Tbilisidə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə məlumatlandırıcı aksiya keçirilib
Azərbaycanın Zəfər Günü ilə əlaqədar paytaxt Tbilisidə məlumatlandırma aksiyası keçirilir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə səhər saatlarından aksiya etibarən üzərində “Xarıbülbül”ün, Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən görüntülərin əks olunduğu LED ekranlı yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektlərindən hərəkət edir.
Aksiyaya Tbilisidəki Azadlıq Meydanından başlanılıb. Azərbaycanın Qələbə gününü əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb. Aksiyanın bu gün saat 24:00-a qədər davam edəcəyi bildirilib.