Xankəndi şəhərində Zəfər paradı keçirilib
İşğaldan azad edilən Azərbaycanın Xankəndi şəhərində Zəfər paradı keçirilib.
24News.ge xəbər verir ki, parada müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib.
Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçular tribunanın önündən keçiblər.
Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib.