Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

Yəmənin Mareb əyalətində hərbi düşərgənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Qeyd edilir ki, hadisə nəticəsində 50 insan xəsarət alıb.

Yəmən ordusu raketlərin “Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldığını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey