda Axtarış

Son xəbərlər